Məhkəmə qərarları › İş №3(088)-8/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-8/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-8/2025 26.02.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.2004-cü il təvəllüdlü, Sədərək rayon Sədərək kəndində qeydiyyatda duran Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsi ilə tənbeh edilməsinə dair inzibati protokola baxaraq M ü ə y y ə n e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası DİN Nizami rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edilməklə 100 manat inzibati qaydada cərimə edilmişdir. Şəxs barəsində tərtib olunmuş cəriməni 3 ay müddətində ödəmədiyindən Azərbaycan Respublikası DİN Nizami rayon DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixində onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında işə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmalıdır. Məhkəmə işə əlavə olunmuş materialı nəzərdən keçirib, bu qənaətə gəlir ki, iş üzrə inzibati xətaçı Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Ona görə ki, Şəxs tərəfindən törətdiyi əmələ görə tərtib edilmiş protokola asan ödəniş saytı olan asanpay vasitəsi ilə yoxlanış edilən zaman həmin protokol üzrə cərimə borcunu və dəbbə pulunun ödənildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi göstərilmişdir. Həmin maddənin sanksiyasında inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. Eyni zamanda göstərilən maddənin qeyd hissəsində deyilir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Bakı şəhəri Nizami rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati xətaçı həmin cəriməni ödəmədiyinə görə onun barəsində 30 yanvar 2025-ci il tarixində İXP ******* saylı protokol tərtib edilmişdir. İnzibati materiala əlavə edilmiş asanpay ödəniş sistemindən çıxarışdan görünür ki, Şəxs tərəfindən müvafiq cərimə və dəbbə pulu tam ödənilmişdir. Məhkəmə törədilmiş xətanın az əhəmiyyətli olduğunu, Şəxs məhkəmə qərarı çıxarılanadək inzibati xəta haqqında icraat üçün əsas olmuş ödənilməmiş müvafiq cəriməni və dəbbə pulunu tam olaraq ödədiyini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nın 529.3-cü maddəsi ilə təqsirli bilinməklə inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111,114,115, 128 və 130-cu maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinməklə inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sədərək rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar