Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-14/2023 30.01.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X2 iştirakı ilə, Şəxs-20 avqust 1979-cu il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq anası, işsiz, Culfa şəhrində yaşayan-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 30 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 009518 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 27 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında X4 döymüşdür. Faktla bağlı zərərçəkmiş şəxs N.Əliquliyeva Culfa rayon Polis Şöbəsinə müraciət etmiş, polis şöbəsinin polis sahə inspektoru B.Mehdiyev tərəfindən inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirli bilmiş, N.Əliquliyevadan üzr istəmiş, bir daha belə hərəkətlərə yol verməyəcəyini, N.Əliquliyevanın onu bağışladığını bildirmiş, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs həmçinin izahatında bildirmişdir ki, N.Əliquliyeva qardaşının arvadıdır. Aralarında baş verənlər ailə münaqişəsi zəminində baş vermişdir. Hərəkətlərindən çox peşmandır. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs X5 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərinin bacısıdır. Münasibətlərinin yaxşı deyil. 27 yanvar 2023-cü il tarixdə qayınanası ilə arasında olan mübahisə səbədindən Şəxs onun saçından tutaraq çəkmiş, sifətindən vurmuşdur. Şəxs ondan üzr istəmiş, onunla barışmışdır. Hazırda Şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X5 izahatında onu da bildirmişdir ki, polis şöbəsinə yazdığı ərizəsində əsəbi olduğundan Gülsüm Əliquliyevanın və Elnarə Məmmədyarovanın da onu döydüyünü bildirmişdir. Əsl həqiqətdə isə onu Şəxs döymüşdür. Məhkəmə iclasında şahid qismində izahat vermiş, X3 izahatında bildirmişdir ki, Aynurə qızı, Nərgiz gəlinidir. Nərgizlə münasibətləri yaxşı deyil. 27 yanvar 2023-cü il tarixdə Nərgizlə aralarında mübahisə olmuş, həmin vaxt yaşadıqları evdə olan qızı Aynurə Nərgizi vurmuş və saçını çəkmişdir. Özü və qızı Elnurə Nərgizi vurmamışdır. Məhkəmə iş üzrə icraatın iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs N.Əliquliyeva məhkəməyə ərizə təqdim etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onunla barışdığını, Şəxs ondan hərəkətlərinə görə üzr istədiyini bildirmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərər çəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 53, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №3(089)-14/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-14/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver