Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-16/2022 24.06.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tərcüməçi X4 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxxxx 1997-ci il tarixdə İİR-nin Chaypareh şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, Naxçıvan Dövlət Universitetində təhsil alan, İR-nin Chaypareh şəhərində yaşayanbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 13 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A 119034 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 02 iyun 2022-ci il tarixdə saat 13:05 radələrində X14 vasitəsilə ölkəyə giriş istiqamətində Naxçıvan Muxtar Respublikası ərazisinə gələrkən, əl yüklərinə gömrük yoxlaması keçirilmiş, gömrük yoxlaması zamanı Şəxs əl yüklərinin içərisindən, 1 ədəd üzərində “Nescafe” yazılı bağlamanın içərisindən 800 ədəd qara rəngli “Kent” markalı siqaretlər, 1 ədəd üzərində “Arinte” yazılı bağlamanın içərisindən isə üzəri “Arinte” markalı şokaladla örtülmüş 400 ədəd qara rəngli “Kent” markalı siqaretlər olmaqla, ümumilikdə 1200 ədəd qara rəngli “Kent” markalı aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, İİR-nin Chaypareh şəhərində yaşayır, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində “Stomatologiya” ixtisası üzrə ali təhsil alır. Təhsil aldığı müddətdə İrandan Naxçıvana gələrkən hər dəfə 1 blok siqaret gətirmiş və satmışdır. xx.xx.2022-ci il tarixdə iran islam Respublikasının Culfa şəhərində olarkən mağazadan 7 blok (1400 ədəd) qara rəngli “Kent" markalı siqaret almışdır. Aldığı siqaretlərin bir blokunu açıq şəkildə, qalan siqaretləri isə bir hissəsini nescafe qutusunun içərisinə, digər hissəsini şokolad qutusunun içərisinə yığmış, əl yüklərinin olduğu çantaya qoymuşdur. xx.xx.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına gələrkən Culfa gömrüyündə əl yüklərinə baxış keçirilmiş, baxış zaman gizlətdiyi 6 blok (1200 ədəd) qara rəngli “Kent” markalı siqaretlər gömrük əməkdaşları tərəfindən aşkar etmiş, şahidlərin iştirakı ilə siqaretlər götürülmüş, sayılmış və qablaşdırılmışdır. Şəxs izahatında onu da bildirmişdir ki, malların gömrük nəzarətindən gizlədilməklə keçirməyin qadağan olduğunu bilmiş, 6 blok (1200 ədəd) qara rəngli “Kent” markalı siqareti gömrük nəzarətindən keçirmək üçün əl yüklərinin içərisindən gizlətmiş, əvvəllər İİR-dan Naxçıvana gələn zaman əl yüklərinin içərisindən siqaretləri gizlətməmiş, gömrük nəzarətindən gizli keçirməmişdir. Hərəkətindən çox peşimandır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X2 izahatında bildirmişdir ki, Culfa Gömrük İdarəsi X11 böyük inspektor vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olmuşdur. Xidmətdə olduğu müddətdə, saat təxminən 13 radələrində X12 böyük inspektoru X1 Gömrük Postu vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, İran İslam Respublikasının vətəndaşı Şəxs əl yüklərinin Hl-Scan rentgen qurğusundan keçirilən zaman şübhəli təsvirlər olduğunu, şəxsin əl yüklərinə gömrük yoxlaması keçirmək istədiyini və onun da orada iştirak etməsini xahiş etmişdir. T.İsmayılov gömrük ərazisində yük boşaltmağa gəlmiş Rafiq və Rəfail adlı fəhlələri dəvət etmiş, əl yüklərinə baxış zamanı hal şahidi kimi iştirak etmələrini xahiş etmiş, etiraz etməmişlər. Hal şahidlərinə hüquq və vəzifələrini izah etmiş, Şəxs əl yüklərinin içərisində qanunla qadağan olunmuş hər hansı əşya olub-olmamasını soruşmuş, o, əl yüklərində qanunla qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. T.İsmayılov onun və 2 hal şahidinin iştirakı ilə Şəxs əl yüklərinə gömrük yoxlaması keçirmiş, yoxlama zamanı əl yükünün içərisindən 1 ədəd üzərində “Neskafe” yazılı bağlamanın içərisindən 800 ədəd qara rəngli “Kent” markalı, 1 ədəd üzərində “Arinte” yazılı bağlamanın içırisindən isə üzəri “Arinte” markalı şokaladla örtülmüş 400 ədəd qara rəngli “Kent” markalı, ümumilikdə aksiz markası ilə markalanmayan 1200 ədəd qara rəngli “Kent” markalı siqaretlər aşkar edilmiş, yoxlama protokolu tərtib edilmiş, özü, Şəxs və hal şahidləri protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, hazırda işsizdir. X13 idarəsinin ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulması və boşaldılmasında fəhləlik edir. 02 iyun 2022-ci il tarixdə Culfa Gömrük idarəsinin ərazisində olmuş, Tural adlı gömrük əməkdaşı onu çağırmış və İrandan gələn bir vətəndaşın əl yüklərinə yoxlama keçirəcəyini, onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmişdir. Tural müəllimlə əl yüklərinə yoxlama keçirəcəyi yerə getmiş, Rəfail adlı şəxs də hal şahidi qismində oraya dəvət edilmişdir. Tural müəllim İİR-nın vətəndaşı Şəxs onlara təqdim etmiş, əl yüklərinin ona məxsus olduğunu bildirmişdir. Baxış başlamazdan əvvəl Tural müəllim onlara hüquq və vəzifələrini izah etmişdir. Daha sonra əl yüklərinə yoxlama keçirilmiş, yoxlama zamanı əl yükünün içərisindən 1 ədəd üzərində “Neskafe” yazılı bağlamanın içərisindən 800 ədəd qara rəngli “Kent” markalı, 1 ədəd üzərində “Arinte” yazılı bağlamanın içırisindən isə üzəri “Arinte” markalı şokaladla örtülmüş 400 ədəd qara rəngli “Kent” markalı olmaqla, ümumilikdə aksiz markası ilə markalanmayan 1200 ədəd qara rəngli “Kent” markalı siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Ağayev Rəfail eldar oğlu Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 02 iyun 2022-cı il tarixli əl yüklərinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:05 radələrində X14 vasitəsilə İİR-dan Naxçıvan Muxtar Respublikasına gələn, İİR vətəndaşı, 26 avqust 2020ci il tarixdə verilmiş M53103314 nömrəli xarici pasportun sahibi, xx.xx.1997-ci il təvəllüdlü Şəxs əl yüklərinə gömrük yoxlaması keçirilmiş, Şəxs əl yüklərinin içərisindən, 1 ədəd üzərində “Neskafe” yazılı bağlamanın içərisindən 800 ədəd qara rəngli “Kent” markalı, 1 ədəd üzərində “Arinte” yazılı bağlamanın içırisindən isə üzəri “Arinte” markalı şokaladla örtülmüş 400 ədəd qara rəngli “Kent” markalı olmaqla, ümumilikdə aksiz markası ilə markalanmayan 1200 ədəd qara rəngli “Kent” markalı siqaretlər aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş 10 iyun 2022-ci il tarixli, 146 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində heç bir aksiz markası olmayan istifadəyə yararlı vəziyyətdə 60 qutu qara rəngli “Kent” markalı siqaretin topdan orta bazar qiyməti təxminən 135 mnat (60 qutu x 2.25 manat) müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Culfa Gömrük idarəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 6 blok (120 qutu) “Kent” markalı siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Şəxs hərəkətindən peşman olmasını nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Gömrük idarəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 6 blok (120 qutu) “Kent” markalı (60 qutu x 2.25=135 manat) siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-16/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-16/2022
24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver