Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-9/2022 21.05.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər X3, Şəxs qızının və X1 X7 Məntəqəsinin rəisi X2 iştirakı ilə. xx.xx.1983-cü ildə Şərur rayonu Aralıq kəndində anadan olmuş, evli, 3 uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şərur rayonu Yuxarı Aralıq kəndində qeydiyyatda olan və yaşayan Şəxs və 07.03.1986-cı ildə Şərur rayonu Aralıq kəndində anadan olmuş, evli, 2 uşaq anası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şərur rayonu Yuxarı Aralıq kəndində qeydiyyatda olan X3 haqqında X5 Divizyası tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs və X6 21 may 2022-ci il tarixdə X1 X7 Məntəqəsində ucadan nalayiq sözlər işlədərək səs-küy salarkən sərhəd qoşunlarının əməkdaşları tərəfindən nizam intizama dəvət edilmiş, lakin onlar, sərhəd qoşunları əməkdaşlarının qanuni tələbinə tabe olmamış və hərəkətlərinə davam etdirmişdirlər. Bununla da onlar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.2-ci maddəsinin tələbini pozmuşdurlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında həyat yoldaşı Vüsalə Abbasovanın səhhətində problemlər yarandığını, fevral ayında Vüsaləni Türkiyə Respublikasına müalicə olunması üçün göndərdiyini, bir müddət sonra səhhətinin duzəldiyini və Naxçıvan Muxtar Respublikasına geri qayıtdığını, Vüsaləni müalicə edən həkimlərin 1 aydan sonra yenidən gəlməsini istədiklərini, təxminən 15 gün bundan əvvəl Vüsalənin səhhətinin yenidən pisləşdiyini və yenidən müalicə olunması üçün Türkiyə Respublikasının İğdır vilayətinə göndərdiyini, bü gün yəni 21 may 2022-cı il tarixində səhər saat 03:00-da Türkiyə Respublikasının İğdır vilayətinə getdiyini, onun ora getmək səbəbinini həyat yoldağının qarşısına çıxmaq və mərhum atalarının yas mərasimində istifadə etmək üçün ərzaq alaraq bacısı Səma ilə həyat yoldaşı Vüsalə ilə görüşdüyünü və onlarla birlikdə Naxçıvana geri qayıtmaq üçün gömrük keçidə məntəqəsinə gəldiklərini, 21 may 2022-ci il tarixində saat 09:00 radələrində Türkiyə gömrüyünü keçib Azərbaycan tərəfə gəldiklərini və Azərbaycan gömrüyündə gömrük işçilərinin veşlərini yoxladığını və onların gətirdikləri veşlərin qadağan olunduğunu və buraxılmayacağını dediklərini, onun isə onlara veşlərinin qalmasını və pasportlarının qaytarılmasını tələb etdiyini, gömrük işçilərinin həyat yoldaşı Vüsalənin çamadanlarını açdıqlarını və oltpaltarlarını yerə tökdüklərini, bu zaman o, onların bu hərəkətlərindən əsəbləşərək ucadan səs-küy salmağa başladığnı və ucadan nalayiq ifadələr işlətdiyini, həmin vaxt sərhəd qoşunlarının əməkdaşları onunla bacısı Səmaya yaxınlaşıb onları nizam intizamna dəvət etdiklərini, onların qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdiklərini, ondan sonra sərhəd qoşunlarının əməkdaşları onları xidməti otaqlarına dəvət etdiyini və barələrində protokol tərtib edildiyini, hazırda törətdiyi əməldən peşman olduğunu həmin əməli bir də törətməyəcəyini bildiridi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahatında qardaşı Şəfinin həyat yoldaşı Vüsalə Abbasovanın səhhətində problemlər yarandığını, fevral ayında Vüsaləni Türkiyə Respublikasına müalicə olunması üçün onun yanına gəldiyini, bir müddət sonra səhhətinin düzəldiyini və Naxçıvan Muxtar Respublikasına geri qayıtdığını, Vüsaləni müalicə edən həkimlərin 1 aydan sonra yenidən gəlməsini istədiklərini, təxminən 15 gün bundan əvvəl Vüsalənin səhhətinin yenidən pisləşdiyini və qardaşı Şəfinin onu yenidən müalicə olunması üçün Türkiyə Respublikasına göndərdiyini, bü gün yəni 21 may 2022-ci il tarixində Türkiyə Respublikasının İğdır vilayətinə gəldiklərini, qardaşı Şəfinin onların qarşısına çıxmaq və mərhum atalarının yas mərasimində istifadə etmək üçün ərzaq almağa gəldiyini, Şəfinin ərzaq alaraq onlarla görüşdüyünü, birlikdə Naxçıvana qayıtmaq üçün gömrük məntəqəsinə gəldiklərini, Tükiyə gömrüyünü keçib Azərbaycan tərəfə gəldiklərini və Azərbaycan gömrüyündə gömrük işçilərinin veşlərini yoxladığını və onların gətirdikləri veşlərin qadağan olunduğunu və buraxılmayacağını dediklərini, gömrük işçilərinin qardaşı Şəfinin həyat yoldaşı Vüsalənin çamadanlarını açdıqlarını, onun və Vüsalənin paltarlarını yerə tökdüklərini, bu zaman o, onların bu hərəkətlərindən əsəbləşərək qardaşı Şəfi ilə birlikdə ucadan səs-küy salmağa başladıqlarını və ünvansız ucadan nalayiq ifadələr işlətdiklərini, həmin vaxt sərhəd qoşunlarının əməkdaşları onunla qardaşı Şəfiyə yaxınlaşıb onları nizam intizamna dəvət etdiklərini, onların qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdiklərini, ondan sonra sərhəd qoşunlarının əməkdaşları onları xidməti otaqlarına dəvət etdiyini və barələrində protokol tərtib edildiyini, hazırda törətdiyi əməldən peşman olduğunu həmin əməli bir də törətməyəcəyini bildiridi. Məhkəmədə şahid qismində dindirilərkən Şahid1 izahatında 2013-cü ildən Gömrük orqanlarında işlədiyini, 2018-ci ildən Sədərək Gömrük İdarəsinin Sədərək Gömrük postnun inspektoru vəzifəsində çalışdığını və 21 may 2022-ci il tarixində saat 09:00 radələrində Gömrük İdarəsinin sərinişinlərinin yoxlanışdan keçmək üçün nəzərdə tutulan zalında tanmadığı iki nəfər şəxsin rentgen qurğusundan gətirdikləri ərzaq məhsullarını keçirdikdən sonra onlara yaxınlaşdığını, həmin şəxslərə məhdudlaşdırılmış və şəxsi istehlak miqdarından artıq mal gətirdiklərini bildiyini, onların onun dedikləri ilə razılaşmadığını və zalda ucadan səs-küy salaraq ictimai qaydanı pozmağa başladıqlarını, orada olan digər sərinişinlərin onların başına toplaşdığını, onları sakitləşdirməyə çalışdıqlarını, həmin zaman gömrükdə xidmət aparan sərhəd qoşunlarının əməkdaşları səs-küy salan şəxslərə yaxınlaşdıqlarını və onları nizam intizama dəvət etdiklərini, həmin şəxslərin onların qanuni tələblərinə qəsdən tabe olmayaraq əməllərinə davam etdiklərini, sərhəd qoşunlarının əməkdaşları onları xidmət yerinə dəvət etdiklərini bildiridi. Məhkəmədə şahid qismində dindirilərkən Şahid2 izahatında 2010-cu ildən Sərhəd Qoşunlarında, 2018-ci ildən X8 Nəzarət Məntəqəsində nəzarətçi vəzifəsində çalışdığını və 21 may 2022-ci il tarixində saat 09:00 radələrində Gömrük İdarəsinin sərinişinlərinin yoxlanışdan keçmək üçün nəzərdə tutulan zalında tanmadığı iki nəfər şəxsin gömrük işçiləri ilə mübahisə etdiyini və uca səslə səs küy salaraq nalayiq ifadələr işlədərək zalda olan digər vətəndaşlara narahatçılıq verdiyini gördüyünü, onun dərhal X7 Məntəqəsinin rəisi ilə birlikdə onlara yaxınlaşdıqlarını və onları nizam intizama dəvət etdiklərini, lakin həmin şəxslərin onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdiklərini, sonra onlar həmin şəxsləri xidməti otaqlarına dəvət etdiklərini bildiridi. Məhkəmə toplanmış sübutlara, İnzibati xəta haqqında 0001 və 0002 №-li protokollara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs və X3 yuxarıda sadalanan inzibati xəta törətmələrini özlərinin səmimi etirafı və iş üzrə dindirilmiş şahidlərin izahatları ilə kifayət qədər sübuta yetirilir. Təhqiqat orqanı Şəxs və X3 törətdikləri inzibati xətanı Azərbaycan Respublikasının İXMnin 535.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də onlar, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Belə ki, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, onlar öz hərəkətlərini davam etdirmişdirlər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs və X4 inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs və X3 peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcədə inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs və X6 barəsində inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, inzibati həbs cəza növünün tətbiq edilməsinin məqsədi həm inzibati xəta törətmiş şəxslər Şəxs və X3, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş şəxslər Şəxs və X4 inzibati tənbeh növü tətbiq edərkən belə hesab edir ki, onların Azərbaycan Respublikasının İXM-nin 535.2-ci maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsaslanıb Azərbaycan Respublikasının İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İnzibati xəta törətmiş şəxs xx.xx.1983-cü il təvəllüdlü Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.2-ci maddəsi ilə təqsirli bilinərək 30 (otuz ) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 21 may 2021-ci il tarixdən hesablanılsın. İnzibati xəta törətmiş şəxs 07.03.1986-cı il təvəllüdlü X6 Azərbaycan Respublikasının İXM-nin 535.2-ci maddəsi ilə təqsirli bilinərək 25 (iyirmi beş ) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 21 may 2021-ci il tarixdən hesablanılsın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-9/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-9/2022
21.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver