Məhkəmə qərarları › İş №3(089)-14/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-14/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-14/2021 10.09.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri əvəzi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhəri, Suraxanı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, müvəqqəti işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Culfa Rayon Polis Şöbəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 18.08.2021-ci il il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında Zərərçəkmiş şəxs əl və ayaq zərbəsi vuraraq fiziki ağrılar yetirməklə inzibati xəta əməlini törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs verdiyi izahatında onun həqiqətən Culfa şəhəri, Gülüstan küçəsi, ev 1, mənzil 2 ünvanında qeydiyyatda durduğunu, faktiki olaraq həmin ünvanda yaşadığını, Zərərçəkmiş şəxs tanıdığını və orta məktəbdə bir sinifdə oxuduqlarını, Zərərçəkmiş şəxsla birlikdə Culfa şəhərində yerləşən hərbi hissənin tərkibində üç il əsgər rütbəsində kəşviyyat monqa komandiri olaraq xidmət etdiyini, onun ehtiyyata buraxıldığını, təxminən 20 gün qalmış Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq atası ilə göbələk sexi açacağını bildirmiş, ona zamin duraraq on min mannat pulu götrməsi üçün köməklik göstərilməsini bildirdikdə ona köməklik göstərməmiş və həmin vaxtdanda münasibətləri pozulmuşdur. Şəxs Zərərçəkmiş şəxs bankdan pul götürməsinə köməklik etməyib, imtina etməyinə baxmayaraq Elnur Zərərçəkmiş şəxsla razılaşıb səkkiz min manat pulu götürülməsinə zamin durmuş və öz adına 3 min manat Naxçıvan Bankdan pul götrüb Zərərçəkmiş şəxs vermişdir. H. Əsgərov Elnurun zamin durduğu puldan və öz adına götürdüyü puldan ödəniş etmədiyindən E. Əliyevin evinə Bankdan bildiriş göndərilmiş, anası narahatçılıq keçirilmişdir. Səhəri gün E.Əliyev Şəxs zəng edib xalçanı yuduğundan ağırlaşdığını, ona xalçanın açması üçün ona köməklik etməsinin istəmiş, Şəxs Elnur yaşadığı həyətinə getdikdə, Elnur anası Aygün ona Əhliman və Həsənin etdiklərindən xəbəri olduğunu söruşduqda, Ə Quluzadənin bunlardan xəbəri olduğunu bildirdiyini, ona da pul götürməsi üçün zamin durmasını bildirdikdə onun imtina etdiyini, o vaxtdanda aralarındakı münasibətlərin soyuduğunu, Elnurun anası A.Əliyeva Həsən gilə gedərək atası Tahir Əsgərova məsələni bildirmiş, atası T. Əsgərov pulu dostları yığıb özləri ödəsin cavabını vermiçdir. Həmin söhbət Həsənə ailəsi tərəfindən Həsənə çatdırılmış, Həsən ***- ***-**-** mobil nömrəsində Şəxs zəng edərək onun arxasınca danışdığını bildirmiş, ona və ailəsinə qarşı köbud şəkildə nalayiq ifadələr işlədməyə başlamışdır. Ə Quluzadə əsəbləşərək Zərərçəkmiş şəxs evlərində çölə çıxmasını bildirmiş, özi isə onıların məhəlləsinə getmişdir. Zərərçəkmiş şəxs evlərinə çatmağa təxminə 100 metr qalmış onunla qarşılaşmış əsəbi olduğundan əl və ayaq zərbələri ilə H. Əsgərovun bədən nahiyəsinə zərbə endirmiş, Zərərçəkmiş şəxs yerə yıxıldıqda ondan uzaqlaşdıqda onu çağırmış Ə. Quluzadə Zərərçəkmiş şəxs yerdən qaldıraraq çıxıb getməsini bildirmişdir. H.Əsgəırov qalxıb aralaşan kimi onun atasının yanına gedəcəyini bildirərək ona yenədə nalayıq sözlər işlədərək qaçmış, Şəxs isə evinə getdiyini, bir daha belə əməllərə yol verməyəcəyini bildirərək ifadəsini bitirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs Culfa Rayonu Polis Şöbəsi tərəfindən məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. İş materialında olan Zərərçəkmiş şəxs yazılı izahatda 18.08.2021-ci il tarixdə saat 21 radələrində yaşadığı Culfa rayonunda xidmətdən sonra istirahətdə olarkən, atası Tahir Əsgərov ona dostun Əhlimanla küsülüsən deyə soruşduğunu, onun isə cavab olaraq “xeyr, aramızda normal münasibətimiz var” deyə bildirdiyini, daha sonra kənara çəkilərək, əvvəllər dostluq münasibətində olduğu vətəndaş Şəxs zəng etdiyini, zəng əsnasında ona “bu nə söhbətdi, atam mənə deyir ki, guya mən səninlə küsülü olmuşam və hal-hazırda səninlə danışmırıq” deyə soruşduğunu, cavab olaraq Əhliman onun özünə və ailəsinə qarşı təhqiramiz ifadələr dediyini, o isə onun dediklərindən əsəbləşdiyi üçün eyni sözləri onun özünə dediyini, daha sonra Əhliman ondan “hardasan” deyə soruşduqda ona evdə olduğunu bildirdiyini, bir qədər sonra ona zəng edərək həyətə çıxmağını və onun evi tərəfə gələcəyini bildirdiyini, o isə bundan sonra yaşadığı evi tərk edərək darvazadan çölə çıxdığını, təxminən bir neçə dəqiqə sonra yəni, saat 21:30 radələrində Əhliman onun evin yanına gəldiyini və ona salamlaşmaq üçün əl uzatdıqda görüşmək istəyən zaman ona qarşı nalayiq ifadə işlədərək anidən sağ əli ilə onun sol göz altı nahiyyəmə 1 yumruq zərbəsi vurduğunu, həmin an qəfil başı gicəlləndiyini və müvazinətini itirib yerə yıxıldığını, bu an başının arxası daşa dəydiyini, Əhliman yumruqla ardıcıl olaraq baş nahiyəmdən 5-6 yumruq vurduğunu, sonra ayaqları ilə çoxlu sayda başından və bədənimdən təpik zərbələri vurduğunu, Əhliman onu yerdən qaldırıb yenidən sağ əli ilə zərblə burun nahiyəsinə 1 yumruq zərbəsi vurduğunu, onu yenidən yerə yıxıldığını, bu zaman ərazidən post patrul xidmətinin əməkdaşları keçdiyi üçün Əhliman onları görərək hadisə yerindən uzaqlaqlaşdığını, onun yerdən qalxaraq evə qayıtdığını, evdə olan zaman telefon vasitəsilə xidmət etdiyi hərbi hissənin hissə növbətçisinə zəng edərək, vətəndaşla aralarında mübahisə yarandığını bildirdiyini, təxminən 15-20 dəqiqə sonra yaşadığı ünvana Culfa rayon polis şöbəsinin əməkdaşları gəlib Əhlimanın hazırda polis şöbəsində olduğunu və buna görədə onu da şöbəyə aparmaq istədiklərini bildirdiklərini, lakin o isə hərbi qulluqçu olduğunu və bu barədə hərbi hissəyə məlumat verdiyini bildirmişdir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsüf olunmuşdur.Ona görə də həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata başlamış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tənbeh tədbiri təyin edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbləri nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin Məcəllənin 32-ci maddəsinə əsasən təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdırıcı halları müəyyən etmədi. Məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və zərərçəkmiş şəxsə qarşı törədilmiş zorakılıq hərəkətlərini nəzərə alaraq maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs cəzasının dörddə bir hissəsindən yuxarı həddində cəzalandırılması qənaətindədir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 48, 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib iyirmi gün müddətində inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 10 sentyabr 2021-ci il, saat 17:00 dəqiqədən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar