Məhkəmə qərarları › İş №3(088)-9/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-9/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-9/2023 20.02.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2002-ci il tarixdə Şərur rayonu, Kürçülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şərur rayonu, Kürçülü kəndində pasport qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 01.fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə DGK-A № 119183 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2023-cü il tarixində X3 vasitəsilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikası ərazisinə gələn, Azərbaycan Respublikası vətəndaşı, xx.xx.2002-ci il təvəllüdlü,xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş, AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, Şəxs Gömrük ərazisinə gələrkən heç bir əl yükünün olmaması və onunla eyni vaxtda gələn 12 nəfər şəxsin hər birinin gömrük nəzarətinə bəyan etdiyi “Marlboro touch one” markalı aksiz markası ilə markalanmayan siqaretlərin gətirilməsi gömrük əməkdaşlarında şübhə yaratdığından, Şəxs müşahidə etmiş, müşahidə zamanı onunla eyni vaxtda gələn vətəndaşlardan müəyyən qədər əl yüklərini topladığını görmüş və buna əsasən Şəxs əlində olan əl yüklərinə yoxlama keçirmək qərarına gəlmişdir. Daha sonra dəvət edilmiş hal şahidlərinin iştirakı ilə həmin şəxsin əl yüklərinə gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı üzərində “Marlboro touch one” yazısı olan 12 qutu (2400 ədəd) aksiz markası ilə markalanmayan siqaretlər aşkar olunaraq götürülərək qablaşdırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şərur rayonu, Kürçülü kəndində qeydiyyatda olduğunu və haliyədə həmin kəndə yaşadığını, 24 yanvar 2023-cü il tarixdə Türkiyə Respublikasına cəviz satmaq üçün getdiyini, həmin günü Türkiyə Respublikasından qayıdarkən onunla birgə qayıdan qohumlarına Türkiyə gömrüyündə yerləşən “Duty Free” mağazasından 12 blok marlboro markalı siqaret aldığını, X3nda hər bir şəxsə ay ərzində bir blok siqaret keçirilməsinə icazə verildiyi üçün hər qohumuna bir blok siqaret verdiyini, o və ailə üzvlərini siqaret çəkdiyindən və siqaretlərin Naxçıvanda baha qiymətə olduğundan Türkiyədən ucuz qiymətə alaraq qohumlarına payladığını, gömrük nəzarətindən keçdikdən sonra çölə çıxdıqlarını, çöldə həmin siqaretləri qohumlarından maşına aparmaq üçün aldığını, həmin zaman gömrük əməkdaşının ona yaxınlaşaraq əl yüklərinə təkrar yoxlama keçirəcəklərini bildirdiyini, daha sonra əl yüklərinə təkrar yoxlama keçirdiklərini, yoxlama zamanı 12 blok aksiz markası ilə markalanmayan “Marlboro touch one” markalı siqaretlərin aşkarlandığını, həmin siqaretləri sənədləşdirərək götürdüklərini bildirdiyini, törətdiyi əməldən peşman olduğunu, barəsində yüngül cəza verilməsini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin X3nun böyük inspektoru Şahid1 izahatında gömrük postunun böyük inspektoru vəzifədə işlədiyini, 24 yanvar 2023-cü il tarixdə xidmətdə olarkən X3 vasitəsi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına piyada yolla gələn, Azərbaycan Respublikası vətəndaşı, xx.xx.2022-ci il tarixdə verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, Şərur rayonu, Kürçülü kənd sakini Şəxs gömrük ərazisinə gələrkən heç bir əl yükünün olmaması və onunla eyni vaxtda gələn 12 nəfər şəxsin hər birinin gömrük nəzarətinə bəyan etdiyi “Marlboro touch one” markalı aksiz markası ilə markalanmayan siqaretlərin gətirilməsinin onda şübhə yaratdığından Şəxs müşahidə etdiyini, müşahidə zamanı onunla eyni vaxtda gələn vətəndaşlardan əl yüklərini topladığını gördüyünü, buna görə də əl yüklərinə iki nəfər hal şahidinin iştirakı ilə təkrar gömrük yoxlaması keçirmək qərarına gəldiyini, həmin vaxt gömrük ərazisində yük boşaltmağa gəlmiş Rasim və Azad adlı fəhlələri hal şahidi qismində iştirak etmələri üçün çağırdığını, yoxlama zamanı Şəxsa məxsus əl yüklərinin içərisində gizlədilmiş aksiz markası ilə markalanmayan 120 qutu (2400 ədəd) üzərində “Marlboro touch one” yazısı olan siqaretlərin aşkarlandığını, aşkarlanmış siqaretləri onun, Şəxs və iki nəfər hal şahidinin iştirakı ilə götürərək qablaşdırdığını, protokol tərtib edildiyini və bütün iştirakçılar tərəfindən imza edildiyini bildirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən Şahid2 işsiz olduğu üçün Sədərək Gömrük İdarəsində yüklərin daşınmasında fəhləlik edib ailəsini dolandırdığını, 24 yanvar 2023-cü il tarixdə yükləri boşaldan zaman Sübhan adlı Gömrük əməkdaşının onu və Azad adlı fəhlə yoldaşını çağırdığını, Türkiyədən gələn bir nəfər vətəndaşın əl yüklərinə baxış keçirən zaman orda hal şahidi qismində iştirak etmələrini xahiş etdiyini, etiraz etmədiklərini, Sübhan müəllim Azərbaycan Respublikası vətəndaşı Şəxs təqdim etdiyini, yoxlama zamanı əl yükünün içərisindən 12 blok üzərində “Marlboro touch one” yazısı olan siqaretlərin aşkarlandığını, aşkar olunmuş siqaretlər barəsində müvafiq sənədlərin tərtib edildiyini, həmin sənədləri imzaladıqlarını bildirdi. Məhkəmədə hal şahidi qismində dindirilən Şahid3 işsiz olduğu üçün, Sədərək Gömrük İdarəsində yüklərin daşınmasında fəhləlik edib ailəsini dolandırdığını, 24 yanvar 2023-cü il tarixdə fəhlə yoldaşı Şahid2 ilə birlikdə Sədərək Gömrük idarəsində olduqlarını bildirərək hal şahidi Şahid2 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinə əsasən malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi tərtib olunmuş protokoldan, özünün və şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 24 yanvar 2023-cü il tarixli yoxlanılma, əşya və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, yoxlama zamanı 24 yanvar 2023-cü il tarixində X3 vasitəsilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikası ərazisinə gələn, Azərbaycan Respublikası vətəndaşı, xx.xx.2002-ci il təvəllüdlü,xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş, AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, Şəxs Gömrük ərazisinə gələrkən heç bir əl yükünün olmaması və onunla eyni vaxtda gələn 12 nəfər şəxsin hər birinin gömrük nəzarətinə bəyan etdiyi “Marlboro touch one” markalı aksiz markası ilə markalanmayan siqaretlərin gətirilməsi gömrük əməkdaşlarında şübhə yaratdığından, gömrük əməkdaşları Şəxs müşahidə etmiş, müşahidə zamanı onunla eyni vaxtda gələn vətəndaşlardan müəyyən qədər əl yüklərini topladığını görmüş və buna əsasən Şəxs əlində olan əl yüklərinə yoxlama keçirilmiş, yoxlama zamanı üzərində “Marlboro touch one” yazısı olan 120 qutu (2400 ədəd) aksiz markası ilə markalanmayan siqaretlər aşkar olunaraq götürülərək qablaşdırılmışdır. Bununla da müəyyən olunur ki, Şəxs 24 yanvar 2023-cü il tarixdə X3ndan Naxçıvan Muxtar Respublikasına keçərkən gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsi vasitəsi ilə 120 qutu (2400 ədəd) aksiz markası ilə markalanmayan “Marlboro touch one” markalı siqaretləri özü bəyan etmədən gömrük nəzarətindən gizlətməklə keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 31 yanvar 2023-cü il tarixli 100 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş 120 qutu (2400 ədəd) üzərində heç bir aksiz markası olmayan “Marlboro touch one” markalı siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri 660 (altı yüz altmış) manat müəyyən edilmişdir. O cümlədən 1 qutu (20 ədəd) “Marlboro touch one” markalı qalın siqaretin orta bazar qiyməti 5.50 (beş manat, əlli qəpik) manat, 120 qutusu (5.50 manat x120)= 660 (altı yüz altmış) manat müəyyən olunmuşdur. İş materiallarında olan 02 fevral 2023-ci il tarixli, ***-*******-22/000386 nömrəli müşayət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübut olan 120 qutu (2400 ədəd) “Marlboro touch one” markalı siqaretlər məhkəmə tərəfindən barəsində müvafiq qərar verilənədək Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan heç bir aksiz markası ilə markalanmayan istifadəyə yararlı bir qutusu 5.50 manat olan 120 qutu (2400 ədəd) ümumilikdə qiyməti 660 (altı yüz altmış) manat olan “Marlboro touch one” markalı siqaretlər dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınır. İş üzrə ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: xx.xx.2002-ci il təvəllüdlü Şərur rayonu, Kürçülü kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan bir qutusu 5.50 manat olan, 120 qutu (2400 ədəd) ümumilikdə qiyməti 660 (altı yüz altmış) manat olan “Marlboro touch one” markalı siqaretlər dövlət nəfinə müsadirə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar