Məhkəmə qərarları › İş №3(089)-12/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-12/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-12/2023 26.01.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakı ilə, X5-xx xxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki uşaq atası, müvəqqəti işsiz, Culfa rayonunun Bənəniyar kəndində qeydiyyatda olan və yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: X5 barəsində 26 yanvar 2023-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 010748 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Culfa Rayon Məhkəməsinin 2(089)-175/2021 nömrəli, 19 noyabar 2021ci il tarixli qətnaməsi ilə 02 fevral 2021-ci il tarixdən hesablanmaqla 30 iyul 2013-cıi il tarixdə doğulmuş X7 və 20 sentyabr 2016-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay X5 qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment alınıb X8 verilməsi qət edilmiş, Culfa Rayon Məhkəməsinin 2(089)- 176/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə 2(089)-175/2021 nömrəli, 19 noyabar 2021-ci il tarixli qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, 30 iyul 2013-cıi il tarixdə doğulmuş X7 və 20 sentyabr 2016-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 130 manat olmaqla hər ay X3 260 manat sabit pul məbləğində alimentin alınıb X8 verilməsi qət edilmiş. Culfa Rayon Məhkəməsinin 2(089)-176/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli icra sənədi icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədi 05 dekabr 2022-ci il tarixdə icraata qəbul edilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 05 dekabr 2022-ci il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş X1 göndərilmişdir. Həmin qərar və bildirişdə X2ndan tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. X2 alimentin ödənilməsindən yayınmış, 860 manat aliment borcu var. X1 tələbin təmin olunması barədə dəfələrlə xəbərdarlıq olunmuş, tələbin təmin edilməsi üçün müddət müəyyən edilmiş, Lakin X2 tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 izahatında bildirmişdir ki, Culfa Rayon Məhkəməsinin 2(089)-175/2021 nömrəli, 19 noyabar 2021-ci il tarixli qətnaməsi ilə 02 fevral 2021-ci il tarixdən hesablanmaqla 30 iyul 2013-cü il tarixdə doğulmuş X7 və 20 sentyabr 2016-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin alınıb X8 verilməsi qət edilmiş, Culfa Rayon Məhkəməsinin 2(089)-176/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi 2(089)-175/2021 nömrəli, 19 noyabar 2021-ci il tarixli qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 130 manat olmaqla hər ay ondan 260 manat sabit pul məbləğində alimentin alınıb X8 verilməsi qət edilmiş. İcra sənədləri icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icraata başlamaq haqqında qərarların surəti, tələbin könüllü icrası barədə bildirişlər ona göndərilmiş, tələbin icrasının könüllü təmin edilməsi təklif edilmiş, tələblər könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Tələbkara müxtəlif vaxtlarda aliment ödəmiş, hazırda 860 manat aliment borcu var. İşləmir, qazancı yoxdur. Uşaqları onu maraqlandırır, lakin maddi imkanı olmadığından aliment borcunu ödəyə bilmir. İcra məmuru tərəfindən dəfələrlə icra bölməsinə dəvət edilmiş, aliment borcunun ödənilməsi üçün bir neçə dəfə ona vaxt müəyyən edilmiş, lakin aliment borcunu ödəməmişdir. Aliment borcunu ödəməyə maddi imkanı yoxdur. İş materiallarına əlavə edilmiş, tələbkar Z.Fətullayeva tərəfindən bölməyə göndərilmiş 19 yanvar 2023-cü il tarixli teleqramda Ş.Fətullayevin aliment borcu qərəzli olaraq ödəmədiyini bildirmiş, Ş.Fətullayevin barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, Ş.Fətullayev Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ş.Fətullayev Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən Ş.Fətullayevin aliment borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Ş.Fətullayev inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 10 gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. X9 təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 26 yanvar 2023-cü il, saat 18:20-dən hesablansın. X10 həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar