Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-6/2024 19.02.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Hüseyn Nadir oğlu Zülfüqarovun sədrliyi, X1 iclas katibliyi, “Sədərək Rayon Mərkəzi Xəstəxanası” PHŞ -nin nümayəndəsi X2 iştirakı ilə “Sədərək Rayon Mərkəzi Xəstəxanası” X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə obyektdə keçirilən planlı (məqsədli) yanğın texniki müayinə zamanı Sədərək Rayon Sədərək kəndində yerləşən X11 Mərkəzi Xəstəxanada YTX № 01- 2001 bəndinin 9.1, 9.3, 1.9, 1.9.12, 6.1, 6.10 tələblərinin pozulması aşkar edilmişdir. Bununla da “X11 olan Sədərək rayon xəstəxanası, İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona dörə də onun barəsində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X6 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında izahat verən “ Sədərək Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin nümayəndəsi X4 protokolla tanış olduqlarını və razılaşdıqlarını, həqiqətən də Naxçıvan MR. FHN-nin DYN idarəsi tərəfindən aparılan yoxlama zamanı xəstəxanada bir çox çatışmazlıqlar aşkar edildiyini, lakin o, nöqsanların aradan qaldırılması xəstəxananın gücündə olmadığını, aşkar olunmuş nöqsanlar barədə səhiyyə nazirliyinə məlumat verildiyini, buna görə də qanuna uyğun qərar qəbul edilməsinə heç bir etirazlarının olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, № ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, “Sədərək Rayon Mərkəzi Xəstəxanası”nda keçirilən planlı (məqsədli) yanğın texniki müayinə zamanı Sədərək Rayon Sədərək kəndində yerləşən Mərkəzi Xəstəxanası X10 tərəfindən “Yanğın Təhlükəsizliyi haqqında” Qanunun 9.1, 9.3, 1.9, 1.9.12, 6.1 və 6.10-cu bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X6 İdarəsinin xx.xx.2024-cü il tarixli 113 nömrəli yanğın-texniki müayinə aktına və xx.xx.2024 –cu il tarixli “Yoxlama suallarının Siyahısı”ndan görünür ki, “Sədərək Rayon Mərkəzi Xəstəxanası” X8 elektirik naqillərinin gərginliyə qarşı müqaviməti və izolasiya qatı sınaqdan çıxarılmamış, zəruri sahələri avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin olunmamış, Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslərin (müəssisələr) yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi ilə bağlı vəzifələrini yerinə yetirməmiş və bununla da 01-2001 saylı YTQ-nın 9.1, 9.3, 1.9, 1.9.12, 6.1, 6.10 bəndlərinin tələblərini pozmuşdur. İş materiallarına əlavə olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2023-cü il tarixli, KY232063435 saylı çıxarışdan görünür ki, Sədərk Rayon Sədərək kənd ünvanında yerləşən “Sədərək Rayon Mərkəzi Xəstəxanası” X5 plan üzrə xx.xx.2024-xx.xx.2024-cü il tarixdə müayinənin aparılmasına icazə verilmişdir. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X6 İdarəsinin xx.xx.2024-cü il tarixli yanğıntexniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərara əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun 33.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbul edilmiş, eyni zamanda İXM-nin 101-ci maddəsinin tələblərinə uyğun həmin məcəllənin 518.1-ci maddəsi üzrə inzibati icraata başlanılmışdır. Məhkəmə, Sədərək Rayon Mərkəzi Xəstəxanası PHŞ nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, ünvan 2 ünvanında yerləşən “Sədərək Rayon Mərkəzi Xəstəxanası” X10 təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələbləri yerinə yetirilməmişdir. Bununla da müəyyən olunur ki, “Sədərək Rayon Mərkəzi Xəstəxanası” X10 İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 1.9.12-ci bəndinə əsasən hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini X6 Orqanları ilə razılaşdırmaq, həmçinin yuxanda adlan çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara məlumat vermək. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci bəndinə əsasən elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 6.10-cu bəndinə əsasən avtomatik termonizamlayıcılarla təmin edilməmiş elektrik sobalarının istismarına icazə verilmir. Nasaz elektirik qızdırıcı qurğu və cihazlarının istismarı qəti qadağandır. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci bəndinə əsasən yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri ( TX və PET ) üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik planqrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 9.3-cü bəndinə əsasən Yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daima hazır və saz vəziyyətdə saxlanılmalıdır. Norma və qaydalarda göstərilən hallardan başqa, qurğuların “avtomatik işədüşmə” sistemindən “əl ilə işəsalma” sisteminə keçirilməsi qadağandır. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa görə yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək və s. vəzifələri yerinə yetirməlidirlər “Sədərək Rayon Mərkəzi Xəstəxanası” X7 həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol və “Sədərək Rayon Mərkəzi Xəstəxanası” X8 nümayəndəsinin məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh edilənləri nəzərə alaraq, “Sədərək Rayon Mərkəzi Xəstəxanası” X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: “Sədərək Rayon Mərkəzi Xəstəxanası” X11 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Sədərək Rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya bir başa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-6/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-6/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver