Məhkəmə qərarları › İş №3(089)-12/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-12/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-12/2022 01.06.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs və tərcüməçi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxx 1960-cı il tarixdə İran İslam Respublikasının Ələmdar şəhərində doğulmuş, İİR-nın vətəndaşı, evli, beş uşaq atası, orta təhsilli, İran İslam Respublikasının Ələmdar şəhərində yaşayan. barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 23 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A 119027 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 19 may 2022-ci il tarixdə idarə etdiyi 40B89510 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələrkən, nəqliyyat vasitəsi X15 yoxlanılmış, nəqliyyat vasitəsinin yataq yerinin döşəməsinin altından 1 ədəd “Samsung A 127F/DS” markalı (İMEİ kodları: **********88221, **********88228), 1 ədəd “Samsung J 260F/DS” markalı (İMEİ kodları: **********77041, **********77049), yorğanın içərisindən 2 ədəd “Samsung A 127F/DS” markalı (İMEİ kodları: **********05654, **********05651 və İMEİ kodları: **********64774, **********64771) markalı mobil telefonlar, sürücü tərəfdəki ayaqaltı döşəmənin altından 4 ədəd mobil telefonların “Samsung” markalı cərəyan qidalandırıcı (adapter), və 3 ədəd Samsung markalı qulaqcıqları, sərnişin tərəfdə ayaqaltı döşəmənin altından isə mobil telefonların 3 ədəd qutuları aşkar edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, İİR-nin Ələmdar şəhərində yaşayır, 25 ildir ki, sürücü işləyir. İran daxilində və İrandan Naxçıvana yük daşıyır. Tarixini dəqiq xatırlamır, Culfa şəhərinə yaşayan Tahir adlı şəxs ona Ələmdar şəhərindən tanışı olan Vahiddə mobil telefon olduğunu, hər bir telefon üçün ona 10 manat pul verəcəyini bildirmiş, həmin telefonları Naxçıvana gətirməyi xahiş etmişdir. 09 may 2022-ci il tarixdə Ələmdar şəhərində olan zaman Vahid 4 ədəd telefonu ona vermiş, telefonları Tahir adlı şəxsə çatdırmasını bildirmişdir. Telefonları və telefon üçün aksesuarları nəqliyyat vasitəsinin müxtəlif yerlərində gizlətmişdir. 19 may 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına gələrkən Culfa Gömrük buraxılış məntəqəsində iki nəfər hal şahdinin iştirakı ilə nəqliyyat vasitəsinə baxış keçirilmiş və telefonlar, telefonlar üçün aksesuarlar, telefon qutuları nəqliyyat vasitəsinin müxtəlif yerlərindən aşkar edilib götürülmüş, bu barədə protokol tərtib edilmiş, protokolu imzalamışlar. Şəxs izahatında onu da bildirmişdir ki, malların gömrük nəzarətindən gizlədilməklə keçirməyin qadağan olduğunu əvvəlcədən bilmiş, telefonları gömrük nəzarətindən keçirmək üçün nəqliyyat vasitəsində gizlətmiş, əvvəllər bir neçə dəfə, hərdən bir ədəd olmaqla Naxçıvana telefon gətirmişdir. Hərəkətlərindən çox peşmandır, aşağı həddə cərimə edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X14 izahatında bildirmişdir ki, Culfa Gömrük idarəsi X15 baş inspektor vəzifəsində işləyir. 19.05.2022-ci ıl tarixdə xidmətdə olmuşdur. Saat təxminən 12 radələrində X16 inspektoru Şahid3 ona İİR-dən Naxçıvan Muxtar Respublikasına gələn, İİR məxsus 40B89510 dövlət nömrə nişanlı, “Mercedes Benz’’ markalı, narıncı rəngli yük nəqliyyat vasitəsində şübhəli hallar olduğunu demiş, nəqliyyat vasitəsinə gömrük baxışı keçirmək istədiyini və onun da orada iştirak etməsini xahiş etmişdir. Gömrük ərazisində olan Mahir və Etibar adlı şəxslərdən nəqliyyat vasitəsinə baxış zamanı hal şahidi kimi iştirak etmələrini xahiş etmiş, onlar etiraz etməmiş, hal şahidlərinə hüquq və vəzifələrini izah etmişdir. Gömrük əməkdaşı Domrul əvvəlcə sürücü Şəxs idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını soruşmuş, sürücü nəqliyyat vasitəsində qadağan olunmuş əşya olmadığını bildirmişdir. Onun və 2 hal şahidinin iştirakı ilə nəqliyyat vasitəsinə gömrük baxışı keçirilmiş, nəqliyyat vasitəsinin kabınində sürücü tərəfindəki ayaqaltı döşəmənin altından mobil telefona məxsus 4 ədəd adapter və 3 ədəd qulaqcıq, sərnişin tərəfində ayaqaltı döşəmənin altından telefona məxsus 3 ədəd qutu, nəqliyyat vasitəsinin yataq yerinin döşəməsinin altından 2 ədəd “Samsung” markalı mobil telefon, yataq yerinin üstündə olan yorğanın içərisindən 2 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, əşyalar hal şahidlərinin və sürücünün iştirakı ilə qablaşdırılmış, götürülmüş, protokol tərtib edilmiş, protokolu imzalamışlar. Məhkəmə iclasında iştirak etmiş şahid X9 izahatında bildirmişdir ki, müvəqqəti işsizdir. X18 İdarəsində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 19 may 2022-ci il tarixdə Culfa Gömrük İdarəsinin ərazisində olmuşdur. Saat təxminən 12 radələrində Domrul adlı gömrük əməkdaşı ona yaxınlaşmış, İrandan gələn bir yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini və onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmişdir. Etibar adlı şəxs də hal şahidi qismində dəvət edilmişdir. Domrul müəllim nəqliyyat vasitəsinin yanında İİR vətəndaşı Şəxs onlara təqdim etmiş, onlara hüquq və vəzifələrini izah etmiş, nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı 40B89510 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı, narıncı rəngli, yük nəqliyyat vasitəsinin yataq yerinin döşəməsinin altından 1 ədəd “Samsung A12”, 1 ədəd “Samsung J2 prime”, yorğanın içərisindən 2 ədəd “Samsung A12” markalı mobil telefonlar, sürücü tərəfdəki ayaqaltı döşəmənin altından mobil telefonların 4 ədəd adapterləri və 3 ədəd qulaqcıqları, sərnişin tərəf ayaqaltı döşəmənin altından isə mobil telefonların 3 ədəd qutuları aşkar edilmiş və götürülmüş, protokol tərtib edilmiş, protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X5 şahid X9 ilə eyni məzmunlu izahat vermişlər. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin yoxlanılması haqqında 19.05.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs idarə etdiyi 40B89510 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı, 1977-ci il buraxılışlı, narıncı rəngli, şassi nömrəsi 14295862 olan yük nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəqliyyat vasitəsinin yataq yerinin döşəməsinin altından 1 ədəd “Samsung A12” (İMEİ kodları: **********88221, **********88228), 1 ədəd “Samsung J2prime”(İMEİ kodları: **********77041, **********77049), yorğanın içərisindən 2 ədəd “Samsung A 12”(İMEİ kodları: **********05654, **********05651 və (İMEİ kodları: **********64774, **********64771) markalı mobil telefonlar, sürücü tərəfdəki ayaqaltı döşəmənin altından mobil telefonların 4 ədəd adapterləri və 3 ədəd qulaqcıqları, sərnişin tərəf ayaqaltı döşəmənin altından isə mobil telefonların 3 ədəd qutuları aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 23 may 2022-ci il tarixli, 127 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “Samsung” markalı SM-A127F/DS model (İMEİ kodları: **********88221, **********88228), 1 ədəd “Samsung” markalı, SM-J 260F/DS” model (İMEİ kodları: **********77041, **********77049), 2 ədəd “Samsung” markalı SM-A127F/DS” model (İMEİ kodları: **********05654, **********05651 və İMEİ kodları: **********64774, **********64771) mobil telefonlar, 4 ədəd “Samsung” markalı cərəyan qidalandırıcısı (adapter), 4 ədəd USB kabeli, 3 ədəd “Samsung” markalı qulaqcıq istifadəyə yaralıdır. Ekspertizaya təqdim edilmiş 1 ədəd “Samsung” markalı SM-A127F/DS model (İMEİ kodları: **********88221, **********88228), 1 ədəd “Samsung” markalı, SM-J 260F/DS” model (İMEİ kodları: **********77041, **********77049), 2 ədəd “Samsung” markalı SM- A127F/DS” model (İMEİ kodları: **********05654, **********05651 və İMEİ kodları: **********64774, **********64771) mobil telefonlar, 4 ədəd “Samsung” markalı cərəyan qidalandırıcısı (adapter), 4 ədəd USB kabeli, 3 ədəd “Samsung” markalı qulaqcığı ümumi orta bazar qiyməti təxminən 1343 manat müəyyən edilir. Təqdim edilmiş üzərində “Samsung Galaxy A12” markalanma yazısı olan mobil telefon qutuları satış üçün nəzərdə tutulmadığından qiymətləndirmə aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “ İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Şəxs hərəkətindən peşman olmasını nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə maddi sübutların taleyi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Culfa Rayon Məhkəməsində saxlanılan maddi sübut, 1 ədəd “Samsung” markalı SM-A127F/DS model (İMEİ kodları: **********88221, **********88228), 1 ədəd “Samsung” markalı, SM-J 260F/DS” model (İMEİ kodları: **********77041, **********77049), 2 ədəd “Samsung” markalı SM-A127F/DS” model (İMEİ kodları: **********05654, **********05651 və İMEİ kodları: **********64774, **********64771) mobil telefonlar, 4 ədəd “Samsung” markalı cərəyan qidalandırıcısı (adapter), 4 ədəd USB kabeli, 3 ədəd “Samsung” markalı qulaqcıq, üzərində “Samsung Galaxy A12” markalanma yazısı olan mobil telefon qutuları Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci maddəsinə görə dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlət mülkiyyətinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs 1343 (bir min üç yüz qırx üç) manat məbləğində malın dəyərinin 50 (əlli) faizi məbləğində, yəni 671.50 (altı yüz yetmiş bir manat əlli qəpik) manat cərimə edilsin. Maddi sübut, Culfa Rayon Məhkəməsində saxlanılan Culfa Rayon Məhkəməsində saxlanılan maddi sübut, 1 ədəd “Samsung” markalı SM-A127F/DS model (İMEİ kodları: **********88221, **********88228), 1 ədəd “Samsung” markalı, SM-J 260F/DS” model (İMEİ kodları: **********77041, **********77049), 2 ədəd “Samsung” markalı SM-A127F/DS” model (İMEİ kodları: **********05654, **********05651 və İMEİ kodları: **********64774, **********64771) mobil telefonlar, 4 ədəd “Samsung” markalı cərəyan qidalandırıcısı (adapter), 4 ədəd USB kabeli, 3 ədəd “Samsung” markalı qulaqcıq, üzərində “Samsung Galaxy A12” markalanma yazısı olan mobil telefon qutuları qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar