Məhkəmə qərarları › İş №3(088)-8/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-8/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-8/2024 29.02.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs qismində iştirak edən Sədərək Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1987-ci il tarixdə Şərur Rayonu Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Sədərək Rayon Qaraağac kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Sədərək rayon Qaraağac kəndi ərazisində xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2024-cü il tarixdə axşam saat 00:30 radələrində spirtli içkinin təsiri altında qaynanası X2 evinə uşaqlarını görmək üçün getdiyini, həyat yoldaşı X1 onu əsəbləşdirdiyini, həmin vaxt ucadan səs-küy salaraq ictimai qaydanı pozduğunu, biraz sonra Sədərək Rayon Polis şöbəsinin əməkdaşlarının gəldiyini və onu polis şöbəsinə dəvət etdiyini bildirirərək törətdiyi əməldən çox peşman olduğunu, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs qismində dindirilən X4 izahatında bildirdi ki, Sədərək rayon Polis şöbəsinin İTB-də polis sahə rəisi vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə Sədərək rayon Polis şöbəsində əməliyyat qrupunda olan zaman polis şöbəsinə zəng gəldiyini, bir nəfər vətəndaşın səs-küy saldığının və içtimai qaydanı pozduğunun bildirildiyini, polis nəfəri Şahid2 və Şahid1 götürərək həmin ünvana getdiklərini səs-küy salanın Şəxs içkili halda qaynanası X2 evinin həyətində səs-küy salaraq ətrafdakı qonşuları və ailəsini narahat edərək ictimai qaydanı pozduğunu onu sakitləşdirdiklərini və polis şöbəsinə dəvət etdiklərini, barəsində protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə məhkəməyə göndərildiyini bildiridi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirdi ki, Şərur rayon Mahmudkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, Sədərək rayon Polis şöbəsinin PPXT də polis nəfəri vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə təxminən axşam saat 00:45 radələrində Sədərək Rayon Sədərək kənd ərazisində xidmət apardığı zaman xidmət yoldaşı Şahid2 Sədərək rayon polis sahə rəisi Rəşad müəllimin mobil telefonla zəng edərək xidmətdə olduqları yeri soruşaraq həmin yerdə durmalarını və maşınla gəlib onlarıda götürərək X2 evində problem olduğu üçün həmin ünvana gedəcəklərini dediyini, həmin ünvana çatdıqları zaman Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozduğunu və qonşuları da narahat etdiyini gördüklərini, bu zaman Rəşad müəllimin Niyəməddini sakitləşdirərək polis şöbəsinə apardığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında Şahid1 verdiyi izahata tam uyğun olaraq izahat verərək, Tağıyevin verdiyi izahatı bir daha təsdiq etdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs 28 fevral 2024-cü il tarixdə Sədərək Rayon Sədərək kəndində yerləşən X2 evinə gedərək orada ucadan nalayiq ifadələr işlətmiş və səs-küy salaraq ictimai qaydanı pozmuş və nəticədə xırda xuliqanlıq etmişdir. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 28 fevral 2024-cü il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs 28 fevral 2024-cü il tarixdən saat 01:00-dan inzibati qaydada tutulmaqla saxlanmışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx.xx.1987-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli onun inzibati qaydada tutulduğu andan yəni, 28 fevral 2024-cü il tarixdən saat 01:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar