Məhkəmə qərarları › İş №3(088)-64/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-64/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-64/2024 26.12.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X5 iclas katibliyi ilə. xx.xx.1994-cü il tarixdə İran İslam Respublikasının Mərənd şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı X3 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Baş Gömrük İdarəsindən X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. X3 barəsində 16 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2024-cü il tarixində Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasına “akril polimeri” yükü aparan İran İslam Respublikası vətəndaşı X3 idarə etdiyi 97AD525/97AD526 dövlət qeydiyyat nişanlı “Volvo FH” markalı yük nəqliyyat vasitəsi videoçəkiliş aparılmaqla növbəlilik prinsipi əsasında gömrük nəzarəti xəttində yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqu və dartıcısının xarici hissələrində yerləşən dolablarında, dartıcının daxili hissəsində yerləşən yatağın içində, dartıcının tavanında, dartıcının daxilində yerləşən soyuducunun içərisindəki ərzaqların və oturacaqların altında gizlədilmiş ümumilikdə çəkiləri 84 kq olan müxtəlif ölçülü və markalı 213 ədəd ehtiyyat hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə barəsində intibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi bildiriş təqdim etsədə X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə barəsində intibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasına gəlməməsi üçün heç bir üzürlü səbəb göstərmədiyinə görə, onun iştirakı olmada məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsində göstərilir ki, İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun baş müfəttişi Şahid1 izahatında gömrük postunun baş müfəttişi vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixində iş qrafikinə uyğun olaraq “Sədərək” gömrük postunda giriş istiqamətində nəqliyyat vasitələrinin müayinəsi xəttində xidmətdə olan zaman təxminən axşam saat 21:00 radələrində Türkiyə Respublikasından tranzit giriş edən İran İslam Respublikasına məxsus 97AD525/97AD526 dövlət qeydiyyat nişanlı “Volvo FH” markalı yük nəqliyyat vasitəsinin gömrük nəzarətinə gəldiyini, sənədlərini qeydiyyat etdirdikdən sonra həmin nəqliyyat vasitəsinə yaxınlaşaraq sürücünü sorğu-sual etməyə başladığını, bu zaman adının X1 öyrəndiyini, sürücü ilə biraz söbhət etdikdən sonra onun idarə etdiyi yük nəqliyyat vasitəsini əsaslı yoxlamaq qərarına gəldiyini, nəqliyyat vasitəsinin yoxlanılmasında iştirak etməsi üçün postun digər əməkdaşı Şahid2 dəvət etdiyini, Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla keçirilən yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabin hissəsində yerləşən sürücü oturacağının alt hissəsindən ehtiyat hissələri aşkar etdiyini, yoxlamanın davamında yük nəqliyyat vasitəsinin qoşqusunun yan tərəfində yerləşən dolablarına, həmçinin kabin hissəsində yerləşən oturacağın altından, kabinin tavan hissəsində yerləşən dolabların içərisindən, kabində yerləşən yatağın içəri hissəsindən, soyuducunun içindən və digər gizli saxlanc yerlərində gizlədilmiş halda ümumilikdə 213 ədəd müxtəlif ölçülü və markalı dəmir ehtiyyat hissələrini aşkar edərək götürdüyünü, yoxlama bitdikdən sonra müvafiq sənədlər hazırladığını və iştirakçılar tərəfindən imzalandığını bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid2 Şahid1 izahatına uyğun- eyni məzmunlu izahat verərək Şahid1 qeyd etdiklərini bir daha təsdiqlədi. Məhkəmə şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. X6 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi tərtib olunmuş protokoldan, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 26 noyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı İran İslam Respublikası vətəndaşı, X3 idarə etdiyi 97AD525/97AD526 dövlət qeydiyyat nişanlı “Volvo FH” markalı yük nəqliyyat vasitəsinin qoşqu və dartıcısının xarici hissələrində yerləşən dolablarında, dartıcının daxili hissəsində yerləşən yatağın içində, dartıcının tavanında, dartıcının daxilində yerləşən soyuducunun içərisindəki ərzaqların hər iki oturacaqların altında və yük nəqliyyat vasitəsində olan bütün ləvazimatların altında gizlədilmiş 213 ədəd qablaşma ilə birlikdə çəkiləri 84 kq olan avtomobil ehtiyyat hissələri aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Bununla da müəyyən olunur ki, X6 26 noyabr 2024-cü il saat 21:40 radələrində Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən idarə etdiyi 97AD525/97AD526 dövlət qeydiyyat nişanlı “Volvo FH” markalı yük nəqliyyat vasitəsinin qoşqu və dartıcısının xarici hissələrində yerləşən dolablarında, dartıcının daxili hissəsində yerləşən yatağın içində, dartıcının tavanında, dartıcının daxilində yerləşən soyuducunun içərisindəki ərzaqların və oturacaqların altında gizlədilmiş ümumilikdə çəkiləri 84 kq olan müxtəlif ölçülü və markalı 213 ədəd ehtiyyat hissələri gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən gizlətməklə keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 29 noyabr 2024-cü il tarixli 1457 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş üzərində “SKF (7307 BEP) made in Austria” yazıları olan bir qutusu 25 manat olan 6 qutusu cəmi 150 manat olan, üzərində “SKF Explorer (NU 207 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 12 manat olan 19 qutusu cəmi 228 manat olan, üzərində “SKF Explorer (NU 211 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 25 manat olan 3 qutusu cəmi 75 manat olan, üzərində “SKF Explorer (NU 308 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 45 manat olan 5 qutusu cəmi 225 manat olan, üzərində “SKF (7308 BEP) 92x25x92 ölçülü made in Austria” yazıları olan bir qutusu 30 manat olan 4 qutusu cəmi 120 manat olan, üzərində “SKF (7309 BEP) made in Austria” yazıları olan bir qutusu 35 manat olan 4 qutusu cəmi 140 manat olan, üzərində “SKF Explorer (NU 2209 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 35 manat olan 2 qutusu cəmi 70 manat olan, üzərində “SKF Explorer (NU 210 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 30 manat olan 10 qutusu cəmi 300 manat olan, üzərində “SKF Explorer (NU 2208 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 25 manat olan 9 qutusu cəmi 225 manat olan, üzərində “SKF (7306 BEP) made in Austria” yazıları olan bir qutusu 25 manat olan 25 qutusu cəmi 625 manat olan, üzərində “SKF Explorer (NU 2309 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 70 manat olan 5 qutusu cəmi 350 manat olan, üzərində “SKF Explorer (NU 2220 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 80 manat olan 2 qutusu cəmi 160 manat olan, üzərində “SKF (7316 BEP) made in Austria” yazıları olan bir qutusu 80 manat olan, üzərində “SKF Explorer (NU 317 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 120 manat olan, içərisində 04 ədəd olmaqla üzərində “ORS bearings 6210SO ZZ G93 C3 ağırlığı 2154 gr” yazıları olan bir qutusu 48 manat olan, içərisində 04 ədəd olmaqla üzərində “ORS bearings 6208SO ZZ G93 C3 ağırlığı 1745 gr” yazıları olan bir qutusu 40 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 45x50x25 sol” yazıları olan bir ədədi 25 manat olan 5 ədədi cəmi 125 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 40x45x20 sağ” yazıları olan bir ədədi 18 manat olan 2 ədədi cəmi 36 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE karbonlu teflon yağ keçesi 65x85x12 double Lıp-RD” yazıları olan bir ədədi 70 manat olan 5 ədədi cəmi 350 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE karbonlu teflon yağ keçesi 66.90x87x10 double Lıp-RD” yazıları olan bir ədədi 80 manat olan 10 ədədi cəmi 800 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE karbonlu teflon yağ keçesi 105x130x12 double Lıp-RD” yazıları olan bir ədədi 120 manat olan 4 ədədi cəmi 480 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 85x110x12 double Lıp-RD” yazıları olan bir ədədi 100 manat olan 3 ədədi cəmi 300 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 73x95x10 double Lıp-RD” yazıları olan bir ədədi 70 manat olan 2 ədədi cəmi 140 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 80x100x10 double Lıp-LD-RD” yazıları olan bir ədədi 90 manat olan 4 ədədi cəmi 360 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 78.95x99x10 double Lıp-LD” yazıları olan bir ədədi 80 manat olan 2 ədədi cəmi 160 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 70x90x10 double Lıp-LD” yazıları olan bir ədədi 70 manat olan 14 ədədi cəmi 980 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 85x110x10 double Lıp-LD” yazıları olan bir ədədi 100 manat olan 6 ədədi cəmi 600 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 40x62x10 double Lıp-LD” yazıları olan bir ədədi 70 manat olan 12 ədədi cəmi 840 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 45x68x12 double Lıp-LD” yazıları olan bir ədədi 80 manat olan 3 ədədi cəmi 240 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 70x80x30 sol” yazıları olan bir ədədi 60 manat olan 4 ədədi cəmi 240 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 60x70x25 sol” yazıları olan bir ədədi 50 manat olan 2 ədədi cəmi 100 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 65x78.95x28 sağ” yazıları olan bir ədədi 80 manat olan 3 ədədi cəmi 240 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 55x66.90x31.90 sağ” yazıları olan bir ədədi 70 manat olan 9 ədədi cəmi 630 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 50x72x10 double Lıp-LD-RD” yazıları olan bir ədədi 80 manat olan 25 ədədi cəmi 2000 manat olan 213 ədəd ümumi çəkisi 84 kq olan müxtəlif ölçülü ehtiyyat hissələrin təzə vəziyyətdə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 11577 manat müəyyən edilmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixli 1457 nömrəli ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, ekspertizanın aparılması üçün 40 manat məbləğində xərc çəkilmişdir. İş materiallarında olan 16 dekabr 2024-cü il tarixli 3-33-1200/2-004358/2024 nömrəli müşayət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan üzərində “SKF (7307 BEP) made in Austria” yazıları olan bir qutusu 25 manat olan 6 qutusu cəmi 150 manat olan, üzərində “SKF Explorer (NU 207 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 12 manat olan 19 qutusu cəmi 228 manat olan, üzərində “SKF Explorer (NU 211 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 25 manat olan 3 qutusu cəmi 75 manat olan, üzərində “SKF Explorer (NU 308 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 45 manat olan 5 qutusu cəmi 225 manat olan, üzərində “SKF (7308 BEP) 92x25x92 ölçülü made in Austria” yazıları olan bir qutusu 30 manat olan 4 qutusu cəmi 120 manat olan, üzərində “SKF (7309 BEP) made in Austria” yazıları olan bir qutusu 35 manat olan 4 qutusu cəmi 140 manat olan, üzərində “SKF Explorer (NU 2209 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 35 manat olan 2 qutusu cəmi 70 manat olan, üzərində “SKF Explorer (NU 210 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 30 manat olan 10 qutusu cəmi 300 manat olan, üzərində “SKF Explorer (NU 2208 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 25 manat olan 9 qutusu cəmi 225 manat olan, üzərində “SKF (7306 BEP) made in Austria” yazıları olan bir qutusu 25 manat olan 25 qutusu cəmi 625 manat olan, üzərində “SKF Explorer (NU 2309 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 70 manat olan 5 qutusu cəmi 350 manat olan, üzərində “SKF Explorer (NU 2220 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 80 manat olan 2 qutusu cəmi 160 manat olan, üzərində “SKF (7316 BEP) made in Austria” yazıları olan bir qutusu 80 manat olan, üzərində “SKF Explorer (NU 317 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 120 manat olan, içərisində 04 ədəd olmaqla üzərində “ORS bearings 6210SO ZZ G93 C3 ağırlığı 2154 gr” yazıları olan bir qutusu 48 manat olan, içərisində 04 ədəd olmaqla üzərində “ORS bearings 6208SO ZZ G93 C3 ağırlığı 1745 gr” yazıları olan bir qutusu 40 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 45x50x25 sol” yazıları olan bir ədədi 25 manat olan 5 ədədi cəmi 125 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 40x45x20 sağ” yazıları olan bir ədədi 18 manat olan 2 ədədi cəmi 36 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE karbonlu teflon yağ keçesi 65x85x12 double Lıp-RD” yazıları olan bir ədədi 70 manat olan 5 ədədi cəmi 350 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE karbonlu teflon yağ keçesi 66.90x87x10 double Lıp-RD” yazıları olan bir ədədi 80 manat olan 10 ədədi cəmi 800 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE karbonlu teflon yağ keçesi 105x130x12 double Lıp-RD” yazıları olan bir ədədi 120 manat olan 4 ədədi cəmi 480 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 85x110x12 double Lıp-RD” yazıları olan bir ədədi 100 manat olan 3 ədədi cəmi 300 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 73x95x10 double Lıp-RD” yazıları olan bir ədədi 70 manat olan 2 ədədi cəmi 140 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 80x100x10 double Lıp-LD-RD” yazıları olan bir ədədi 90 manat olan 4 ədədi cəmi 360 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 78.95x99x10 double Lıp-LD” yazıları olan bir ədədi 80 manat olan 2 ədədi cəmi 160 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 70x90x10 double Lıp-LD” yazıları olan bir ədədi 70 manat olan 14 ədədi cəmi 980 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 85x110x10 double Lıp-LD” yazıları olan bir ədədi 100 manat olan 6 ədədi cəmi 600 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 40x62x10 double Lıp-LD” yazıları olan bir ədədi 70 manat olan 12 ədədi cəmi 840 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 45x68x12 double Lıp-LD” yazıları olan bir ədədi 80 manat olan 3 ədədi cəmi 240 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 70x80x30 sol” yazıları olan bir ədədi 60 manat olan 4 ədədi cəmi 240 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 60x70x25 sol” yazıları olan bir ədədi 50 manat olan 2 ədədi cəmi 100 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 65x78.95x28 sağ” yazıları olan bir ədədi 80 manat olan 3 ədədi cəmi 240 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 55x66.90x31.90 sağ” yazıları olan bir ədədi 70 manat olan 9 ədədi cəmi 630 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 50x72x10 double Lıp-LD-RD” yazıları olan bir ədədi 80 manat olan 25 ədədi cəmi 2000 manat olan 213 ədəd ümumi çəkisi 84 kq olan müxtəlif ölçülü ehtiyyat hissələrin təzə vəziyyətdə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 11577 manat olan ehtiyyat hissələri dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 40 manat pul X2 tutulub ekspertiza mərkəzinin büdcə təsnifat kodu: 142330, büdcə səviyyə kodu: 2, kodu: 502906 VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİF BİK NAXCAZ21, VÖEN **********, HESAB AZ21NABZ******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.5-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: xx.xx.1994-cü təvəllüdlü X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan üzərində “SKF (7307 BEP) made in Austria” yazıları olan bir qutusu 25 manat olan 6 qutusu cəmi 150 manat olan, üzərində “SKF Explorer (NU 207 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 12 manat olan 19 qutusu cəmi 228 manat olan, üzərində “SKF Explorer (NU 211 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 25 manat olan 3 qutusu cəmi 75 manat olan, üzərində “SKF Explorer (NU 308 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 45 manat olan 5 qutusu cəmi 225 manat olan, üzərində “SKF (7308 BEP) 92x25x92 ölçülü made in Austria” yazıları olan bir qutusu 30 manat olan 4 qutusu cəmi 120 manat olan, üzərində “SKF (7309 BEP) made in Austria” yazıları olan bir qutusu 35 manat olan 4 qutusu cəmi 140 manat olan, üzərində “SKF Explorer (NU 2209 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 35 manat olan 2 qutusu cəmi 70 manat olan, üzərində “SKF Explorer (NU 210 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 30 manat olan 10 qutusu cəmi 300 manat olan, üzərində “SKF Explorer (NU 2208 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 25 manat olan 9 qutusu cəmi 225 manat olan, üzərində “SKF (7306 BEP) made in Austria” yazıları olan bir qutusu 25 manat olan 25 qutusu cəmi 625 manat olan, üzərində “SKF Explorer (NU 2309 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 70 manat olan 5 qutusu cəmi 350 manat olan, üzərində “SKF Explorer (NU 2220 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 80 manat olan 2 qutusu cəmi 160 manat olan, üzərində “SKF (7316 BEP) made in Austria” yazıları olan bir qutusu 80 manat olan, üzərində “SKF Explorer (NU 317 ECP/C3) made in Germany” yazıları olan bir qutusu 120 manat olan, içərisində 04 ədəd olmaqla üzərində “ORS bearings 6210SO ZZ G93 C3 ağırlığı 2154 gr” yazıları olan bir qutusu 48 manat olan, içərisində 04 ədəd olmaqla üzərində “ORS bearings 6208SO ZZ G93 C3 ağırlığı 1745 gr” yazıları olan bir qutusu 40 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 45x50x25 sol” yazıları olan bir ədədi 25 manat olan 5 ədədi cəmi 125 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 40x45x20 sağ” yazıları olan bir ədədi 18 manat olan 2 ədədi cəmi 36 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE karbonlu teflon yağ keçesi 65x85x12 double Lıp-RD” yazıları olan bir ədədi 70 manat olan 5 ədədi cəmi 350 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE karbonlu teflon yağ keçesi 66.90x87x10 double Lıp-RD” yazıları olan bir ədədi 80 manat olan 10 ədədi cəmi 800 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE karbonlu teflon yağ keçesi 105x130x12 double Lıp-RD” yazıları olan bir ədədi 120 manat olan 4 ədədi cəmi 480 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 85x110x12 double Lıp-RD” yazıları olan bir ədədi 100 manat olan 3 ədədi cəmi 300 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 73x95x10 double Lıp-RD” yazıları olan bir ədədi 70 manat olan 2 ədədi cəmi 140 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 80x100x10 double Lıp-LD-RD” yazıları olan bir ədədi 90 manat olan 4 ədədi cəmi 360 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 78.95x99x10 double Lıp-LD” yazıları olan bir ədədi 80 manat olan 2 ədədi cəmi 160 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 70x90x10 double Lıp-LD” yazıları olan bir ədədi 70 manat olan 14 ədədi cəmi 980 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 85x110x10 double Lıp-LD” yazıları olan bir ədədi 100 manat olan 6 ədədi cəmi 600 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 40x62x10 double Lıp-LD” yazıları olan bir ədədi 70 manat olan 12 ədədi cəmi 840 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 45x68x12 double Lıp-LD” yazıları olan bir ədədi 80 manat olan 3 ədədi cəmi 240 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 70x80x30 sol” yazıları olan bir ədədi 60 manat olan 4 ədədi cəmi 240 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 60x70x25 sol” yazıları olan bir ədədi 50 manat olan 2 ədədi cəmi 100 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 65x78.95x28 sağ” yazıları olan bir ədədi 80 manat olan 3 ədədi cəmi 240 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan keçe bileziği Bushing 55x66.90x31.90 sağ” yazıları olan bir ədədi 70 manat olan 9 ədədi cəmi 630 manat olan, üzərində “Turkey yerli üretim, Fagosan PTFE teflon keçe 50x72x10 double Lıp-LD-RD” yazıları olan bir ədədi 80 manat olan 25 ədədi cəmi 2000 manat olan 213 ədəd ümumi çəkisi 84 kq olan müxtəlif ölçülü ehtiyyat hissələrin təzə vəziyyətdə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 11577 manat olan ehtiyyat hissələri dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 40 manat pul X2 tutulub ekspertiza mərkəzinin büdcə təsnifat kodu: 142330, büdcə səviyyə kodu: 2, kodu: 502906 VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİF BİK NAXCAZ21, VÖEN **********, HESAB AZ21NABZ******************** hesabına köçürülsün. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar