Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-9/2024 13.03.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. xx.xx.1968-ci il tarixdə Şərur rayonu, Mahmudkənd kəndinə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 22 fevral 2024-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixində saat 19:31-də Şəxs idarə etdiyi “X8” markalı **-FN-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində əsaslı dəyişiklik edildiyi və bu barədə gömrük orqanına yazılı və ya elektron formada heç bir məlumat vermədiyi məlum olmuş, nəqliyyat vasitəsinə 4 ədəd yeni diski salınmış, salonunda 18 ədəd yeni oturacaq qoyulduğu, əlavə olaraq 2 ədəd fərqli ölçüdə masa, 1 ədəd soyuducu, salonun işıqlanması üçün 11 ədəd lampa, 4 ədəd (140x0.80), 2 ədəd (125x0.80), 2 ədəd (0.80x0.80) isə şəffaf şüşə salındığı, salonun ön yuxarı hissəsinə 1 ədəd monitor qoyulduğu, kabinin yuxarı hissəsinə isə kondisioner quraşdırdığı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, iş yerinin olmadığını, ailəsini dolandırmaq üçün ara-sıra Bakı şəhərinə gedərək sürücülüklə məşğul olduğunu, xx.xx.2023-cü il tarixdə dostuna məxsus “X8” markalı **-FN-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini təmir etmək məqsədi ilə “Mazımqara” gömrük postundan keçib əvvəlcə gürcüstan Respublikasına ordan da Türkiyə Respublikasına daxıl olaraq Türkiyə Respublikasının Trabzon şəhərinə getdiyini, avtomobili təmir edilməsi üçün həmin şəhərdə saxlayaraq özünün Naxçıvana qayıtdığını, xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsi təmir olunub qurtardığından nəqliyyat vasitəsini oradan götürmək üçün Türkiyə Respublikasına getdiyini, təmir olunmuş nəqliyyat vasitəsini götürərək Naxçıvana yola düşdüyünü, iki gün sonra Sədərək Gömrüyünə daxil olduğunu, gömrük əməkdaşlarının iki nəfər hal şahidinin iştirakı ilə nəqliyyat vasitəsini yoxlamağa başladığını, nəqliyyat vasitəsində 18 ədəd yeni oturacaq və 2 ədəd masa qoyulduğunu, 8 ədəd şəffaf şüşə salındığını, 11 ədəd lampa, 1 ədəd soyuducu, salonun ön yuxarı hissəsində 1 ədəd monitör quraşdırıldığını, 4 ədəd yeni diski qoyulduğunu və kabinin yuxarı hissəsinə kondisioner quraşdırıldığının aşkar olunduğunu, əlavə olunmuş ehtiyyat hissələrinin idarə etdiyi nəqliyyat vasitəsinin hissəsi olduğunu düşündüyü üçün bəyan etməli olduğunu bilmədiyini, əməlindən peşman olduğunu bir daha belə bir hala yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin X6 böyük inspektoru Şahid1 izahatında hal hazırda göstərilən vəzifədə işlədiyini, xx.xx.2024-cü il tarixində Sədərək Gömrük İdarəsində ölkəyə giriş istiqamətində minik nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən, Azərbaycan Respublikası vətəndaşı, Şərur rayon sakini xx.xx.1968-ci il təvəllüdlü Şəxs idarə etdiyi “X8” markalı **-FN-*** dövlət nömrə nüşanlı nəqliyyat vasitəsinin Sədərək gömrük postuna daxil olduğunu, sonra sənədlərini qeydiyyat etdirdikdən sonra sürücü ilə söhbət etdiyini və nəqliyyat vasitəsində hər hansı qadağan olunmuş predmetin olub-olmamasını və fakturasının olub-olmamasını soruşduğunu, Şəxs isə qadağan olunmuş hər hansı predmetin və fakturasının olmadığını dediyini, nəqliyyat vasitəsinin təkərlərinə təzə diskilər salındığını gördüyünü və daha ərtaflı baxış keçirmək qərarına gəldiyini, iki nəfər hal şahidi dəvət edərək nəqliyyat vasitəsini yoxlamağa başladığını, yoxlama zamanı 4 ədəd yeni diski salındığı, salonunda 18 ədəd yeni oturacaq qoyulduğu, əlavə olaraq 2 ədəd fərqli ölçüdə masa, 1 ədəd soyuducu, salonun işıqlanması üçün 11 ədəd lampa, 4 ədəd (140x0.80), 2 ədəd (125x0.80), 2 ədəd (0.80x0.80) isə şəffaf şüşə salındığı, salonun ön yuxarı hissəsinə 1 ədəd monitor qoyulduğu, kabinin yuxarı hissəsinə isə kondisioner quraşdırdığının aşkar edildiyini, sonra müvafiq sənədlərin hazırlanaraq imzalandığını bildirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən Şahid2 izahatında hazırda işsiz olduğu üçün Sədərək Gömrük postunda yerləşən kafeyə iş üçün getdiyini, xx.xx.2024-cü il tarixdə kafedə işçilərə çay verən zaman Nicad adlı gömrük əməkdaşının ona yaxınlaşaraq Türkiyə Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini və hal şahidi kimi iştirak etməsini xahiş etdiyini, sonra Nicad müəllimin yeməkxanada işləyən Rəfail adlı şəxsi də hal şahidi kimi dəvət etdiyini, bir yerdə nəqliyyat vasitəsini yoxladığı yerə getdiklərini, yoxlama zamanı 4 ədəd yeni diski salındığı, nəqliyyat vasitəsinin salonunda 18 ədəd yeni oturacaq qoyulduğu, 2 ədəd fərqli ölçüdə masa, 1 ədəd soyuducu, salonun işıqlanması üçün 11 ədəd lampa, 4 ədəd (140x0.80), 2 ədəd (125x0.80), 2 ədəd (0.80x0.80) isə şəffaf şüşə salındığı, salonun ön yuxarı hissəsinə 1 ədəd monitor qoyulduğu, kabinin yuxarı hissəsinə isə kondisioner quraşdırdığının aşkar edildiyini bildirdi. Məhkəmədə hal şahidi qismində dindirilən X1 Gömrük postunda yeməkxanada işlədiyini, xx.xx.2024-cü il tarixdə iş yoldaşı Şahid2 ilə birlikdə Sədərək Gömrük idarəsində olduqlarını bildirərək hal şahidi Şahid2 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin izahatları, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 31 yanvar 2024-cü il tarixli Şəxs nəqliyyat vasitəsinin yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı nəqliyyat vasitəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən konstruksiyasına müəyyən dəyişikliklər edilmiş, sözügedən nəqliyyat vasitəsi sənədlərdə yük nəqliyyat vasitəsi kimi qeyd olunsa da nəqliyyat vasitəsinin salonunda olan oturacaqları 7 ədəd iki nəfərlik, 4 ədəd tək nəfərlik oturacaq olmaqla dəyişdirilmiş, əlavə olaraq 2 ədəd fərqli ölçüdə masa, 1 ədəd soyuducu, salonun işıqlanması üçün 11 ədəd lampa, 4 ədəd (140x0.80), 2 ədəd (125x0.80), 2 ədəd isə (0.80x0.80) şəffaf şüşə salınmış, salonun ön yuxarı hissəsinə 1 ədəd monitor, 4 ədəd yeni şin diski, kabinin yuxarı hissəsinə isə kondisioner quraşdırılmışdır. Əlavə olunan avadanlıqlar barədə nəqliyyat vasitəsi ölkə ərazisinə gətirilərkən avtonəqliyyat vasitəsinin sahibi tərəfindən gömrük bəyannaməsi tərtib olunmamış və gömrük orqanına məlumat verilməmişdir. Bununla da müəyyən olunur ki, Şəxs 31 yanvar 2024-cü il tarixdə Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan etmədən 4 ədəd yeni diski, salonunda 18 ədəd yeni oturacaq, əlavə olaraq 2 ədəd fərqli ölçüdə masa, 1 ədəd soyuducu, salonun işıqlanması üçün 11 ədəd lampa, 4 ədəd (140x0.80), 2 ədəd (125x0.80), 2 ədəd (0.80x0.80) isə şəffaf şüşə, salonun ön yuxarı hissəsinə 1 ədəd monitor, kabinin yuxarı hissəsində isə kondisioneri gömrük nəzarətindən kənar keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yə müəyənləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 21 fevral 2024-cü il tarixli 143 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2015-ci il istehsalı, Mercedes benz markalı, sprinter yük modelli, vaqon tipli, qara rəngli nəqliyyat vasitəsinə quraşdırılan üzərində stila yazısı olan iki nəfərlik 7 cüt oturacaq bir ədədi 500 manat olmaqla cəmi 3500 manat, üzərində stila yazısı olan tək nəfərlik 4 ədəd oturacaq bir ədədi 250 manat olmaqla cəmi 1000 manat, sərnişin üçün qara rəngli bir ədəd masa(40x20x80) 70 manat dəyərində, sərnişin üçün qara rəngli bir ədəd masa(37x80x72) 100 manat dəyərində, soyuducu bir ədəd 460 manat dəyərində, salon üçün quraşdırılmış lampa 11 ədəd bir ədədi 35 manat olmaqla cəmi 385 manat dəyərində, 1 ədəd 125x76 sm ölçülü, 2 ədəd 78x81 sm ölçülü, 1 ədəd 76x140 sm ölçülü, 1 ədəd 138x77 sm ölçülü, 1 ədəd 140x70 sm ölçülü, 1 ədəd 135x76 sm ölçülü ümumilikdə 7 ədəd qara rəngli maşın şüşələri 1 komplekti 680 manat dəyərində, monitor 1 ədəd (30x52 sm) ölçülü 140 manat dəyərində, Mercedes benz üçün diski (16-lıq) 4 ədəd bir ədədi 120 manat olmaqla cəmi 480 manat dəyərində, Yılkar kondisioner 1 ədəd 3200 manat dəyərində tədqiqat obyektlərinin (1 ədəd şüşə istisna olmaqla) istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyərləri təxminən 10015 (on min on beş) manat müəyyən edilmişdir. İş materiallarında olan 23 fevral 2024-ci il tarixli, 3-33-1200/2-000657/2024 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübutlar NBGİ-nin “X7” gömrük postunun anbarında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyərinin 40 faizi məbləğində cərimə edilməlidir. Əlavə olaraq inzibati xətanın bilavasitə obyekti olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “X7” gömrük postunun anbarında saxlanılan ümumi dəyəri 10015 (on min on beş) manat təşkil edən üzərində stila yazısı olan iki nəfərlik 7 cüt oturacaq bir ədədi 500 manat olmaqla cəmi 3500 manat, üzərində stila yazısı olan tək nəfərlik 4 ədəd oturacaq bir ədədi 250 manat olmaqla cəmi 1000 manat, sərnişin üçün qara rəngli bir ədəd masa(40x20x80) 70 manat dəyərində, sərnişin üçün qara rəngli bir ədəd masa(37x80x72) 100 manat dəyərində, soyuducu bir ədəd 460 manat dəyərində, salon üçün quraşdırılmış lampa 11 ədəd bir ədədi 35 manat olmaqla cəmi 385 manat dəyərində, 1 ədəd 125x76 sm ölçülü, 2 ədəd 78x81 sm ölçülü, 1 ədəd 76x140 sm ölçülü, 1 ədəd 138x77 sm ölçülü, 1 ədəd 140x70 sm ölçülü, 1 ədəd 135x76 sm ölçülü ümumilikdə 7 ədəd qara rəngli maşın şüşələri 1 komplekti 680 manat dəyərində, monitor 1 ədəd (30x52 sm) ölçülü 140 manat dəyərində, Mercedes benz üçün diski (16-lıq) 4 ədəd bir ədədi 120 manat olmaqla cəmi 480 manat dəyərində, Yılkar kondisioner 1 ədəd 3200 manat dəyərində olan avtomobil ehtiyat hissələri müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra sahibi Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci bəndinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1968-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs üzərində stila yazısı olan iki nəfərlik 7 cüt oturacaq bir ədədi 500 manat olmaqla cəmi 3500 manat, üzərində stila yazısı olan tək nəfərlik 4 ədəd oturacaq bir ədədi 250 manat olmaqla cəmi 1000 manat, sərnişin üçün qara rəngli bir ədəd masa(40x20x80) 70 manat dəyərində, sərnişin üçün qara rəngli bir ədəd masa(37x80x72) 100 manat dəyərində, soyuducu bir ədəd 460 manat dəyərində, salon üçün quraşdırılmış lampa 11 ədəd bir ədədi 35 manat olmaqla cəmi 385 manat dəyərində, 1 ədəd 125x76 sm ölçülü, 2 ədəd 78x81 sm ölçülü, 1 ədəd 76x140 sm ölçülü, 1 ədəd 138x77 sm ölçülü, 1 ədəd 140x70 sm ölçülü, 1 ədəd 135x76 sm ölçülü ümumilikdə 7 ədəd qara rəngli maşın şüşələri 1 komplekti 680 manat dəyərində, monitor 1 ədəd (30x52 sm) ölçülü 140 manat dəyərində, Mercedes benz üçün diski (16-lıq) 4 ədəd bir ədədi 120 manat olmaqla cəmi 480 manat dəyərində, Yılkar kondisioner 1 ədəd 3200 manat dəyərində avtomobil ehtiyat hissələri ilə birlikdə ümumi dəyəri 10015 (on min on beş) manat məbləğində olan malların dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 4006 (dörd min altı) manat cərimə edilsin. Maddi sübut, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “X7” gömrük postunun anbarında saxlanılan üzərində stila yazısı olan iki nəfərlik 7 cüt oturacaq bir ədədi 500 manat olmaqla cəmi 3500 manat, üzərində stila yazısı olan tək nəfərlik 4 ədəd oturacaq bir ədədi 250 manat olmaqla cəmi 1000 manat, sərnişin üçün qara rəngli bir ədəd masa(40x20x80) 70 manat dəyərində, sərnişin üçün qara rəngli bir ədəd masa(37x80x72) 100 manat dəyərində, soyuducu bir ədəd 460 manat dəyərində, salon üçün quraşdırılmış lampa 11 ədəd bir ədədi 35 manat olmaqla cəmi 385 manat dəyərində, 1 ədəd 125x76 sm ölçülü, 2 ədəd 78x81 sm ölçülü, 1 ədəd 76x140 sm ölçülü, 1 ədəd 138x77 sm ölçülü, 1 ədəd 140x70 sm ölçülü, 1 ədəd 135x76 sm ölçülü ümumilikdə 7 ədəd qara rəngli maşın şüşələri 1 komplekti 680 manat dəyərində, monitor 1 ədəd (30x52 sm) ölçülü 140 manat dəyərində, Mercedes benz üçün diski (16-lıq) 4 ədəd bir ədədi 120 manat olmaqla cəmi 480 manat dəyərində, Yılkar kondisioner 1 ədəd 3200 manat dəyərində olan avtomobil ehtiyat hissələri qərar qanuni qüvvəsini aldıqdan və müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra inzibati xəta törətmiş şəxs Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-9/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-9/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver