Məhkəmə qərarları › İş №3(089)-15/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-15/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-15/2022 24.06.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tərcüməçi X4 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxxx 1999-cu il tarixdə İİR-nin Poldasht şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, Naxçıvan Dövlət Universitetində təhsil alan, İİR-nin Poldasht şəhərində yaşayanbarəsində Azərbaycan A0espublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 13 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A 119035 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 02 iyun 2022-ci il tarixdə saat 16:40 radələrində X16 vasitəsilə ölkəyə giriş istiqamətində Naxçıvan Muxtar Respublikası ərazisinə gələrkən əl yüklərinə gömrük yoxlaması keçirilmiş, gömrük yoxlaması zamanı Şəxs əl yüklərinin içərisindən, 1 ədəd üzərində “Nastaran” yazılı bağlamanın içərisindən 1540 ədəd qara rəngli “Kent” markan siqaretlər, 1 ədəd üzərində “Farkhondeh” yazılı bağlamanın içərisindən 780 ədəd qara rəngli “Kent” markalı siqaretlər, 1 ədəd üzərində “Coconut” yazılı bağlamanın içərisindən isə 280 ədəd qara rəngli “Kent” markalı və 400 ədəd “Winston” markalı siqaretlər olmaqla, ümumilikdə aksiz markası ilə markalanmayan 2600 ədəd qara rəngli “Kent” markalı, 400 ədəd isə İran İslam Respublikasının aksiz markası ilə markalanan “Winston” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, İİR-nin Poldasht şəhərində yaşayır, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində “Stomatologiya” ixtisası üzrə ali təhsil alır. Təhsil aldığı müddətdə İrandan Naxçıvana gələrkən, hər dəfə 1 blok siqaret gətirmiş və satmışdır. xx.xx.2022-ci il tarixdə iran islam Respublikasının Poldasht şəhərində olarkən mağazadan 13 blok (2600 ədəd) qara rəngli “Kent” markalı siqaret və 2 blok (400 ədəd) “Winston” markalı siqaret almış, siqaretləri açmış, şirniyyat qutularının içərilərinə yığmış və həmin qutuları əl yüklərinin olduğu çantaya qoymuşdur. xx.xx.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına gələrkən Culfa gömrüyündə əl yüklərini monitordan keçirmiş, manitordan keçiriləndən sonra əl yüklərinə gömrük əməkdaşı tərəfindən baxış keçirilmiş, baxış zamanı gizlətdiyi 13 blok (2600 ədəd) qara rəngli “Kent” markalı siqaret və 2 blok (400 ədəd) “Winston” markalı siqaretlər aşkar etmiş, şahidlərin iştirakı ilə siqaretlər götürülmüş, sayılmış və qablaşdırılmışdır. Şəxs izahatında onu da bildirmişdir ki, malların gömrük nəzarətindən gizlədilməklə keçirməyin qadağan olduğunu bilmiş, 13 blok (2600 ədəd) qara rəngli “Kent” markalı siqaret və 2 blok (400 ədəd) “Winston” markalı siqaretləri gömrük nəzarətindən keçirmək üçün əl yüklərinin içərisində gizlətmiş, əvvəllər İİR-dan Naxçıvana gələn zaman əl yüklərinin içərisində siqaret gizlətməmiş, gömrük nəzarətindən gizli keçirməmişdir. Hərəkətindən çox peşimandır. Qanuni qərar qəbul edilməsi xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X2 izahatında bildirmişdir ki, Culfa Gömrük İdarəsi X12 böyük inspektor vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olmuşdur. Xidmətdə olduğu müddətdə, saat təxminən 16 radələrində X13 böyük inspektoru X1 Gömrük Postu vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, İran İslam Respublikası vətəndaşı Şəxs əl yüklərinə Hl-Scan rentgen qurğusundan keçirilən zaman şübhəli təsvirlər olduğunu, şəxsin əl yüklərinə gömrük yoxlaması keçirmək istədiyini və onun da orada iştirak etməsini xahiş etmişdir. T.İsmayılov gömrük ərazisində yük boşaltmağa gəlmiş Rafiq və Rəfail adlı fəhlələri dəvət etmiş, əl yüklərinə baxış zamanı hal şahidi kimi iştirak etmələrini xahiş etmiş, etiraz etməmişlər. Hal şahidlərinə hüquq və vəzifələrini izah etmiş, X5 əl yüklərinin içərisində qanunla qadağan olunmuş hər hansı əşya olub-olmamasını soruşmuş, o, əl yüklərində qanunla qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. T.İsmayılov onun və 2 hal şahidinin iştirakı ilə Şəxs əl yüklərinə gömrük yoxlaması keçirmiş, yoxlama zamanı əl yükü, 1 ədəd üzərində “Nastaran” yazılı bağlamanın içərisindən 1540 ədəd qara rəngli “Kent” markalı siqaret, 1 ədəd üzərində “Farkhondeh” yazılı bağlamanın içərisindən 780 ədəd qara rəngli “Kent” markalı siqaret, 1 ədəd üzərində “Coconut” yazılı bağlamanın içərisindən isə 280 ədəd qara rəngli “Kent” markalı və 400 ədəd “Winston” markalı siqaret olmaqla, ümumilikdə aksiz markası ilə markalanmayan 2600 ədəd qara rəngli “Kent” markalı, 400 ədəd isə iran İslam Respublikasının aksiz markası ilə markalanan “Winston” markalı siqaretlər aşkar edilmiş, yoxlama protokolu tərtib edilmiş, özü, Şəxs və hal şahidləri protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, hazırda işsizdir. X15 idarəsinin ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulması, boşaldılmasında fəhləlik edir. 02 iyun 2022-ci il tarixdə Culfa Gömrük idarəsinin ərazisində olmuş, Tural adlı gömrük əməkdaşı onu yanına çağırmış və İrandan gələn bir vətəndaşın əl yüklərinə yoxlama keçirəcəyini, onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmişdir. Tural müəllimlə əl yüklərinə yoxlma keçirəcəyi yerə getmiş, Rəfail adlı şəxs də hal şahidi qismində oraya dəvət edilmişdir. Tural müəllim İİR-nın vətəndaşı Şəxs onlara təqdim etmiş, əl yüklərinin ona məxsus olduğunu bildirmişdir. Baxış başlamazdan əvvəl Tural müəllim onlara hüquq və vəzifələrini izah etmişdir. Daha sonra əl yüklərinə yoxlama keçirilmiş, yoxlama zamanı əl yükünün içərisindən 1 ədəd üzərində “Nastaran” yazılı bağlamanın içərisindən 1540 ədəd qara rəngli “Kent” markalı siqaretlər, 1 ədəd üzərində “Farkhondeh” yazılı bağlamanın içərisindən 780 ədəd qara rəngli “Kent” markalı siqaretlər, 1 ədəd üzərində “Coconut” yazılı bağlamanın içərisindən isə 280 ədəd qara rəngli “Kent” markalı və 400 ədəd “Winston” markalı siqaretlər olmaqla, ümumilikdə aksiz markası ilə markalanmayan 2600 ədəd qara rəngli “Kent” markalı, 400 ədəd isə İran İslam Respublikasının aksiz markası ilə markalanan “Winston” markalı siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Ağayev Rəfail eldar oğlu Şahid1 ilə eyni məzmunlu izahat vermişdir.. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 02 iyun 2022-cı il tarixli əl yüklərinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:45 radələrində X16 vasitəsilə İİR-dan Naxçıvan Muxtar Respublikasına gələn, İİR vətəndaşı, 29 may 2021-ci il tarixdə verilmiş N53837201 nömrəli xarici pasportun sahibi, xx xxxxx 1999-cu il təvəllüdlü Şəxs əl yüklərinə gömrük yoxlaması keçirilmiş, Şəxs əl yüklərinin içərisindən, 1 ədəd üzərində “Nastaran” yazılı bağlamanın içərisindən 1540 ədəd qara rəngli “Kent” markan siqaretlər, 1 ədəd üzərində “Farkhondeh” yazılı bağlamanın içərisindən 780 ədəd qara rəngli “Kent” markalı siqaretlər, 1 ədəd üzərində “Coconut” yazılı bağlamanın içərisindən isə 280 ədəd qara rəngli “Kent” markalı və 400 ədəd “Winston” markalı siqaretlər olmaqla, ümumilikdə aksiz markası ilə markalanmayan 2600 ədəd qara rəngli “Kent” markalı, 400 ədəd isə İran İslam Respublikasının aksiz markası ilə markalanan “Winston” markalı siqaretlər aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş 10 iyun 2022-ci il tarixli, 145 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş üzərində heç bir aksiz markası olmayan istifadəyə yararlı bir blok (10 qutu, 200 ədəd) qara rəngli “Kent” markalı siqaretin topdansatış qiyməti 22.50 manat, 13 blok (2600 ədəd) 292,50 (iki yüz doxsan iki manat əlli qəpik) manat müəyyən edilmişdir. Tədqiqata təqdim edilmiş “Winston” markalı, İİR-nın aksiz markası ilə markalanan nazik siqaretlərin mülki dövriyyədə satışı olmadığından qiymətləndirmə aparılmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “ İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Culfa Gömrük İdarəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 13 blok (130 qutu) “Kent” markalı, 2 blok (20 qutu) “Winston” markalı siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Şəxs hərəkətindən peşman olmasını nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olmuş, Culfa Gömrük idarəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 13 blok (130 qutu) “Kent” markalı (1 blok 22.5 manat, 13 blok 292.50 manat), 2 blok (20 qutu) “Winston” markalı siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar