Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-67/2025 18.12.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Sədərək Rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1977-ci ildə Şərur rayon Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, iki uşaq atası, Sədərək rayon Sədərək kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Sədərək rayon Sədərək kəndi ərazisində öz yaşadığı məhəllədə ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə öz yaşadığı evdə yeyib-içdiyini, xeyli vaxt keçdikdən sonra axşam saatlarında spirtli içkinin təsiri altında olduğundan yaşadığı məhəllədə ucadan səs-küy saldığını, əsəblərinə hakim ola bilmədiyini, nalayiq ifadələr işlətdiyini, biraz keçdikdən sonra Sədərək Rayon Polis şöbəsinin əməkdaşlarının gəldiyini və onu polis şöbəsinə dəvət etdiyini bildirirərək törətdiyi əməldən çox peşman olduğunu, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında protokolu tərtib etmiş Sədərək Rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən polisin növbətçi hissəsinə zəng gəldiyini, bir nəfər şəxsin Sədərək kənd ərazisində içtimai qaydanı pozduğunu, nalayiq ifadələr işlətdiyini, ucadan səs-küy saldığını bildirdiklərini, dərhal hadisə yerinə getdiklərini, hadisə yerinə çatan zaman Sədərək kənd sakini Şəxs spirtli içkinin təsiri altında olduğundan yaşadığı məhəllədə ucadan səs-küy salaraq içtimai qaydanı pozduğunu gördüyünü, həmin şəxsi sakitləşdirərək polis şöbəsinə dəvət etdiklərini, barəsində tədbir görülməsi üçün protokol tərtib edilərək məhkəməyə göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək rayon Polis şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə əməliyyat istintaq qrupunda xidmətdə olan zaman növbətçi hissəyə məlumatın daxil olduğunu, dərhal hadisə yerinə getdiyini, hadisə yerinə çatan zaman Sədərək kənd sakini Şəxs spirtli içkinin təsiri altında olduğundan yaşadığı məhəllədə ucadan səs-küy salaraq bütün məhəllə sakinlərini narahat edərək içtimai qaydanı pozduğunu gördüyünü, həmin şəxsi sakitləşdirərək polis şöbəsinə gətirdiyini bildirdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs 17 dekabr 2025-ci il tarixdə Sədərək Rayon Sədərək kəndində öz məhəlləsində saat 21:30 radələrində sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətmiş və səs-küy salaraq ictimai qaydanı pozmuş və nəticədə xırda xuliqanlıq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Hər bir inkişaf edən dövlətlərin cəmiyyətində hüquqla əsas mühafizə olunan obyektlər sırasında (ictimai münasibət olaraq) ictimai qayda xüsusi əhəmiyyətə malikdir. Sosial-hüquqi kateqoriya kimi ictimai qayda aidiyyəti münasibətlərin özünəməxsus dairəsini əhatə edir. Belə ki, ictimai qayda istisnasız olaraq cəmiyyət üzvlərinin hamısını əhatə edir (hər biri fərdin doğulduğu andan ölənədək). Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Söylənilən ali məqsədin təmin edilməsi üçün həyata keçirilən sosial, siyasi və hüquqi tədbirlər xüsusi əhəmiyyətə malikdir. Həmin tədbirlər sırasında cəmiyyətdə hər bir şəxsin qorunmasına şəraitin yaradılması ilkin tələblərdəndir. Məhz bu baxımdan ölkəmizdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi fərdin, cəmiyyətin və dövlətin təhlükəsizliyinə zəmanət verir. Xırda xuliqanlıq ictimai qaydaya qəsd edən inzibati xətadır. O, təqsirli şəxsin mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlüyünü, özündən razı olmasını, onu əhatə edən insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoymamağın sübut edir. Şərh edilən inzibati xətanın obyekti - ictimai qaydadır. Qeyd etməliyik ki, bu inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Hüquq ədəbiyyatlarının məzmunları ilə tanış olarkən ən çox rast gəlinən fikirlər bunlardır ki, xırda xuliqanlığın törədilməsi zamanı (hər bir halda) ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. Obyektiv cəhətdən xırda xuliqanlıq aktiv hərəkətlərlə (ictimai qaydanı pozan hərəkətlər) xarakterizə edilir. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 17 dekabr 2025ci il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs 17 dekabr 2025-ci il tarixdən saat 22:00-dan inzibati qaydada tutulmaqla saxlanmışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: xx.xx.1977-ci ildə Sədərək rayon Sədərək kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli onun inzibati qaydada tutulduğu andan yəni, 17 dekabr 2025ci il tarixdən saat 22:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-67/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-67/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver