Məhkəmə qərarları › İş №3(088)-7/2022

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-7/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-7/2022 06.05.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Sədərək rayon Polis Şöbəsinin İTB-nin baş polis sahə inspektoru Polis mayoru X3, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Şərur rayonu Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki uşaq atası, Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatda olan, Sədərək rayonu Dəmirçi kənd orta məktəbində müəllim işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Sədərək rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 04.05.2022-ci il tarixdə Sədərək rayonu Dəmirçi kəndində yaşadığı evin qarşısında olduğu zaman dayısı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili onların evinin qarşısında saxlayaraq yerə düşüb ona tərəf gəldiyi zaman ona olan borcunu nə üçün vermədiyini soruşduğunu, Rasimin pulu qaytardığını deyərək nalayiq sözlər işlətdiyini bundan sonra aralarında mübahisə yarandığını və dava etməyə başladıqlarını bu zaman Anar dayısı Zərərçəkmiş şəxs döyərək, dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bununla da Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Sədərək rayon Polis Şöbəsi tərəfindən 05.05.2022-ci il tarixli, 004815 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında verdiyi izahatında inzibati xəta törətməsini bildirərək, göstərdi ki, o, 04 may 2022-ci ildə Sədərək rayonu Dəmirçi kəndində yaşadığı evin qarşısında işləyərkən dayısı Rasimin maşından düşərək ona tərəf gəldiyi zaman ondan nə üçün borcunu vermədiyini soruşduğunu, bundan sonra dayısı Rasimin onu pis-pis sözlərlə təhqir etdiyini, bir azda ona yaxınlaşdıqdan sonra ona yumruq ataraq borcu verdiyini qışqırdığını, bir neçə addım geri çəkildiyini və dayısı Rasimə ayıbdır dediyini, ancaq dayısı Rasimin daha da əsəbləşərək ona çox saylı yumruq atdığını, bu baxımdan məcbur olub özünü müdafiə etməsi üçün dayısı Rasimə bir neçə yumruq və şillə atdığını lakin Rasimi döymədiyini, əgər Rasimə xəsarət yetiribsə üzr istəyir və bir daha belə hadisənin baş verməyəcəyini, əməlindən peşman olduğunu bildirdi. Haliyyədə müəllim işləməsini və şəhid övladı olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, Şəxs həqiqətən doğma bacısı oğlu olduğunu, bir neçə il bundan qabaq Anara pul verərək onlara döşəmə taxtası almasını xahiş etdiyini, Anar döşəmə taxtası aldıqdan sonra pulunu verdiyini, dəfələrlə Anar həmin pulun verilmədiyini iddia etsədə pulun verildiyini dediyini, bir neçə dəfədə pulla bağlı aralarında mübahisə olduğunu, 2022-ci ilin may ayının 04-də Sədərək rayonu Dəmirçi kəndində öz maşını ilə Anarın evinin yanında dayanarkən, Anarın ona yaxınlaşaraq nə üçün pulunu vermədiyini soruşduğunu, Anarın onun sözünə reaksiya vermədiyini görüb daha da əsəbləşdiyini bu zaman Anarın ona şillə -yumruq ataraq xəsarət yetirdiyini, bununla bağlı Sədərək rayon Polis şöbəsinə yazılı ərizə verdiyini və həkim tibbi ekspertizadan keçdiyini, haliyyədə bacısı oğlu Anarla barışmadıqlarını, Anara layiqli cəza verilməsini və AR İXM-nin 157-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Protokol tərtib etmiş Sədərək rayon Polis Şöbəsinin baş sahə rəisi X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 04 may 2022-ci il tarixdə Sədərək rayonu Dəmirçi kəndində Şəxs yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs ilə Rasimin bacısı oğlu Şəxs arasında baş vermiş münaqişə zamanı dalaşdıqlarını nəticədə Anarın dayısı Rasimi döyərək, dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmidir. Zərərçəkmişin şikayəti əsasında materiallar şəxsin inzibati məsuliyyət məsələsinin həlli üçün ona verilmişdir. O da həmin materiallar əsasında hazırkı protokolu tərtib etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X4 izahatında göstərdi ki, Şəxs qardaşı Rasimin isə doğma bacısı oğlu olduğunu, hadisə baş verən günü yəni 04 may 2022-ci ildə Sədərək rayonu Dəmirçi kəndində Anarın ailəsi ilə birlikdə yaşadıqları evin həyətində çay içərkən küçə qaplarının qabağında səs-küy eşitdiyini, qapıya çıxanda dayısı Rasimin qardaşı Anarı təhqir edərək vurduğunu gördüyünü, tez qaçaraq onları araladığını və qardaşı Anarı həyətlərinə saldığını, dayısı Rasimi isə oradan qovaladığını, onların heç brində ciddi xəsarət aşkar etmədiyini, həmin müddət Anarın hirslənərək əlini evin qapısına vurduğu zaman kəsildiyini, Anarla Rasimin arasında pul söhbəti olduğunu əvvəldən eşitdiyini, ancaq onların dayı bacı oğlu olduqlarından işlərinə qarışmadığını bildirdi. Şəxs həmin əməli törətməsi Sədərək rayonu Polis Şöbəsinin 05 may 2022-ci il tarixli 004815 saylı protokolu ilə sübuta yetirilir. Həmin protokola əsasən,Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati icraat materiallar aidiyyəti üzrə baxılması üçün qərardadla məhkəməyə göndərilmişdir. Həmin qərardada əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi ekspertiza və patoloji anatomiya birliyinin Məhkəmə-tibbi eksperti E.Cəfərovun 05.05.2022-ci il tarixli, 54 saylı ekspertiza rəyində qeyd olunur ki, “vət. Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilən xəsarətlər - sol gözün üst qapağında qançır, sol qaşında yara küt mexanizimdən, bərk küt əşyanın təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının rəyində Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adı çəkilən məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmək inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan məcəllənin 84.1-ci maddəsinəəsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən həkim-tibb ekspertizasının rəyi və protokolla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 05 may 2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 16:30 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi səmimi peşmançılığını nəzərə alsada, məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. İnzibatı xətanın xarakterini və işin göstərilən hallaını,eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: xx xxxxx 1986-cı il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib,15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 05 may 2022-ci il tarixdən, saat 16:30dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan işə baxan Sədərək Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar