Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-8/2022 12.05.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Sədərək rayon Polis Şöbəsinin Cinayət Axtarışı qrupunun baş əməliyyat müvəkkili polis kapitanı Məhərrəmov Səfa Şirzad oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Şərur rayonu Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Sədərək rayonu, Çərçiboğan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs 11 may 2022-ci il tarixdə, saat 08:50 radələrində Sədərək rayon Heydərabad qəsəbəsində özünü şübhəli apardığından həmin şəxsin Sədərək rayon Polis şöbəsinə dəvət edilərək üzərində baxış keçirilərkən 1 ədəd həbin təmiz çəkisi 0.260 qram solfetkaya bükülmüş psixotrop maddə olan MDMA (metilendioksimetamfetamin, ekstazi) təsiredici maddəsinin miqdarı isə 0.028 qram olan MDMA (metilendioksimetamfetamin, ekstazi) psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlaması aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, 1986-cı il tarixdə Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuş hal-hazırda Şərur rayon Çərçiboğan kəndində yaşadığını, işsiz olduğunu, 11 may 2022-ci il tarixdə səhər saat 08:00 radələrində Şərur rayon Çərçiboğan kəndində yerləşən evindən çıxaraq Sədərək rayonuna “qazayağı” deyilən pencərdən yığmaq məqsədi ilə Sədərək-Naxçıvan avtomobil yoluna çıxdığını, həmin yolda tanımadığı yol maşını ilə Sədərək rayon ərazisinə gəldiyini, Heydərabad qəsəbəsinin girişində düşdüyünü, ordan çöllük əraziyə keçərək həmin pencəri yiğmağa başladığını, həmin vaxti atasi Məmmədov Qurban telefon vasitəsi ilə ona zəng edərək ondan hara getdiyini soruşduğunu və onunla mübahisə etməyə başladığını, atasının onun telefonda danışarkən əsəbləşdirdiyini və ucadan qışqıraraq atası ilə telefonda mübahisə etdiyini, mobil telefonu söndürdükdən sonra isə öz-özünə ucadan ünvansız nalaiq ifadələr işlətməyə başladığını, həmin vaxt yanında tanımadığı bir avtomobilin saxladığını və içərisindən bir nəfər şəxs düşərək polis olduğunu bildirərək onu polis şöbəsinə dəvət etdiyini, Polis şöbəsində olan zaman tanımadığ iki nəfər şəxsin iştirakı ilə üzərinə baxış keçirdiklərini və üzərindəki idman şalvarının sol cibindən 1 ədəd “Samsun A20s” markalı telefon və ağ rəngli salfetkaya bükülmüş psixotrop maddə olan MDMA (Ekstazi) çıxdığını, 2 gün əvvəl yəni 09.05.2022-ci il tarixdə Türkiyə Respublikasından geri dönüb gələn zaman Sədərək gömrük keçid məntəqəsinin çıxışında zibil qutusunun yanında yerdən tapdığını, həmin maddəni istifadə edər deyə götürdüyünü amma yadından çıxıb cibində qaldığını, polis əməkdaşlarının həmin həbi götürüb tanımadığı iki nəfər şəxsin iştirakı ilə zərfə qoyaraq həmin zərfi möhürlədiklərini,bildiridi. İnzibati protokolu tərtib edən şəxs Sədərək rayon Polis şöbəsinin cinayət axtarışı qrupunun baş əməliyyat müvəkkili polis kapitanı Məhərrəmov Səfa Şirzad oğlu məhkəmədə verdiyi izahatında bildirdi ki, 11 may 2022-ci il tarixdə səhər saatlarında Heydərabad qəsəbəsində bir nəfər şəxsin özünü şübhəli apardığını gördüyünü, bu baxımdan həmin şəxsi Sədərək rayon Polis şöbəsinə dəvət etdiyini, Polis şöbəsində həmin şəxsin Şərur rayonunun Çərçiboğan kənd sakini Şəxs olduğunu müəyyən etdiyini, hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparıldığını, baxış zamanı onun əynindəki idman şalvarının sol cibindən 1 ədəd mobil telefonunu və 1 ədəd ağ salfetkaya bükülmüş həbin aşkar edildiyini, həmin əşyaların zərfə qoyularaq hal şahidlərinin iştirakı ilə möhürləndiyini, sonra isə şöbənin rəisinə raportla müraciət etdiyini raportuna dair göstəriş aldıqdan sonra həmin həbin ekspertizaya göndərdiyini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli, 120 saylı arayışı ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim olunmuş Şərur rayonu Çərçiboğan kənd sakini Şəxs üzərindən götürülmüş 1 ədəd həbin təmiz çəkisi 0,260 qram, təsiredici maddənin miqdarı isə 0,028 qram olan maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) pisxotrop maddədir ona görə də materiallar əsasında protokol tərtib edərək məhkəməyə göndərdiyini bildiridi. Şəxs izahatında həmçinin hərəkətindən çox peşman olduğunu, əvvəllər inzibati xəta törətmədiyini bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında 1998-ci il tarixdə Sədərək rayon Heydərabad qəsəbəsində anadan olduğunu, halhazırda Sədərək rayon Heydərabad qəsəbəsində yaşadığını və Heydərabad qəsəbə tam orta məktəbində mühafizəçi işlədiyini, 11 may 2022-ci il tarixdə səhər saat 08:50 radələrində Sədərək rayon Heydərabad qəsəbəsində Heydərabad qəsəbə tam orta məktəbindən işdən çıxaraq evə gedərkən bir nəfər şəxsin uca səslə telefonla danışdığını telefonu söndürdükdən sonara isə naməlum ünvanlara nalayiq söyüşlər söyməyə başaladığını, ona tərəf getməyə başladığını həmin vaxt tanımadığı bir avtomobilin həmin şəxsin yanında saxlayaraq avtomobildən bir nəfər tanımadığı şəxs düşərək həmin şəxsə yaxınlaşıb özünü polis əməkdaşı kimi təqdim etdyini və şöbəyə dəvət etdiyini daha sonra yaşadığı evə getdiyini bildiridi. Məhkəmə iclasında hal şahidləri X4 və X7 eyni məzmunlu izahat verərək bildirdilər ki, 11 may 2022-ci il tarixdə səhər saatlarında Sədərək rayonu Heydərabad qəsəbəsində olarkən Polis əməkdaşı olan Səfa müəllimin onları Polis şöbəsinə dəvət etdiyi və hal şahidi kimi iştirak edəcəklərini onlara izah etdiyini, Səfa müəllim ilə razılaşaraq Polis şöbəsinə getdiklərini, ilk olaraq qanunvericiliyin onlara izah olunduğunu sonra isə əvvəllər tanımadıqları Zamin adlı şəxsin üzərində axtarış aparıldığına şahidlik etdiklərini, Zaminin üzərində axtarış aparılarkən əynindəki idman şalvarının sol cibibdən bir ədəd mobil telefonun və bir ədəd ağ rəngli salfetə bükülmüş həb aşkar edildiyini, həmin əşyaların zərfə qoyularaq möhürləndiyini gördüklərini bidirdilər. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli, 120 saylı arayışından müəyyən olunur ki, tədqiqata təqdim olunmuş Şərur rayonu Çərçiboğan kənd sakini Şəxs üzərindən götürülmüş 1 ədəd həbin təmiz çəkisi 0,260 qram, təsiredici maddənin miqdarı isə 0,028 qram olan maddə MDMA (metilendioksimetamfetamin, ekstazidir) İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyinin X2 12 may 2022-ci il tarixli 284 saylı məktubundan aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda heç bir abstinensiya əlamətlərinin olmadığına görə məcburi müalicəyə ehtiyyacının olmadığı müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına(İ siyahı; İİ bənd; sıra № 20) daxildir “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahıya əsasən psixotrop maddə olan MDMA (metilendioksimetamfetamin, ekstazi) 0.03 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs əldə etdiyi şəxsi istehlak miqdarında 1 ədəd həbin təmiz çəkisi 0,260 qram, təsiredici maddənin miqdarı isə 0,028 qram olan maddə MDMA (metilendioksimetamfetamin, ekstazidir). psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamışdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını, əvvəllər inzibati xəta törətməməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iş üzrə maddi sübutun taleyi ilə bağı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində saxlanılan yarım həb təsiredici maddəsinin miqdarı 0,028 qram MDMA (metilendioksimetamfetamin, ekstazi) psixotrop maddəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbsin müddətinə daxil edilir. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, 11 may 2022-ci il tarixindən, saat 09:35 dəqiqədən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 17 (on yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. Həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, 11 may 2022-ci il tarixindən, saat 09:35-dən hesablansın. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan yarım həb təsiredici maddəsinin miqdarı 0,028 qram MDMA (metilendioksimetamfetamin, ekstazi) psixotrop maddəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-8/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-8/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver