Məhkəmə qərarları › İş №3(089)-14/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-14/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-14/2024 13.03.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs-xx xxxx 1964-cü il tarixdə Culfa rayonunun Cuğa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təqaüdçü, İİ qrup əlil, Culfa rayonunun Gülüstan kəndində yaşayan- barəsində Culfa rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 2023-cü ilin oktyabr ayında Culfa rayonunun Gülüstan kəndində X2 məxsus həyətyanı torpaq sahəsindən Zərərçəkmiş şəxs məxsus 4 ədəd 5x20x200 sm ölçüdə taxtanı, 270 kq müxtəlif ölçüdə metal parçalarını oğurlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərər çəkmiş şəxsin, özünün izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Gülüstan kəndində yaşayır, işləmir, İİ qrup əlildir. Tarixini dəqiq xatırlamır, 2023-cü ilin oktyabr ayında Culfa rayonunun Gülüstan kəndində həmkəndlisi X2 məxsus həyətyanı torpaq sahəsindən Zərərçəkmiş şəxs məxsus, 4 ədəd 5x20x200 sm ölçüdə taxtanı, 270 kq müxtəlif ölçüdə metal parçalarını oğurlamışdır. Hərəkətlərindən çox peşmandır. Zərərçəkmiş şəxs dəymiş zərər ödənilmiş, Zərərçəkmiş şəxsla barışmışdır. Ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şəxs tərəfindən 2023-cü ilin oktyabr ayında Culfa rayonunun Gülüstan kəndində ona məxsus 4 ədəd 5x20x200 sm ölçüdə taxta, 270 kq müxtəlif ölçüdə metal parçaları oğurlanmışdır. Şəxs ondan dəfələrlə üzr istəmiş, onunla barışmış, ona dəymiş zərər ödənilmişdir. Şəxs şikayəti yoxdur. Şəxs Balkişi oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin, zərər çəkmiş şəxsin izahatları və digər sənədlərlə sübuta yetirilir. İş materiallarına əlavə olunmuş- 09 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, HK-1-24/24 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Culfa rayon X4 Təhlükəsizlik bölməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2024-cü il tarixli, 195 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş qərarda göstərilən tədqiqat obyektlərinin 2024-cü ilin fevral ayına orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilmişdir. 50 ədəd pirketin qiyməti 26 manat, 05 ədəd 5x20x200 sm ölçülü istifadə edilmiş taxtanın qiyməti 16 manat, 270 kiloqram dəmir metal parçaları qırıntı kimi 94.50 manat. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs 2023-cü ilin oktyabr ayında Culfa rayonunun Gülüstan kəndində X2 məxsus həyətyanı torpaq sahəsindən Zərərçəkmiş şəxs məxsus 4 ədəd 5x20x200 sm ölçüdə taxtanı, 270 kq müxtəlif ölçüdə metal parçalarını oğurlamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət etmiş, ona dəymiş zərərin ödənildiyini, Şəxs onunla barışdığını, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, vurulmuş ziyan tamamilə ödənildiyindən və Şəxs zərər çəkmiş şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1 və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar