Məhkəmə qərarları › İş №3(088)-60/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-60/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-60/2025 15.12.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X3 iclas katibliyi, xx.xx.1977-ci ildə İran İslam Respublikasının Mərənd şəhəri, Arbatan kəndində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, ailəli, sürücüsü işləyən, İran İslam Respublikası Mərənd şəhəri Arbatan kəndində qeydiyyatda olan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Naxçıvan Baş Gömrük İdarəsindən İran İslam Respublikası vətəndaşı X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. X4 barəsində 01 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2025-ci il tarixində saat 12:21-də “Sədərək” gömrük postu vasitəsilə Türkiyə Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasına karton yükü aparan İran İslam Respublikasının vətəndaşı X1 idarə etdiyi 64AB157/64AB158 dövlət nömrə nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsi X-Ray rentgen qurğusunun qoyduğu şübhəli təsvirlər əsasında videoçəkiliş aparılmaqla yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində yerləşən arxa üst dolabın içərisində olan parçanın altından 34 ədəd üzərində “Stieber” yazısı olan qutuların içərisindən ümumi çəkisi 7.8 kq olan açıq gümüşü rəngli ehtiyat hissəyə bənzər detal aşkar edilmiş və gömrük əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 barəsində olan inzibati xəta haqqında işə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı olmadan işə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun inspektoru Şahid2 izahatında xx.xx.2025-cı il tarixində iş qrafikinə uyğun olaraq “Sədərək” gömrük postunda xidmətdə olarkən Türkiyə Respublikasından gələn İran İslam Respublikası vətəndaşı X1 idarə etdiyi 64AB157/64AB158 dövlət nömrə nişanlı, "Volvo" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirdiyini, baxış zamanı onun nəqliyyat vasitəsindən qanunla qadağan olunmuş bir predmet aşkar etmədiyini, daha sonra nəqliyyat vasitəsini X-ray rentgen qurğusuna göndərdiyini, X-rayda şübhəli təsvirlər görünməsi səbəbindən şəxsin nəqliyyat vasitəsinə yenidən gömrük yoxlaması keçirdiyini, yoxlamaya başlamazdan əvvəl yoxlamada iştirak etməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlamanı vıdeo-çəkiliş vasitəsi ilə qeydə alması üçün gömrükçü yoldaşı Şahmarı dəvət etdikdən sonra yoxlamaya başladığını, İlk öncə sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan olunmalı hər hansı predmetin olub-olmadığını soruşduğunu, sürücünün isə nəqliyyat vasitəsində 5 kq bitki yağı və 5 kq şəxsi geyimlərindən əlavə qanunla qadağan olunmuş gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi hər hansı bir predmetin olmadığını dediyini, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin dartıcısının arxa üst dolabında olan parçanın altından 34 ədəd üzərində “Stieber" yazısı olan qutuların içərisindən ümumi çəkisi 7.8 kq olan açıq gümüşü rəngli ehtiyat hissəyə bənzər detal aşkar etdiyini, sonda yoxlamanın aparılması və aşkarladığı predmetin götürülməsi barədə protokol tərtib edərək iştirakçılar tərəfindən imzalandığını bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid1 Şahid2 izahatına uyğun eyni məzmunlu izahat verərək Şahid2 qeyd etdiklərini bir daha təsdiqlədi. Məhkəmə şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, İran İslam Respublikası vətəndaşı X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İran İslam Respublikası vətəndaşı X5 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi tərtib olunmuş protokoldan, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 09 noyabr 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanması haqqında protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı X6 idarə etdiyi 64AB157/64AB158 dövlət nömrə nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinin dartıcısının arxa üst dolabında parçanın altından 34 ədəd üzərində “Stieber” yazısı olan qutuların içərisindən ümumi çəkisi 7.8 kq olan açıq gümüşü rəngli ehtiyat hissəyə bənzər detal aşkar edilmişdir. Bununla da müəyyən olunur ki, İran İslam Respublikası vətəndaşı X5 09 noyabr 2025-ci il tarixdə Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən idarə etdiyi 64AB157/64AB158 dövlət nömrə nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsi dartıcısında arxa üst dolabın içərisində olan parçanın altından 34 ədəd üzərində “Stieber” yazısı olan qutuların içərisindən ümumi çəkisi 7.8 kq olan açıq gümüşü rəngli ehtiyyat hissəsini gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən gizlətməklə keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş X2 xx.xx.2025-ci il tarixli NQM 006-11/25 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 34 ədəd üzərində “Stieber” yazısı olan qutuların içərisindən ümumi çəkisi 7.8 kq olan açıq gümüşü rəngli ehtiyyat hissəyə bənzər detalın bir ədədinin qiyməti 40 manat olmaqla ümumilikdə 1360 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-33-1200/2-004536/2025 nömrəli müşayət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, İran İslam Respublikası vətəndaşı X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 34 ədəd üzərində “Stieber” yazısı olan qutuların içərisindən ümumi çəkisi 7.8 kq olan açıq gümüşü rəngli ehtiyyat hissəyə bənzər detalın bir ədədinin qiyməti 40 manat olmaqla ümumilikdə dəyəri 1360 manat olan ehtiyyat hissələri dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.1-ci maddəsinə görə İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Adı çəkilən məcəllənin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1977-ci il təvəllüdlü İran İslam Respublikası Mərənd şəhəri Arbatan kəndində qeydiyyatda olan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 34 ədəd üzərində “Stieber” yazısı olan qutuların içərisindən ümumi çəkisi 7.8 kq olan açıq gümüşü rəngli ehtiyyat hissəyə bənzər detalın bir ədədinin qiyməti 40 manat olmaqla ümumilikdə dəyəri 1360 manat olan ehtiyyat hissələri dövlət nəfinə müsadirə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar