Məhkəmə qərarları › İş №3(088)-64/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-64/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-64/2025 11.12.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxs Sədərək rayon İcra və Probasiya bölməsinin icra məmuru X1 iştirakları ilə. xx.xx.1991-ci ildə Sədərək rayon Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üç uşaq atası, Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Sədərək Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Vətəndaş Şəxs barəsində Sədərək Rayon İcra və Probasiya bölməsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o məhkəmənin qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməsinə maneçilik törətmiş, icra sənədinin icrasından boyun qaçırmış və məhkəmə qərarının icrasını təmin etməyərək inzibati xəta törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vermiş olduğu izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati protokolla razılaşdığını, həqiqətəndə Sədərək rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(088)-33/2021 saylı qətnaməsində 14 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment pulu Sədərək rayonu, Qaraağac kəndində yaşayan Şəxs alınaraq iddiaçı Şərur rayonu, Oğuzkənd kəndində yaşayan uşağın anası X4 xeyrinə ödənilməsinin qət edildiyini, icra bölməsinin icra məmuru Kamal müəllimin dəfələrlə aliment borcunu ödəməsini bildirdirdiyini, lakin maddi imkanının aşağı olduğundan aliment borcunu ödəyə bilmədiyini, qətnamə qəbul edildiyi tarixdən bu günədək 1005 manat aliment borcunun ödənilməmiş qaldığını, həmin borcunu ödəməkdən yayındığına görə icra bölməsinin icra məmuru Kamal müəllimin tərəfindən protokol tərtib edilərək məhkəməyə göndərildiyini bildiridi. Məhkəmə baxış iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Sədərək rayon İcra və Probasiya bölməsinin icra məmuru X3 vermiş olduğu izahatında bildirmişdir ki, Sədərək rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(088)-33/2021 saylı qətnaməsində 14 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment pulu Sədərək rayonu, Qaraağac kəndində yaşayan Şəxs alınaraq iddiaçı Şərur rayonu, Oğuzkənd kəndində yaşayan uşağın anası X4 xeyrinə ödənilməsinin qət edildiyini, həmin icra sənədinin xx.xx.2021-ci il tarixdə icraatında daxil olduğunu, Sədərək rayon İcra və Probasiya bölməsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs dəfələrlə yazılı və şifahi formada, eyni zamanda mobil telefon vasitəsilə xəbərdarlıqlar edilərək, icra sənədi üzrə pul borcunun olduğunu bildirdiyini, məhkəmə qərarının icrasında qərəzli olaraq yayınmanın nəticələri izah etdiyini, lakin borclunun bu xəbərdarlıqlara məhəl qoymadığını, həmin icra sənədinə əsasən borclu Şəxs, tələbkar X4 qarşısında 1005 manat məbləğində pul borcunun icra edilməmiş qaldığını, borclunun hər hansı əmlakının olub-olmamasını sorğu etdiklərini, lakin borclunun heç bir əmlakının olmadığının müəyyən edildiyini, bu zaman borclu şəxslə proflaktik söhbət aparıldığını və onun məhkəmə qərarını icra etmək niyyətinin olmaması qənaətinə gəlindikdən sonra borclu Şəxs barəsində Sədərək rayon İcra və Probasiya bölməsi tərəfindən inzibatı protokolun tərtib edilməsi məqbul hesab edildiyini və zəruri tədbirin görülməsini bildirdi. İnzibati materiala əlavə edilən xx.xx.2021-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sədərək rayon İcra və Probasiya bölməsinin icra məmuru X3 tərəfindən Sədərək rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(088)-33/2021 saylı icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanılmışdır. İnzibati materiala əlavə edilən xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs xx.xx.2021-ci il tarixli icra sənədi üzrə pul borcu və borcunun 10 gün müddətində könüllü icra edilməsi barədə rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati materiala əlavə edilən xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Şəxs barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan edilmişdir. İnzibati materiala əlavə edilən xx.xx.2025-ci il tarixli axtarışda olan fiziki şəxsin və cavabdehin tutulması barədə protokoldan görünür ki, Sədərək rayon Polis Şöbəsi tərəfindən xx.xx.1991-ci il təvəllüdlü Şəxs yeri müəyyən edilərək tutulmuş və 11 dekabr 2025-ci il tarixdə Sədərək rayon İcra və Probasiya bölməsinə təhvil verilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun özünün və protokolu tərtib etmiş şəxsin izahatı, eyni zamanda iş materiallarındakı sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, icra sənədi üzrə 14 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment pulu Sədərək rayonu, Qaraağac kəndində yaşayan Şəxs alınaraq iddiaçı Şərur rayonu, Oğuzkənd kəndində yaşayan uşağın anası X4 xeyrinə ödənilməsi qət edilmiş, həmin icra sənədi Sədərək rayon İcra və Probasiya bölməsinin icratına daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirilmiş, borclu Şəxs dəfələrlə yazılı və şifahi formada, eyni zamanda mobil telefon vasitəsilə xəbərdarlıqlar edilərək, icra sənədi üzrə borcunun olduğu bildirilmiş, borclunun tələbkar qarşısında olan borcundan müxtəlif vaxlarda ödəniş etsədə qalan 1005 manatı ödəməmiş və bununlada məhkəmə qərarının icrasından qərəzli olaraq yayınmış, borcluya edilmiş xəbərdarlıqlara məhəl qoymamış, həmin icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar X6 qarşısında 1005 manat aliment borcunun icra edilməmiş hissəsi qalmış, bu səbəbdən də icra sənədi üzrə borclu olan Şəxs borcunu ödəməsi təklif olunmuş, borclu icra vərəqəsini icra etməmiş və icra sənədini icra etməməsi üçün yaşayış yerindən qaçmış, bu baxımdan onun axtarışa verildiyini, polis əməkdaşları onu saxlayaraq İcra və Probasiya bölməsinə təhvil verdiklərini bu səbəbdən icra sənədi icra edilmədiyinə görə icra bölməsinin icra məmuru tərəfidən protokol tərtib edərək aidiyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Sədərək rayon İcra və Probasiya bölməsinin icra məmuru, borclu Şəxs törətdiyi inzibati xətanı düzgün olaraq Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə tövsif etmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 - 105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını bildirir, eyni zamanda, həmin məcəllənin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərkən belə hesab edir ki, onun Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1991-ci il təvəllüdlü Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar