Məhkəmə qərarları › İş №3(089)-13/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-13/2021

27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-13/2021 27.08.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, şahidlər Şahid2 və Şahid1 iştirakı ilə Şəxs haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 20000-0010/21 nömrəli, 18 avqust 2021-ci il tarixli protokola əsasən Şəxs malların Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malları əldə edərək daşımışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəməyə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati materiallarından görünür ki, Şəxs X6 DTX-nin əmkdaşlarına daxil olan məlumat əsasında 06 avqust 2021-ci il tarixdə, saat 20:30 radələrində Şəxs DTX-nin əməkdaşlar tərəfindən nəzarətə götürülmüş, ona aid əl çantasına baxış keçirilən zaman 13 ədəd şəffaf rəngli selofon paketdən brilyant daşlarına bənzər daşlar aşkar edilərək X7 inzibati binasına dəvət edilmişdir. Aşkar olunan brilyant daşlara bənzər daşlar protokol əsasında götürülmüşdür.Dindirmə zamanı Şəxs birilyantları satmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Naxçıvan MR Qiymətli materiallara və Qiymətli daşlara Nəzarət İdarəsinə göndərilmiş, Naxçıvan MR Qiymətli materiallara və Qiymətli daşlara Nəzarət İdarəsi tərəfindən verilmiş rəydə 12 ədəd paketində hamısı aşağı keyfiyyətdə briliant daşlar bir sortdan 5 sort arası daşlar, xalis çəkisi 76,57 qram, 382, 85 karat, bir ədəd böyük daş olan paket aşağı keyfiyyətdə briliant daş, las çəkisi 0,04 qram, 20 sort olduğu göstərilmişdir.Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 224 saylı 11.08.2021-ci il tarixli rəyinə əsasən daşların ümumi qiyməti 12315,20(on iki min üç yüz on beş manat iyirmi qəpik) manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında Bakı şəhərində yaşadığını və hazırda Bakı şəhəri, Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva univermağında qızıl-zinət əşyaları satdığı yeri vardır. Həmin yerdə həmçinin zərgərliklə məşğul olur. İran İslam Respublikasından olan tanışları Mehdi Xoşsoluk və Cəfər adlı şəxslərlə qiymətli daşlar mübadiləsi aparır. Onları 15-20 il olar ki tanıyır, ailəvi get-gəlişləri var. Təxminən iyul ayının sonlarında iranlı tanışları Mehdi Xoşsoluk və Cəfər adlı şəxslərlə Naxçıvan şəhərində görüşmüş və istirahət etmək üçün Batabata və Ağbulağa getmişlər. 3 gün müddətində istirahət etdikdən sonra onları irana yola salmış, o da Bakıya qayıtmış, istirahət edərkən Mehdi ilə razılaşmış ki, 10 gün sonra Naxçıvanda görüşüb özü ilə gətrdiyi brilyant daşları əgər xoşlarına gələrsə dəyişəcəklər. Şəxs avqust ayının 6-sı Bakıdan Naxçıvana təyyarə ilə gəlmiş və Naxçıvan şəhərində yerləşən Grand Hotelə getmişdir. Əvvəlcədən razılaşmışlar ki, orada görüşəcəklər. Lakin Mehdi Şəxs zəng vuraraq bildirmiş ki, biraz işi olduğu üçün Culfa şəhərində görüşüb tez qayıtsın.Şəxs razılaşmış və əl çantasını otelə qoyaraq taksi ilə Culfaya yollanmışdır. Taksi ilə gedib X4rşısından götürmüş və çörək yemək üçün Culfa şəhərində yerləşən Tuqay adlı kafeyə getmişlər.Əvvəlcə kafenin həyətində əyləşmişlər, hava isti olduğu üçün onlara qulluq edən ofisianta demişlər ki, kondisionerli yer varsa onları həmin yerdə əyləşdirsin.Ofisiant da onları sərin bir otağa aparmış və yeməklərini orada davam etsinlər. Yemək qurtardıqdan sonra Mehdi ilə Şəxs üzərində gətirdirdiyi brilyant daşları stolun üzərinə sərərək məsləhətləşməyə başlamışlar. Bu ərəfədə onlara qulluq edən ofisiant içəri girərək nəsə istəyib- istəmədiklərini soruşmuş, onlar isə heç nə istəmədiklərini bildirmişlər.Stolun üzərindəki daşların nə olduğunu soruşanda o bildirmişdir ki, bunlar gümüş aksessuarların üzərinə vurulan qaşlardır. Ofisiant getdikdən sonra Mehdi ona gətirdiyi daşların ölçüləri böyük olduğu üçün bəyənmədiyini, ancaq onun gətirdiyi daşların ölçüləri onun işinə yarayacağını düşündüyü üçün o həmin brilyant daşları götürmüş və Mehdiyə bildirmiş ki, onları aparıb işləyib satdıqdan sonra pulunu göndərəcək. Mehdi onunla razılaşmış və brilyant daşları özü ilə götürdükdən sonra onu gömrükdən yola salmış və otelə qayıtdmışdır.Buradan çantanı götürüb təkrar hava limanına getmiş orada qeydiyyatdan keçdikdən sonra gözləmə zalına keçərkən mülki geyimli bir nəfər yaxınlaşmış və DTX-nın əməkdaşı olduğunu və əl çantasına baxış keçirəcəklərini bildirmişlər.Şəxs da etiraz etməmiş və yoxlama keçiriləcək otağa getmişdir.Orada əvvəlcə ondan çantasına qadağan olunmuş və ya qanunsuz əldə etdiyi nəsə varmı deyə soruşmuşlar.Şəxs brilyant daşlar olduğunu bildirmiş və əl çantasında olan şalvarın cibindən 13 sellofan torbada olan brilyant daşları çıxarıb vermiş, həmin daşlar özünün iştirakı ilə elektron tərəzidə çəkilmiş və 76.61 qram olduğunu görmüşdür.Şəxs əməlindən səmimi peşimandır. Ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid2 və Şahid1 hal şahidi kimi verdikləri ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə şahidləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs malların Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malları əldə edərək daşımışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasındakı nümayəndəliyinin əməlində Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə olunmuş X9 Komitəsinin əməkdaşı X3 tərəfindən və Şəxs oğlunun iştirakı ilə tərtib olunan inzibati xəta haqqında 20000-0010/21 nömrəli, 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki Şəxs oğluna məxsus əl çantasının içərisində 13 ədəd paketində hamısı aşağı keyfiyyətdə briliant daşlar bir sortdan 5 sort arası daşlar, 384,85 karata bərabər xalis çəkisi 76,61 qram briliant daşlar aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 224 saylı 11.08.2021-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 13 ədəd paketində hamısı aşağı keyfiyyətdə briliant daşlar bir sortdan 5 sort arası daşlar, xalis çəkisi 76,57 qram, 382, 85 karat, bir ədəd böyük daş olan paket aşağı keyfiyyətdə briliant daş, xalis çəkisi 0,04 qram, 20 sort olduğu, daşların ümumi qiyməti 12315,20(on iki min üç yüz on beş manat iyirmi qəpik) manat müəyyən olunur. Məhkəmə Şəxs oğlunun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan briliant daşlar gömrük qaydalarını pozduğu üçün müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43 114, 115 129, 504 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə təqsirli bilinsin və ona aid olan Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin maddi sübutların saxlanc otağında saxlanılan inzibati xətanın bilavasitə obyekti olan 13 ədəd sellofon paketdə 76,61 qram, ümumi qiyməti 12315,20 (on iki min üç yüz on beş manat iyirmi qəpik) manat brilyant daşlar müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar