Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-8/2023 04.02.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxx 1979-cu il tarixdə Şərur Rayonu Siyaqut kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ali təhsilli, subay, işsiz, Şərur Rayonu Siyaqut kəndində pasport qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:17 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunda ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Beləliklə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şərur Rayonu Siyaqut kəndində qeydiyyatda olduğunu və haliyədə orada yaşadığını, 03 fevral 2023-cü il tarixdə Türkiyə Respublikasından qayıdaraq Sədərək gömrük keçid məntəqəsinə daxil olduğunu, onunla birgə 4 bacısı və bacısının yanında az yaşlı uşağının olduğunu, gömrük əməkdaşlarının əl yüklərini monitordan keçirmələrini tələb etdiklərini, əl yüklərini monitordan keçirdikdən sonra gömrük əməkdaşları 18 ədəd toyuqdan 6-sının artıq olduğunu dediklərini, ondan sonra həmin artıq olan toyuqların əllərindən alınacağından qorxduğu üçün gömrük əməkdaşları ilə mübahisə etməyə başladığını, ucadan səs-küy salaraq onların etdiklərinin qanunsuz olduğunu dediyi, gömrük əməkdaşlarının isə bu barədə Nazirlər Kabinetinin qərarı olduğunu, artıq olan toyuqların saxlanc anbarına qoyulacağını dediklərini, daha sonra barəsində akt tərtib edilərək Sədərək Rayon Polis şöbəsinin əməkdaşlarına təhvil verdiyini bildirərək törətdiyi əmələ görə çox peşman olduğunu və gömrük əməkdaşlarından dönədönə üzr istədiyini, gələcəkdə belə hallara yol verməyəcəyini, barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində Sədərək Gömrük postunun giriş zalında xidmətdə olarkən saat təxminən 01.17 radələrində Türkiyə Respublikasından gələn Şərur Rayonu Siyaqut kənd sakini Şəxs əl yüklərinə baxış keçirərkən Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 saylı qərarına əsasən istifadə miqdarında artıq yüklərin aşkar edildiyini, vətəndaş Şəxs qanunvericiliyin tələblərinin izah olunduğunu və həmin yüklərin saxlanc anbarına qoyulması barədə məlumat verildiyini, bu zaman vətəndaş Şəxs səsini yüksəldərək etirazını bildirdiyini, səs-küy saldığını bu zaman növbə rəisi Şahid3 tərəfindən X1 rəis səlahiyyətlərini müvəqqəti icra edən Anar Əhmədova hadisə barədə telefon vasitəsi ilə məlumat verdiyini, həmin vətəndaşa qanunvericilik izah edildikdən sonra akt tərtib edərək onun barəsində müvafiq tədbir görülməsi üçün Sədərək Rayon Polis şöbəsinə göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 və Şahid1 izahatlarında Şahid2 verdiyi izahata tam uyğun olaraq izahat verərək izahatda göstərilənləri bir daha təsdiq etdilər. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 90 (doxsan) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Şərur Rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №3(088)-8/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-8/2023
04.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver