Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-1/2023 10.01.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxxxx 1964cü il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işsiz, Culfa rayonunun Yaycı kəndində yaşayan-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 22 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə DGK-A 119127 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 10 dekabr 2022-ci il tarixdə, saat 14:45 radələrində X4 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələrkən əl yükləri yoxlanılmış, yoxlama zamanı əl yükünün içərisində 3 ədəd orta həcmli çantanın içərisində qarışıq ərzaq yüklərinin yanında gömrük nəzarətinə bəyan olunmayan, sadələşdirilmiş elektron bəyannamədə göstərilməyən aksiz markası ilə markalanmayan 100 qutu (2000 ədəd) “Kent” və 110 qutu (2200 ədəd) “Milano” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş Şəxs izahatında bildirmişdir ki, Culfa rayonunun Yaycı kəndində yaşayır. İşləmir, 2-ci qrup əlildir. 10 dekabr 2022-ci il tarixində alış-veriş etmək məqsədilə İran İslam Respublikasının Culfa şəhərinə getmişdir. Evi üçün ərzaq məhsulları aldığı mağazadan ucuz olduğundan 21 blok Kent və Milano markalı siqaret almışdır. Aldığı siqaretləri qara sellofan paketlərə yığmış, arabanın içərisinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə Culfa gömrüyündən ölkəyə giriş etmiş, pasportuna möhür vurdurmuş, əl yüklərinin manitordan keçdiyi yerə gəlmiş, gömrük əməkdaşı ondan bəyan etməli olduğu əşya olub-olmamasını soruşmuş, bəyan etməli nəsə olmadığını, əl yüklərində ərzaq olduğunu bildirmişdir. Əl yüklərini manitora qoymuş, əl yükləri manitordan keçən zaman gömrük əməkdaşı əl yüklərində siqaret olduğunu demiş, özü isə əl yüklərində siqaret olduğunu deməmişdir. Gömrük əməkdaşı əl yüklərinin yoxlanılacağını bildirmiş, iki hal şahidinin iştirakı ilə əl yükləri yoxlanılmış, yoxlama zamanı əl yükünün içərisində 3 ədəd çantanın içərisində qarışıq ərzaq yüklərinin yanında olan, aksiz markası ilə markalanmayan 100 qutu (2000 ədəd) “Kent” və 110 qutu (2200 ədəd) “Milano” siqaretləri götürülmüşdür. Şəxs izahatında onu da bildirmişdir ikinci qrup əlildir, təqaüd alır, işləmir, siqaretləri satmaq və müəyyən məbləğdə qazanc əldə etmək məqsədilə almışdır. Əməlindən çox peşimandır, ona kömək edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, hazırda işsizdir. X3 ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 10 dekabr 2022-ci il tarixdə Culfa Gömrük idarəsinin ərazisində olmuşdur. Uğur adlı gömrük əməkdaşı onu çağırmış və X4 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn bir vətəndaşın əl yüklərinə yoxlama keçirəcəyini və onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmişdir. Daha sonra Elşən adlı şəxs də hal şahidi kimi çağırılmışdır. Uğur müəllim Şəxs təqdim etmiş, əl yüklərinin ona məxsus olduğunu bildirmişdir. Yoxlamadan əvvəl Uğur müəllim onlara hüquq və vəzifələrini izah etmiş və əl yüklərinin yoxlamağa başlamışdır. Yoxlama zamanı əl yükünün içərisində 3 ədəd orta həcmli çantanın içərisində qarışıq ərzaq yüklərinin yanında olan, aksiz markası ilə markalanmayan 100 qutu “Kent” və 110 qutu “Milano” markalı siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Şahid1 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə şahid iştirakı olmadan baxmışdır. Şəxs tərəfindən yuxarıda qeyd edilən inzibati xətanın törədilməsi özünün səmimi etirafı, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 10 dekabr 2022-cı il tarixli əl yüklərinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:45 radələrində X4 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn Azərbayacan Respublikası vətəndaşı, xx.xx.2014-cü il tarixdə DİN tərəfindən verilmiş C00226124 nömrəli pasportun sahibi, xx.xx.1964-cü il təvəllüdlü Şəxs əl yükləri Hi-Scan rentgen qurğusundan keçən zaman şübhəli təsvir olduğu üçün əl yüklərinə baxış keçirilmiş, baxış zamanı əl yüklərinin içərisində 3 ədəd orta həcmli çantanın içərisində qarışıq ərzaq yüklərinin yanında gömrük nəzarətinə bəyan olunmayan, sadələşdirilmiş elektron bəyannamədə göstərilməyən aksiz markası ilə markalanmayan 100 qutu (2000 ədəd) “Kent” və 110 qutu (2200 ədəd) “Milano” markalı siqaretlər aşkarlanmışdır. Fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamədən müəyyən edilmişdir ki, Şəxs 1 ədəd Samsung markalı mobil telefonu və 30 kq ərzaq məhsullarını bəyan etmişdir. 21 dekabr 2022-ci il tarixli, 392 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza təqdim edilmiş üzərində heç bir aksiz markası olmayan istifadəyə yararlı vəziyyətdə olan (daşınma, saxlanma zamanı fiziki aşınmaya məruz qalmamış, səthləri bütöv və əzilmə, kəsilmə hallan müşahidə olunmamış) siqaretlərin topdan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 500 manat müəyyən edilir. O cümlədən, bir qutu (20 ədəd) qara rəngli “Milano” markalı nazik siqaretin orta bazar qiyməti-2,00 manat, 30 qutu - (2 manat x 30) = 60 manat; bir qutu (20 ədəd) ağ rəngli “Milano” markalı nazik siqaretin orta bazar qiyməti-2 manat, 80 qulu -(2 manat x 80) = 160 manat. bir qutu (20 ədəd) qara rəngli “Kent” markalı nazik siqaretin orta bazar qiyməti 2,8 manat, 100 qutu -(2,8 manat x 100)=280 manat müəyyən edilir. Tədqiqata 3 qutu sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Həmin qaydaların 3.1-ci maddəsinə əsasən fziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin güzəştli və sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl kanal“ və “Qırmızı kanal“ buraxılış sistemləri tətbiq olunur. Qaydaların 3.3-cü bəndinə əsasən isə “Qırmızı kanal“ buraxılış sistemi gömrük orqanlarına bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən mallara dair bəyannamə təqdim edilməklə, onların gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada bəyan olunması üçün nəzərdə tutulur. Məhkəmə qeyd edilənlərdən belə nəticəyə gəlir ki, Şəxs 200 ədəd siqaretdən artıq gətirdiyi siqaretləri bəyan etməli olduğu halda bəyan etməmiş və Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 99 qutu (1980 ədəd) (1 qutunun topdansatış qiyməti 2.8 manat) “Kent” və 108 qutu (2160 ədəd) (1 qutunun topdansatış qiyməti 2.00 manat) “Milano” markalı siqaretlər müsadirə edilməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, İİ qrup əlil olmasın nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin- 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 99 qutu (1980 ədəd) (1 qutunun topdansatış qiyməti 2.8 manat) “Kent” və 108 qutu (2160 ədəd) (1 qutunun topdansatış qiyməti 2.00 manat) “Milano” markalı siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №3(089)-1/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-1/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver