Məhkəmə qərarları › İş №3(088)-61/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-61/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-61/2024 28.10.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1987-ci il tarixdə Şərur Rayonu Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Sədərək Rayon Qaraağac kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Sədərək rayon Qaarağac kənd ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam ata evimdə oturub yemek yeyib siprtli içki qəbul etdikdən sonra atasına məxsus olan motoskiletə minərək gecə saat 12-00 radələrində keçmiş qaynatasının yaşadığı ünvana getdiyini, motosiqlet ilə həyətlərinə daxil olduğunu, qaynatasının çölə çıxaraq onu öz həyətindən qovmaq isdədiyini, əsəbləşərək ucadan səs-küy salaraq qaynatasına getmiyəcəyini və uşaqlarını görmək üçün gəldiyini, bu zaman aralarında mübahisə yarandığını və qayınatası Sədərək Rayon Polis Şöbəsinə zəng edərək şikayəçi olduğunu, biraz keçdikdən sonra polis əməkdaşlarının gəldiyini, onu sakitləşdirməyə çalışdıqlarını, əsəbi olduğundan və spirtli içkinin təhsirində olduğu üçün polis əməkdaşlarını saymamazlıq etdiyini, onları niyə gəlmisiz mən uşağlarımı görəcəm dediyini, polis əməkdaşlarının onu ordan uzağlaşdırmaq istədiklərini, qəsdən polis əməkdaşlarının qanunu tələbinə tabe olmadığını, törətdiyi əməldən çox peşman olduğunu bir daha belə hərəkətlərə yol verməyəcəyini və barəsində yüngül cəza verilməsini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək Rayon Polis şöbəsinin PPXnin polis nəfəri Şahid1 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 00:20 radələrində Sədərək rayon Sədərək kənd ərazisində X1 ilə xidmət apardığı zaman Sədərək Rayon Polis Şöbəsinin növbətçi hissəsindən zəng gəldiyini, Məmmədov Sədrəddingilin evində onun kürəkəni Əsədov Niyaməddinin ucadan səs-küy saldığı deyildiyini, dərhal həmin deyilən yerə getdiklərini, həqiqətən də Niyəməddinin ucadan səsküy saldığını gördüklərini, həmin şəxsi sakitləşdirməyə çalışdıqlarını, lakin Niyəməddinin onların qanuni tələbinə qəsdən tabe olmadığını məcbur qalıb polis şöbəsinə gətirdiklərini və barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izhatında Şahid1 verdiyi izahata tam uyğun olaraq izahat verərək izahatda göstərilənləri bir daha təsdiq etdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün səmimi etirafı və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs 28 oktyabr 2024-cü il tarixdə Sədərək rayon Qaraağac kənd ərazisində yerləşən qayınatası Məmmədov Sədrəddinin yaşadığı evdə ucadan səs-küy salaraq S.Məmmədovu təhqir edən zaman, S.Məmmədov polis şöbəsinə zəng edərək kömək istədiyini, çağırışa getmiş polis əməkdaşları ictimai qaydanı qorumaq üçün vəzifələrini icra edərkən Şəxs hərəkətlərinə davam edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 28 oktyabr 2024cü il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs 28 oktyabr 2024-cü il tarixdən saat 00:45 radələrindən inzibati qaydada tutulmaqla saxlanmışdır. İnzibati materiala əlavə olunmuş X4 X3 şəxsintərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 12/346 saylı arayışından görünür ki, xətəxanada alkotest aparatı işləmədiyi üçün vətəndaş Şəxs sərxoşluq vəziyyəti aşkar edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törədərkən əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx.xx.1987-ci il təvəllüdlü Sədərək Rayonu Qaraağac kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli onun inzibati qaydada tutulduğu andan yəni, 28 oktyabr 2024cü il tarixdən saat 00:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar