Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-12/2025 04.03.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X2 iştirakı ilə, Şəxs:-xx xxxxx 1983-cü il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, işsiz, Culfa rayonunun Bənəniyar kəndində qeydiyyatda olanbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 04 mart 2025-ci il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuş, protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Culfa Rayon Məhkəməsinin 2(089)-103/2023 nömrəli, 11 aprel 2023cü il tarixli, Culfa Rayon Məhkəməsinin 2(089)-284/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli, Culfa Rayon Məhkəməsinin 2(089)-286/2023, 13 oktyabr 2023-cü il tarixli icra sənədləri icra edilməsi üçün müvafiq olaraq 05 iyun 2023-cü il və 14 dekabr 2023-cü il tarixlərdə Culfa Rayon İcra və Probasiya Bölməsinə göndərilmiş, 2(089)-103/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli icra sənədində Şəxs 17 iyun 2022-ci il tarixli, GTGK5812081A132 saylı kredit müqaviləsi üzrə 20531.13 manat əsas borc, 2766.26 manat faiz, cəmi 23297.39 manat borc, 20 aprel 2022-ci il tarixli, BRED5094544A226 saylı kredit kartına dair müqaviləyə əsasən 565.42 manat əsas borc, 121.44 manat faiz borcu olmaqla, cəmi 686.86 manat məbləğində borc və 161.95 manat ödənilmiş dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Culfa Rayon Məhkəməsinin 2(089)-286/2023- 012 nömrəli, 13 oktyabr 2023-cü il tarixli icra sənədində Şəxs 300 manat əsas borc, 99.06 manat faiz borcu, 7.75 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 440.36 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, Culfa Rayon Məhkəməsinin 2(089)-284/2023-008 nömrəli, 13 oktyabr 2023-cü il tarixli icra sənədində Şəxs 1813 manat əsas borc və 38.13 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1851.13 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi göstərilmişdir. İcra sənədlərinin icraata qəbul edilməsinə dair müvafiq olaraq ardıcılıqla 05 iyun 2023-cü il və 14 dekabr 2023-cü il tarixli qərarlar qəbul edilmiş, qərarlar və tələbin könüllü icrası barədə bildiriş 05 iyun 2023-cü il və 14 dekabr 2023-cü il tarixlərdə borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişlərdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs 23.897.22 manat məbləğində borcu ödəməmiş, borcun ödənilməsindən yayınmışdır. Borclu Şəxs tələbin təmin olunması və bölməyə gəlməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş, lakin borclu Şəxs tələbi təmin etməmiş, bölməyə gəlməkdən yayınmış, barəsində Culfa Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qərardadı ilə məcburi qaydada gətirilməsi qərara alınmış, 04 mart 2025-ci il tarixdə Culfa rayon İcra və Probasiya Bölməsinə gətirilmişdir. Borclu Şəxs 04 mart 2025-ci il tarixdə xəbərdarləq edilmiş, izahatı alınmış, lakin o, üzrsüz səbədən icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2(089)-103/2023-014 nömrəli, 11 aprel 2023cü il tarixli icra sənədinə əsasən, ondan 17 iyun 2022-ci il tarixli, GTGK 58112081A132 saylı kredit müqaviləsinə əsasən 20531.13 manat əsas borc, 2766.26 manat faiz, cəmi 23297.39 manat borc, 20 aprel 2022-ci il tarixli, BRED5094544A226 saylı kredit kartına dair müqaviləyə əsasən 565.42 manat əsas borc, 121.44 manat faiz borcu olmaqla, cəmi 686.86 manat məbləğində borc və 161.95 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, Culfa Rayon Məhkəməsinin 2(089)-284/2023-008 nömrəli, 13 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə ondan, 1813 manat əsas borc və 38.13 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1851.13 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, Culfa Rayon Məhkəməsinin 2(089)-286/2023-012 nömrəli, 13 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə ondan 300 manat əsas borc, 99.06 manat faiz borcu, 7.75 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 440.36 manat məbləğində pul vəsaiti "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədlərinin icraata qəbul edilməsinə dair qərarlar və tələbin könüllü icrası barədə bildirişlər müvafiq qaydada ona təqdim edilmişdir. Həmin qərar və bildirişlərdə ondan tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. İcra sənədləri üzrə tələbləri tam təmin etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında həmçinin hazırda işlədiyini, işləyib borcunu ödəyəcəyini, icra sənədlərini icra etməməsinə görə peşiman olduğunu bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X3 izahatında bildirmişdir ki, Culfa Rayon Məhkəməsinin 2(089)-103/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli, Culfa Rayon Məhkəməsinin 2(089)-284/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli, Culfa Rayon Məhkəməsinin 2(089)-286/2023, 13 oktyabr 2023-cü il tarixli icra sənədləri icra edilməsi üçün müvafiq olaraq 05 iyun 2023-cü il və 14 dekabr 2023-cü il tarixlərdə Culfa Rayon İcra və Probasiya Bölməsinə göndərilmiş, 2(089)- 103/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli icra sənədində Şəxs 17 iyun 2022-ci il tarixli, GTGK5812081A132 saylı kredit müqaviləsi üzrə 20531.13 manat əsas borc, 2766.26 manat faiz, cəmi 23297.39 manat borc, 20 aprel 2022-ci il tarixli, BRED5094544A226 saylı kredit kartına dair müqaviləyə əsasən 565.42 manat əsas borc, 121.44 manat faiz borcu olmaqla, cəmi 686.86 manat məbləğində borc və 161.95 manat ödənilmiş dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Culfa Rayon Məhkəməsinin 2(089)-286/2023-012 nömrəli, 13 oktyabr 2023-cü il tarixli icra sənədində Şəxs 300 manat əsas borc, 99.06 manat faiz borcu, 7.75 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 440.36 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, Culfa Rayon Məhkəməsinin 2(089)-284/2023-008 nömrəli, 13 oktyabr 2023-cü il tarixli icra sənədində Şəxs 1813 manat əsas borc və 38.13 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1851.13 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi göstərilmişdir. İcra sənədlərinin icraata qəbul edilməsinə dair müvafiq olaraq ardıcılıqla 05 iyun 2023-cü il və 14 dekabr 2023-cü il tarixli qərarlar qəbul edilmiş, qərarlar və tələbin könüllü icrası barədə bildirişlər müvafiq ardıcıllıqla 05 iyun 2023-cü il və 14 dekabr 2023-cü il tarixlərdə borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişlərdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir Borclu Şəxs 23.897.22 manat məbləğində borcu ödəməmiş, borcun ödənilməsindən yayınmışdır. Şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, bölməyə gəlmədiyindən barəsində axtarış qərarı qəbul edilmiş, 04 mart 2025-ci il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə gətirilmişdir. Şəxs barəsində qanuna uyğun olaraq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X2 izahatını dinləyib, inzibati materialı araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən Şəxs borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 8 gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 04 mart 2025-ci il, saat 18:40 dəqiqədən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-12/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-12/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver