Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-1/2022 10.01.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs və tərcüməçi X3 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxx 1985-ci il tarixdə İİR-nin Zəncan şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, Naxçıvan Dövlət Universitetində təhsil alan, Naxçıvan şəhəri, 21-ci məhəllə, döngə 2, ev 23-də yaşayan- barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 27 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə 20000-0019/21 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 13 dekabr 2021-ci il tarixdə Şəxs idarə etdiyi 63AA839 dövlət nömrə nişanlı, Peugeot 206 markalı, 2010-cu il buraxılışlı, ağ rəngli, şassi nömrəsi İRFC891V100083646 olan minik nəqliyyat vasitəsinin altındakı ehtiyat təkərin ortasından 6 blok (60 qutu), arxa oturacağın altından 2 blok (20 qutu) “Kent” markalı siqaretlər, ön sağ qapı içərisindən 13 blok (130 qutu) “Kent” və 3 blok (30 qutu) “Senator” markalı siqaretlər, arxa sağ qapının içərisindən 23 blok (230 qutu) “Kent” markalı siqaretlər, ön sol qapının içərisindən 13 blok (130 qutu) “Kent” və 3 blok (30 qutu) “Senator” markalı siqaretlər, arxa sol qapının içərisindən 23 blok (230 qutu) “Kent” markalı siqaretlər olmaqla ümumilikdə 80 blok (800 qutu) “Kent” markalı, 6 blok (60 qutu) “Senator” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx xxxx 1985-ci il tarixdə İİR-nin Zəncan vilayətində doğulmuşdur, evlidir, işləmir. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində ali təhsil alır, Naxçıvan şəhərində kirayə evdə yaşayır. İki həftədə bir dəfə ailəsini görmək üçün İİR-na gedir. Hadisəyə qədər sonuncu dəfə 11 dekabr 2021-ci il tarixdə İİR-na getmiş, 13 dekabr 2021-ci il tarixdə Naxçıvana qayıtmışdır. Naxçıvana qayıdan zaman yol xərcini, kirayə pulunu qarşılamaq üçün özü ilə satmaq və gəlir əldə etmək üçün Naxçıvana siqaret gətirmək barədə qərara gəlmiş, 86 blok Kent və Senator siqaretləri almış, özünə məxsus olan nəqliyyat vasitəsinin müxtəlif yerlərində gizlətmişdir. Culfa GKM-nin Azərbaycan Respublikasına aid hissəsində idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəqliyyat vasitəsində siqaret olmasını bəyan etməmişdir. Gömrük əməkdaşları nəqliyyat vasitəsində olan siqaretləri aşkar etmiş, şahidlərin iştirakı ilə siqaretlər nəqliyyat vasitəsindən götürülmüş, sayılmış və qablaşdırılmışdır. Şəxs izahatında onu da bildirmişdir ki, malların gömrük nəzarətindən gizlədilməklə keçirməyin qadağan olduğunu bilmiş, 66 blok Kent və Senator siqaretlərini gömrük nəzarətindən keçirmək üçün nəqliyyat vasitəsində gizlətmiş, əvvəllər İİR-dan Naxçıvana gələn zaman nəqliyyat vasitəsində siqaret gizlətməmiş, gömrük nəzarətindən gizli keçirməmişdir. Hərəkətindən çox peşimandır. Siqaretləri İİR-na qaytarması mümkün deyil, cərimə edilərsə cəriməni ödəməyə maddi imkanı yoxdur. Siqaretlərin müsadirə edilməsi xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 izahatında bildirmişdir ki, Culfa Gömrük idarəsinin X13 inspektor vəzifəsində işləyir. 13.12.2021-ci il tarixdə xidmətdə olmuşdur. Saat 18:13 radələrində İİR-dən Naxçıvan Muxtar Respublikasına gələn İİR-na məxsus 63AA839 dövlət nömrə nişanlı, “Peugeot 206” markalı, ağ rəngli minik nəqliyyat vasitəsinə vizual baxış keçirmiş, avtomobilin xarici görünüşündəki bəzi nüanslar diqqətini cəlb etmişdir. X14 inspektoru X6 və hal şahidlərinin iştirakı ilə gömrük baxışı keçirilməsi qərara alınmışdır. Bu səbəbdən də gömrük əməkdaşı Domrul Qafarovu və Səfər və Abdulla adlı şəxsləri dəvət etmiş, onlara nəqliyyat vasitəsinə baxış keçirəcəyini bildirmiş, onların hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. Hal şahidlərinə hüquq və vəzifələri izah edilmişdir. Hal şahidlərinə Şəxs təqdim etmiş, nəqliyyat vasitəsinin sürücüsü olduğunu bildirmişdir. Sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmamasını soruşmuş, sürücü nəqliyyat vasitəsində heçnə olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinə baxış keçirməyə başlamış, ilk öncə çuxurda nəqliyyat vasitəsinin altına baxmış və ehtiyat təkərin ortasında siqaretlər olduğunu görmüş, oradakı siqaretlərin sayını və ümumilikdə nə qədər siqareti olduğunu sürücüdən soruşmuş, sürücü siqaretlərin sayını bilmədiyini və bütün siqaretlərinin elə ehtiyat təkərin ortasında olduğunu bildirmişdir. Ehtiyat təkərin yerindən 6 blok (60 qutu) siqaret çıxmışdır. Nəqliyyat vasitəsinin digər yerlərinə baxış keçirən zaman, arxa sağ oturacağın altında 2 blok (20 qutu) siqaretin olduğu aşkar edilmişdir. Nəqliyyat vasitəsinin qapılarındakı əl-barmaq izlərini və sonra qapılardakı şurubların açılıb bağlandığını görmüş, sürücüdən qapıları açıb-açmadığını və qapıların içərisinə nəsə yığıb-yığmadığını soruşmuş, Mehdinin həyacanlandığını hiss etmiş, nəqliyyat vasitəsinin qapılarının içərisinə baxmaq üçün onları şurublarını açmış, orada siqaretlərin olduğunu görmüşdür. İİR-nın vətəndaşı Şəxs idarə etdiyi 63AA839 dövlət nömrə nişanlı “Peugeot 206” markalı, ağ rəngli, nəqliyyat vasitəsinin altındakı ehtiyat təkərin ortasından 6 blok (60 qutu), arxa oturacağın altından 2 blok ( 20 qutu) “Kent” markalı siqaretlər, ön sağ qapının içərisindən 13 blok (130 qutu) “Kent” və 3 blok (30 qutu) “Senator” markalı siqaretlər, arxa sağ qapının içərisindən 23 blok (230 qutu) “Kent” markalı siqaretlər, ön sol qapının içərisindən 13 blok (130 qutu) “Kent” və 3 blok (30 qutu) “Senator” markalı siqaretlər, arxa sol qapının içərisindən 23 blok (230 qutu) “Kent” markalı siqaretlər olmaqla, ümumilikdə 80 blok (800 qutu) “Kent” markalı, 6 blok (60 qutu) “Senator" markalı siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər onun, gömrük əməkdaşı Qafarov Domrulin, sürücünün və 2 hal şahidinin iştirakı ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, gömrük əməkdaşı Qafarov Domrul, sürücü və hal şahidləri ilə birgə imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X7 şahid X4 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X8 izahatında bildirmişdir ki, hazırda işsizdir. X19 idarəsində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 13 dekabr 2021-ci il tarixdə Culfa Gömrük idarəsində yük daşıyarkən Tural adlı gömrük əməkdaşı onu çağırmış və İrandan gələn bir minik nəqliyyat vasitəsinə baxış keçirəcəyini, onun də orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmişdir. Tural müəllimlə nəqliyyat vasitəsinin yanına getmiş, Səfər adlı şəxs də hal şahidi qismində oraya dəvət edilmişdir. Tural müəllim İİR-nın vətəndaşı Şəxs onlara təqdim etmiş, nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirmişdir. Baxış başlamazdan əvvəl Tural müəllim onlara hüquq və vəzifələrini izah etmişdir. 63AA839 dövlət nömrə nişanlı, “Peugeot 206” markalı, ağ rəngli, nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsinin altındakı ehtiyat təkərin ortasından 6 blok (60 qutu), arxa oturacağın altından 2 blok ( 20 qutu) “Kent” markalı siqaretlər, ön sağ qapının içərisindən 13 blok (130 qutu) “Kent” və 3 blok (30 qutu) “Senator” markalı siqaretlər, arxa sağ qapının içərisindən 23 blok (230 qutu) “Kent” markalı siqaretlər, ön sol qapının içərisindən 13 blok (130 qutu) “Kent” və 3 blok (30 qutu) “Senator” markalı siqaretlər, arxa sol qapının içərisindən 23 blok (230 qutu) “Kent” markalı siqaretlər olmaqla, ümumilikdə 80 blok (800 qutu) “Kent” markalı, 6 blok (60 qutu) “Senator” markalı siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X9 şahid X8 ilə eyni məzmunlu izahat vermişdir.. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 13 dekabr 2021 cı il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 13.12.2021-ci il tarixdə saat 18:13 radələrində X20 vasitəsilə İİR-dan Naxçıvan Muxtar Respublikasına gələn, İİR vətəndaşı, 01 noyabr 2017-ci il tarixdə verilmiş E43883427 nömrəli xarici pasportun sahibi, xx xxxx 1985-ci il təvəllüdlü X1 idarə etdiyi 63AA839 dövlət nömrə nişanlı, “Peugeot 206” markalı, 2010-cu il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NAAP03ED8AJ083646 olan minik nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəqliyyat vasitəsinin altındakı ehtiyat təkərin ortasından 6 blok (60 qutu), arxa oturacağın altından 2 blok ( 20 qutu) “Kent” markalı siqaretlər, ön sağ qapının içərisindən 13 blok (130 qutu) “Kent" və 3 blok (30 qutu) “Senator” markalı siqaretlər, arxa sağ qapının içərisindən 23 blok (230 qutu) “Kent” markalı siqaretlər, ön sol qapının içərisindən 13 blok (130 qutu) “Kent” və 3 blok (30 qutu) “Senator” markalı siqaretlər, arxa sol qapının içərisindən 23 blok (230 qutu) “Kent” markalı siqaretlər olmaqla ümumilikdə 80 blok (800 qutu) “Kent” markalı, 6 blok (60 qutu) “Senator” markalı siqaretlər aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş 23 dekabr 2021-ci il tarixli, 363 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilən heç bir aksiz markası ilə markalanmayan istifadəyə yararlı vəziyyətdə 1 qutu “Kent” markalı siqaretin orta bazar qiyməti 2,50 (iki manat əlli qəpik), 80 blokunun ümumilkdə qiyməti 2000 (iki min) manat, heç bir aksiz markası ilə markalanmayan istifadəyə yararlı vəziyyətdə 1 qutu “Senator” markalı siqaretin orta bazar qiyməti 2,50 (iki manat əlli qəpik) 6 blokunun qiyməti isə 150 (bir yüz əlli) manat həcmində müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “ İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Culfa rayon Məhkəməsində saxlanılan 80 blok (800 qutu) “Kent” markalı, 6 blok (60 qutu) “Senator” markalı siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Şəxs hərəkətindən peşman olmasını nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Rayon Məhkəməsində saxlanılan 80 blok (800 qutu) “Kent” markalı, 6 blok (60 qutu) “Senator” markalı siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-1/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-1/2022
10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver