Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 3(088)-7/2021 06.07.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ xx.xx.1982-ci ildə anadan olmuş, Sədərək rayon Sədərək kəndində qeydiyyatda olan Şəxs haqqında Bakı şəhəri, Suraxanı Rayonu Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Suraxanı Rayonu Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyindən 3 ay müddətində qanunla müəyyən edilmiş əsas olmadan icra edilməməsinə görə xx.xx.1982ci ildə anadan olmuş, Sədərək rayon Sədərək kəndində qeydiyyatda olan Şəxs barəsində 08.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində məsuliyyət nəzərdə tutulan İXP ******* saylı tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. Hakim inzibati materialı araşdıraraq belə nəticəyə gəlir ki, vətəndaş Şəxs barəsində təqdim edilmiş materiallar natamam olduğundan və sənədlər düzgün tərtib olunmadığından inzibati xətalar haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materiallarda Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinə uyğun olaraq Şəxs qərarın təqdim edilməsinə və ya onun elektron qərar barədə məlumatlandırılmasına dair sübutlar əlavə edilməmişdir. Buna görə də həmin qərarın icraat aparılan şəxsə münasibətdə qüvvəyə minib-minməməsi və ya nə vaxtdan qüvvəyə minməsi, qərarın hansı tarixədək icra olunmalı olduğu müəyyən edilə bilməmişdir. Adı çəkilən məcəllənin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, həmin qərarı qəbul etmiş məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir. Həmin Məcəllənin yuxarıda göstərilən maddələrinin mətnindən görünür ki, Şəxs qərarın təqdim edilməsinə və ya onun elektron qərar barədə məlumatlandırılmasına dair sübutlar əlavə edilməmiş və buna görə də həmin qərarın icraat aparılan şəxsə münasibətdə qüvvəyə minib-minməməsi və ya nə vaxtdan qüvvəyə minməsi, qərarın hansı tarixədək icra olunmalı olduğu müəyyən edilə bilməmiş və yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, həmin qərarı qəbul etmiş məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı inzibati xəta törətmiş şəxsin inzibatı xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Lakin inzibati xəta törətmiş şəxsin inzibati protokola əsasən tənbeh məsuliyyəti tədbirinin görülməsi barədə qəbul edilmiş qərar icra edilmədiyindən inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilməmiş və qərar inzibati materiallara əlavə edilməmişdir. İş materiallarından da müəyyən edilir ki, inzibati xəta törətmiş şəxsin idarə etdiyi Mercedes Benz E240 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhərində qeydiyyatda olmaqla orada idarə olunur. Eyni zamanda Azərbaycan Respublikasının İXM-nin 114.3-cü maddəsinə əsasən baxılması onun səlahiyyətinə aid olmadıqda inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barəsində qərardad çıxarılır. İş üzrə materiallardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində məsuliyyət nəzərdə tutulan 08 iyun 2021-ci il tarixli İXP ******* saylı protokol düzgün tərtib edilməmiş və səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında işin məhkəməyə göndərilməsi haqqında qərardad çıxarılmamış və inzibati materiallar məktubla məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə həmin Məcəllənin yuxarıda göstərilən maddələrinin mətnindən aydın olur ki,inzibatı tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, Azərbaycan Respublikası İXM-nin 57, 150.11 və 114.3cü maddələrinin tələblərinə riayət edilməyərək inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar, inzibati xəta törətmiş şəxsə qərarın təqdim edilməsinə dair məlumat iş materiallarına əlavə edilməmiş və inzibati xəta haqqında işin məhkəməyə göndərilməsi haqqında qərardad çıxarılmamışdır. Belə olan halda, vət. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 529.3-cu maddəsində məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında təqdim edilmiş materiallar natamam olduğundan və sənədlər düzgün tərtib olunmadığından inzibati xətalar haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana vəzifəli şəxsə geri qaytarılmalıdır. Yuxarıdada göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq Q ə r a r a a l d ı m: Vət. Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 529.3-cu maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana Suraxanı Rayonu Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə geri qaytarılsın. Hakim Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-7/2021
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №3(088)-7/2021
06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver