Məhkəmə qərarları › İş №3(089)-14/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-14/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-14/2022 17.06.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tərcüməçi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxxxxxx 1990ci il tarixdə İİR-nin Təbriz şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, müvəqqəti işsiz, İİR-nin Təbriz şəhərində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 08 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A 119031 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 31 may 2022-ci il tarixdə, saat 22:52 radələrində X10 vasitəsilə İİR-dan Naxçıvan Muxtar Respublikasına gələrkən, idarə etdiyi 66AA242 dövlət nömrə nişanlı, Peugeot Pars markalı, 2002-ci il buraxılışlı, qara metalik, şassi nömrəsi ********** olan minik nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsinin ön sağ və ön sol qapılarından hər birindən 10 blok (2000 ədəd) göy rəngi “Marlboro Gold” markalı, 15 blok (3000 ədəd) boz rəngli “Kent” markalı siqaretlər, arxa sağ və arxa sol qapıların hər birindən 10 blok (2000 ədəd) göy rəngli “Marlboro Gold”, 25 blok (5000 ədəd) boz rəngli “Kent” markalı siqaretlər-ümumilikdə 120 blok (24000 ədəd), baqaj hissədə olan qutunun içərisindən 2 blok (400 ədəd) qara rəngli “Kent” markalı siqaretlər, sağ və sol ayaqaltı panelin hər birindən 30 blok (6000 ədəd) göy rəngli “Marlboro Gold", 10 blok (2000 ədəd) boz rəngdə “Kent" markalı siqaretlər- ümumilikdə 82 blok (16400 ədəd), sürət qutusunun alt hissəsindən 8 blok (1600 ədəd) qara rəngli “Kent” markalı siqaretlər olmaqla, nəqliyyat vasitəsindən ümumilikdə aksiz markası ilə markalanmayan 100 blok (20000 ədəd) göy rəngli “Marlboro Gold” markalı, 100 blok (20000 ədəd) boz rəngli “Kent” markalı, 10 blok (2000 ədəd) qara rəngli “Kent” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, İİR-nin Təbriz şəhərində yaşayır, işləmir. Təxminən 4 ay əvvəl Naxçıvana Muxtar Respublikasına gəlmiş, həmin vaxt Naxçıvana 8 blok “Kent” markalı siqaret gətirmiş, gömrük nəzarətindən gizli keçirmiş və siqaretləri “Cahan” ticarət mərkəzinin arxasında olan siqaret satılan mağazaya satmış, qazancı olmuşdur. Mağaza sahibinə daha çox siqaret gətirsə, alıb-almayacağını soruşmuş, mağaza sahibi “nə qədər gətirsən alaram” demişdir. Onunla “Marlboro” markalı siqaretin 1 blokunu 22 manata, “Kent” markalı siqaretin 1 blokunu 15 manata gətirəcəyi barədə razılaşmışlar. xx.xx.2022-ci il tarixdə İran islam Respublikasının Mahabat şəhərinə getmiş, 210 blok (2100 qutu) siqaret almış. Aldığı siqaretləri idarə etdiyi minik nəqliyyat vasitəsinin müxtəlif yerlərində gizlətmişdir. xx.xx.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına gələrkən Culfa gömr keçid məntəqəsində idarə etdiyi 66AA242 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəqliyyat vasitəsində siqaret olmasını bəyan etməmişdir. Gömrük əməkdaşları nəqliyyat vasitəsində olan siqaretləri aşkar etmiş, şahidlərin iştirakı ilə 210 blok siqaret nəqliyyat vasitəsindən götürülmüş, sayılmış və qablaşdırılmışdır. Şəxs izahatında onu da bildirmişdir ki, malların gömrük nəzarətindən gizlədilməklə keçirməyin qadağan olduğunu bilmiş, 210 blok Kent və Marlboro markalı siqaretləri gömrük nəzarətindən keçirmək üçün nəqliyyat vasitəsində gizlətmiş, əvvəllər İİR-dan Naxçıvana gələn zaman nəqliyyat vasitəsində siqaret gizlətmiş, gömrük nəzarətindən gizli keçirmişdir. Hərəkətindən çox peşimandır, siqaretlərin müsadirə edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, Culfa Gömrük idarəsinin X6 böyük inspektor vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olmuşdur. Saat 22:52 radələrində İİR-dən Naxçıvan Muxtar Respublikasına gələn İİR-na məxsus 66AA242 dövlət nömrə nişanlı, “Peugeot Pars” markalı, qara metallik rəngli minik nəqliyyat vasitəsinə vizual baxış keçirmiş, avtomobildə əsaslı şübhələr diqqəti cəlb etmişdir. X7 inspektoru Şahid2 və hal şahidlərinin iştirakı ilə gömrük baxışı keçirilməsi qərara alınmışdır. Bu səbəbdən də gömrük əməkdaşı Rövşəni və gömrük ərazisində yük boşaltmağa gəlmiş Bəhlul və Elşən adlı fəhlələri çağırmışdır. Fəhlələrə nəqliyyat vasitəsinə baxış keçirəcəyini, onların da hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlara hüquq və vəzifələrini izah etmişdir. Onlar etiraz etməmişlər. Əvvəlcə hal şahidlərinə Şəxs təqdim etmiş, nəqliyyat vasitəsinin sürücüsü olduğunu bildirmiş, sonra sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşya olubolmamasını soruşmuşdur. Sürücü nəqliyyat vasitəsində heçnə olmadığını bildirmiş, nəqliyyat vasitəsinə baxış keçirməyə başlamışdır. Nəqliyyat vasitəsinin içərisinə baxarkən qapılardakı əl-barmaq izlərini, qapılardakı şurubların açılıb bağlandığını görmüş, sürücüdən qapıları açıb-açmadığını və qapıların içərisinə nəsə yığıb-yığmadığını soruşmuşdur. Şəxsın həyacanlandığını hiss etmiş və nəqliyyat vasitəsinin qapılarının içərisinə baxmaq üçün vintaçan vasitəsilə nəqliyyat vasitəsinin qapılarının şurublarını açmış və orada siqaretlərin gizlədildiyini görmüşdür. Yoxlamanı davam etdirmiş, minik nəqliyyat vasitəsinin ön sağ və ön sol qapılarından hər birindən 10 blok (2000 ədəd) göy rəngli “Marlboro Gold” markalı, 15 blok (3000 ədəd) boz rəngdə “Kent" markalı siqaretlər, arxa sağ və arxa sol qapıların hər birindən 10 blok (2000 ədəd) göy rəngli “Marlboro Gold”, 25 blok (5000 ədəd) boz rəngdə “Kent” markalı siqaretlər-ümumilikdə 120 blok (24000 ədəd), baqaj hissədə olan qutunun içərisindən 2 blok (400 ədəd) qara rəngli “Kent” markalı siqaretlər, sağ və sol ayaqaltı panelindən hər birindən 30 blok (6000 ədəd) göy rəngli “Marlboro Gold”, 10 blok (2000 ədəd) boz rəngdə “Kent” markalı siqaretlər- ümumilikdə 82 blok (16400 ədəd) sürət qutusunun alt hissəsindən 8 blok (1600 ədəd) qara rəngli “Kent” markalı siqaretlər aşkar olunmuş, siqaretlər onun, gömrük əməkdaşı Şahid2, sürücü və 2 hal şahidinin iştirakları ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, gömrük əməkdaşı Şahid2, sürücü və hal şahidləri ilə birgə imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 izahatında bildirmişdir ki, hazırda işsizdir. X8 idarəsinin ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 31 may 2022-ci il tarixdə Culfa Gömrük idarəsinin ərazisində yük daşıyarkən Firuz adlı gömrük əməkdaşı onu çağırmış və İrandan gələn bir minik nəqliyyat vasitəsinə baxış keçirəcəyini, onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmişdir. Onunla birlikdə Elşən adlı şəxs də hal şahidi qismində oraya dəvət edilmişdir. Firuz müəllimlə nəqliyyat vasitəsinin yanına getmiş, Firuz müəllim İİR-nın vətəndaşı Şəxs onlara təqdim etmiş, nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirmişdir. Baxış başlamazdan əvvəl Firuz müəllim onlara hüquq və vəzifələrini izah etmişdir. 66AA242 dövlət nömrə nişanlı, “Peugeot Pars” markalı, qara metallik rəngli, minik nəqliyyat vasitəsinin ön sağ və ön sol qapılarından hər birindən 10 blok (2000 ədəd) göy rəngli “Marlboro Gold” markalı, 15 blok (3000 ədəd) boz rəngdə “Kent” markalı siqaretlər, arxa sağ və arxa sol qapılarından hər birindən 10 blok (2000 ədəd) göy rəngli “Marlboro Gold”, 25 blok (5000 ədəd) boz rəngdə “Kent” markalı siqaretlər, ümumilikdə 120 blok (24000 ədəd), baqaj hissədə olan qutunun içərisindən 2 blok (400 ədəd) qara rəngli “Kent” markalı siqaretlər, sağ və sol ayaqaltı panelinin hər birindən 30 blok (6000 ədəd) göy rəngli “Marlboro Gold”, 10 blok (2000 ədəd) boz rəngdə “Kent” markalı siqaretlər- ümumilikdə 82 blok (16400 ədəd) sürət qutusunun alt hissəsindən 8 blok (1600 ədəd) qara rəngli “Kent” markalı siqaretlər olmaqla nəqliyyat vasitəsindən ümumilikdə aksiz markası ilə markalanmayan 100 blok (20000 ədəd) göy rəngli “Marlboro Gold” markalı, 100 blok (20000 ədəd) boz rəngli “Kent” markalı, 10 blok (2000 ədəd) qara rəngli “Kent” markalı siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X3 Şahid3 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 08 iyun 2022-cı il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:52 radələrində X10 vasitəsilə İİR-dan Naxçıvan Muxtar Respublikasına gələn, İİR vətəndaşı, 10 mart 2021-ci il tarixdə verilmiş W******** nömrəli xarici pasportun sahibi, xx xxxxxxxx 1990-cı il təvəllüdlü Şəxs idarə etdiyi 66AA242 dövlət nömrə nişanlı, “Peugeot Pars” markalı, 2002-ci il buraxılışlı, qara metalik, şassi nömrəsi ********** olan minik nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəqliyyat vasitəsinin ön sağ və ön sol qapılarından hər birindən 10 blok (2000 ədəd) göy rəngli “Marlboro Gold” markalı, 15 blok (3000 ədəd) boz rəngdə “Kent” markalı siqaretlər, arxa sağ və arxa sol qapıların hər birindən 10 blok (2000 ədəd) göy rəngli “Marlboro Gold”, 25 blok (5000 ədəd) boz rəngdə “Kent” markalı siqaretlər, ümumilikdə 120 blok (24000 ədəd), baqaj hissədə olan qutunun içərisindən 2 blok (400 ədəd) qara rəngli “Kent” markalı siqaretlər, sağ və sol ayaqaltı panelin hər birindən 30 blok (6000 ədəd) göy rəngli “Marlboro Gold”, 10 blok (2000 ədəd) boz rəngdə “Kent” markalı siqaretlər- ümumilikdə 82 blok (16400 ədəd), sürət qutusunun alt hissəsindən 8 blok (1600 ədəd) qara rəngli “Kent” markalı siqaretlər olmaqla, nəqliyyat vasitəsindən ümumilikdə aksiz markası ilə markalanmayan 100 blok (20000 ədəd) göy rəngli “Marlboro Gold” markalı, 100 blok (20000 ədəd) boz rəngli “Kent” markalı, 10 blok (2000 ədəd) qara rəngli “Kent” markalı siqaretlər, olmaqla ümumilikdə 110 blok (1100 qutu) “Kent” markalı, 100 blok (1000 qutu) “Marlboro Gold” markalı siqaretlər aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş 06 iyun 2022-ci il tarixli, 141 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilən heç bir aksiz markası ilə markalanmayan istifadəyə yararlı vəziyyətdə 1 blok boz rəngli “Kent” markalı siqaretin topdansatış qiyməti 22.5 manat, 100 blokun ümumilkdə qiyməti 2250 manat, 1 blok qara rəngli “Kent” markalı siqaretin topdansatış qiyməti 22.5 manat, 10 blokun ümumilkdə qiyməti 225 manat, 1 blok göy rəngli “Marlboro Gold” markalı siqaretin topdansatış qiyməti 47 manat, 100 blokun ümumilikdə qiyməti isə 4700 manat müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “ İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Culfa Gömrük idarəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 110 blok (1100 qutu) “Kent” markalı, 100 blok (1000 qutu) “Marlboro Gold” markalı siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Şəxs hərəkətindən peşman olmasını nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olmuş, Culfa Gömrük idarəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 110 blok (1100 qutu) “Kent” markalı (1 blok 22.5 manat, 110 blok 2475 manat), 100 blok (1000 qutu) “Marlboro Gold” markalı (1 blok 47 manat, 100 blok 4700 manat), siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar