Məhkəmə qərarları › İş №3(088)-7/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-7/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-7/2025 06.02.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş Sədərək Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 iştirakı ilə xx.xx.1982-ci ildə Şərur rayonu Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, üç uşaq atası, 3-cü qrup əlil, Şərur rayonu Zeyvə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: xx.xx.2025-ci il tarixdə, Şərur rayonu Zeyvə kənd sakini Şəxs narkotik maddə istifadə etməsi barədə əsaslı şübhələr yarandığından Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 sidik narko-test vasitəsilə müayinə edilmiş, xx.xx.2025-ci il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə MET (metamfetamin) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında, xx.xx.2024-ci il tarixdə Türkiyə Respublikasının İğdır şəhərinə getdiyini, İğdır şəhərində əvvəldən Türk vətəndaşı olan Murad kimi tanıdığı şəxsin evində qonaq olduğunu, onlarda olan zaman daha tanımadığı iki nəfər şəxsin də olduğunu, tanımadığı həmin şəxslərin onun yanında psixotrop maddə olan Metafetamin adlı maddəni istifadə etdiklərini, bu zaman həmin Psixotrop maddənin tüstüsünü nəfəs yolu ilə qəbul etdiyini, əlavə olaraq onlardan ağri kəsici dərman tələb etdiyini, bir ədəd adını bilmədiyi tabletka alaraq qəbul etdiyini, xx.xx.2025-ci il tarixdə Türkiyə Respublikasının İğdır şəhərindən Naxçıvan Muxtar Respublikasına qayıtdığını, Sədərək rayon X13 Şöbəsindən keçərək Sədərək rayon ərazisində olan zaman Sədərək Rayon polis Şöbəsinin əməkdaşlarından ona zəng gəldiyini, barəsində şikayətin olduğunu bildirdiklərini və onu Sədərək Rayon Polis Şöbəsinə dəvət etdiklərini, şöbəyə gəldiyim zaman narkotik vasitə qəbul etməyi ilə bağlı əsaslı şübhələrin olduğunu bildirdiklərini və məni Y.Budaqov adına X4 apararaq narkotesdən keçirdiklərini, orada narkotik vasitə qəbul etdiyinin aşkar olunduğunu, hərəkətindən çox peşman olduğunu, ailəli olduğunu himayəsində üç uşağın olduğunu, üçüncü qrup əlil olduğunu bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Sədərək Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 zahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Sədərək Rayon Polis Şöbəsində xidmətdə olan zaman Şərur rayon Zeyvə kənd sakini X7 şöbəyə gələrək Türkiyə gömrüyü qarşısında pulunun oğurlanması ilə bağlı müraciət etdiyini, həmin fakt ilə bağlı şübhəli şəxs qismində Şərur rayon Zeyvə kənd sakini olan Şəxs şöbəyə dəvət olunduğunu və şöbədə onunla Sədərək Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə dindirilmə zamanı Şəxs narkotik madələrdən və ya psixitrop maddələrdən istifadə etməsinə dair əsaslı şübhələr yarandığından Şəxs Y.Budaqov adına X4 aparılaraq narko-tesdən keçirildiyini onun psixotrop maddə qəbul etməsi barədə dispanser tərəfindən verilən rəydə müsbət nəticə çıxdığı üçün barəsində protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə məhkəməyə göndərildiyini bildiridi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək Rayon Polis Şöbəsinin CABnin rəisi Şahid1 izahatında xx.xx.2025-ci il tarixdə Sədərək Rayon Polis Şöbəsində xidmətdə olan zaman Şərur rayon Zeyvə kənd sakini X7 şöbəyə gələrək Türkiyə gömrüyü qarşısında pulunun oğurlanması ilə bağlı müraciət etdiyini, həmin fakt ilə bağlı şübhəli şəxs qismində Şərur rayon Zeyvə kənd sakini olan Şəxs şöbəyə dəvət olunduğunu və şöbədə onunla Sədərək Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə dindirilmə zamanı Şəxs narkotik madələrdən və ya psixitrop maddələrdən istifadə etməsinə dair əsaslı şübhələr yarandığından Şəxs Naxçıvan Muxtar Respublikası Y.Budaqov adına X5 aparılaraq narko-tesdən keçirildiyini və testin nəticəsində onun psixotrop vasitə qəbul etməsinin aşkar olundunu bildiridi. Məhkəmə iclasında Şahid2 İdiris oğlu Şahid1 ilə eyni məzmunlu izahat verərək Şahid1 izahatında göstərdiklərini təsdiq etdi. İnzibati materiala əlavə olunmuş xx.xx.2025-ci il tarixli MN № ******* inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şərur rayonu Zeyvə kənd sakini Şəxs psixotrop vasitə olan MET (metamfetamin) istifadə etməsi müəyyən edilmişdir. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmaqla saxlanmışdır. İş materiallarına əlavə olunmuş Yaqub Budaqov adına Naxçıvan MR. X3 xx.xx.2025ci il tarixli 53 saylı rəyindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkomaniyaya xas əlamətlər aşkar edilməmiş, lakin fiziki və psixi asılılıq olmadan narkotik maddə qəbulu inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunmuş və nəticə MET (metamfetamin) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına MET (metamfetamin) (İİ siyahı; sıra № 118) daxildir “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahısının 118 sıra nömrəsinə əsasən psixotrop maddələr olan MET (metamfetamin) 0.15 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs MET (metamfetamin) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati qaydada tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32 və 33 maddələrinə əsaslanaraq, iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs himayəsində 3 uşağının olmasını, üçüncü qrup əlil olmasını, səmimi peşman olmasını, əvvəllər inzibati xəta törətməməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarına əlavə olunmuş ƏƏSM tərəfindən verilmiş çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üçüncü qrup əlildir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: xx.xx.1982-ci ildə Şərur rayonu Zeyvə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra qərarın icrası Şərur Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar