Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-13/2023 27.01.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs:-xx xxx 1985-ci il tarixdə Culfa rayonunun ərəzin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, Culfa rayonunun Ərəzin kəndində yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İnzibati xəta haqqında işin materiallarından müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26 yanvar 2023-cü il tarixdə, saat 17:00 radələrində Culfa rayonunun Ərəzin kəndində, yaşadığı evin qarşısında, sərxoş vəziyyətdə, ictimai qaydanı pozmuş, ünvansız nalayiq söyüşlər etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 27 yanvar 2023-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında 009517 nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Ərəzin kəndində yaşayır, işləmir. 26 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində həmkəndlisi Şahid heyvan sürüsünü yaşadığı evin yaxınlığından apardığı üçün aralarında mübahisə olmuş, ona şərəfsiz demişdir. Həmin vaxt orada kimsə olmamışdır. Mübahisədən bir neçə dəqiq sonra Şahid, arvadı və oğlu Şahin Əliyev onun yaşadığı həyətə gəlmiş, onu nalayiq ifadələr işlətmiş, Şahid onu əlindəki çubuqla vurmuş, yoldan keçən avtomobildə olan şəxslər onları ayırmışlar. Təxminən 15-20 dəqiqə sonra Şahid və polis əməkdaşları həyətə gəlmiş, polis əməkdaşlarına qarşı kobud hərəkətlər etmiş, onların qanuni tələblərinə tabe olmamışdır. İctima qaydanı pozmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında həmçinin peşman olduğunu, bir daha inzibati xəta törətməyəcəyini, iki yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirmiş, ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid izahatında bildirmişdir ki, Culfa rayonunun Ərəzin kəndində yaşayır, çoban işləyir. 26 yanvar 2023-cü il tarixdə saat 17 radələrində kəndin heyvan sürüsünü dağdan gətirmiş, həmkəndlisi Şəxs evinin yanından keçirmiş, həmin vaxt Elnur həyət qapısının qarşısında olmuşdur. Elnur içkili vəziyyətdə olmuş, heyvan sürüsünün qarşısını kəsmiş, yolun kənarında saxladığı nəqliyyat vasitəsini cızacağını bildirmiş, onunla mübahisə etmiş, ona şərəfsiz demişdir. Şəxs həmçinin heyvan sürüsünün içərisinə girmiş, bir neçə heyvanı vurmuş, heyvanları oradan keçirməməyi demişdir. Həmin vaxt orada başqa kimsə olmamışdır. Evə getmiş, arvadı Əliyeva Laləzar, oğlu Əliyev Şahin Şəxs yaşadığı evin yaxınlığına gəlmiş, Elnurdan ona şərəfsiz deməsinin səbəbini soruşmuş, Elnur yenə də ona şərəfsiz demişdir. Elnurun hərəkətləri barədə polisə müraciət etmiş, polis əməkdaşları gəlmiş, Elnur polis əməkdaşlarına qarşı kobudluq etmiş, onlarını tələblərinə tabe olmamış, polis əməkdaşları onları Polis Şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 izahatında bildirmişdir ki, 26 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Culfa rayonunun Ərəzin kənd sakini Şahid məlumatı əsasında Ərəzin kəndinə getmiş, Ərəzin kənd sakini, sərxoş vəziyyətdə olan Şəxs ona və digər polis əməkdaşlarına qarşı kobud davranmış, ona polisin qanuni tələblərinə tabe olmasını bildirmiş, onlarını qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş- 0552 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 yanvar 2023-cü il tarixdə, saat 18:30-da inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 26 yanvar 2023-cü il tarixdə, saat 19:12 dəqiqədə sərxoşluq vəziyyəti yoxlanılmış, onun qanında alkoqolun konsentrasiyasının 0.61 promil olması müəyyən edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 27 yanvar 2023-cü il tarixdə, saat 11:15 dəqiqədə sərxoşluq vəziyyəti yoxlanılmış, onun qanında alkoqolun konsentrasiyasının 0.00 promil olması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında icraata xitam verilməlidir. Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, araşdırma zamanı inzibati xəta törətmiş şəxsin, Şahid izahatından müəyyən edilmişdir ki, Şəxs və Şahid mübahisə etmiş, Şəxs Şahid şərəfsiz demiş, həmin vaxt orada başqa kimsə olmamış, ictimai qayda pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən ictimai qaydanın pozulması fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Xuliqanlıq əməli subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkar şəxs ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Araşdırma zamanı müəyən edilmişdir ki, Şəxs və Şahid arasında baş verənlər ictimai qayda əleyhinə yönələn hərəkət olmamış, şəxsi münasibətlər zəminində törədilmiş hərəkət olmuşdur. Odur ki, , Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən həmin hissədə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında 009517 nömrəli protokolla, özünün səmimi etirafı ilə, şahidlərin izahatı ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən hansının tətbiqi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Şəxs şəxsiyyəti, törədilmiş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmalı inzibati qaydada həbs edilməlidir. Məhkəmə Şəxs peşman olması, iki yetkinlik yaşına çatmayan uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi, sərxoş halda inzibati xəta törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İcraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Şəxs inzibati xətanı sərxoş halda törətdiyindən, inzibati qaydada tutulduğundan, ona təyin edilmiş inzibati həbsin əvvəli Şəxs ayıldığı vaxtdan, yəni 27 yanvar 2023-cü il tarixdə saat 11:15-dən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 27 yanvar 2023-cü il, saat 11:15 dəqiqədən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-13/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-13/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver