Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-16/2024 18.03.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə- Şəxs:-01 avqust 1990-cı il tarixdə Culfa rayonunun Göydərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, beş uşaq atası, müvəqqəti işsiz, Culfa rayonunun Göydərə kndində qeydiyyatda olan- barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 18 mart 2024-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Ordubad Rayon Məhkəməsinin 2(080)-117/2019 nömrəli, 12 iyul 2019cu il tarixli icra sənədi icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədi 25 avqust 2020-ci il tarixdə icraata qəbul edilmişdir. İcra sənədində 14 iyun 2019-cu il tarixdən hesablanmaqla 11 iyul 2014-cü il tarixdə doğulmuş X6 və 13 noyabr 2016-cı il tarixdə doğlmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs bir uşaq üçün 110 manat olmaqla, hər ay 220 manat sabit pul məbləğində alimentin alınıb X4 verilməsi göstərilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 25 avqust 2020-ci il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs alimentin ödənilməsindən yayınmış, 1100 manat aliment borcu var. Abşeron Rayon Məhkəməsinin 2(012)-1683/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli icra sənədi icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədi 22 sentyabr 2022-ci il tarixdə icraata qəbul edilmişdir. İcra sənədində Şəxs 10 fevral 2022-ci il tarixdən hesablanmaqla 16 dekabr 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin alınıb X5 verilməsi göstərilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 22 sentyabr 2022-ci il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs alimentin ödənilməsindən yayınmış, 2756 manat aliment borcu var. Bundan başqa Culfa Rayon Məhkəməsinin 2(089)-52/2023 nömrəli, 24 fevral 2023cü il tarixli icra sənədi icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədi 07 aprel 2023-cü il tarixdə icraata qəbul edilmişdir. İcra sənədində Şəxs 1200 manat məbləğində pulun alınaraq X7 verilməsi göstərilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 07 aprel 2023-cü il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs borcun tam ödənilməsindən yayınmış, 500 manat borcu var. Borclu Şəxs icra sənədləri üzrə tələblərin təmin olunması və bölməyə gəlməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş, lakin borclu Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Həmçinin borclu Şəxs 05 fevral 2024-cü il tarixdə axtarışı haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Ordubad Rayon Məhkəməsinin 2(080)- 117/2019 nömrəli, 12 iyul 2019-cu il tarixli icra sənədində 14 iyun 2019-cu il tarixdən hesablanmaqla 11 iyul 2014-cü il tarixdə doğulmuş X6 və 13 noyabr 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan bir uşaq üçün 110 manat olmaqla, hər ay 220 manat sabit pul məbləğində alimentin alınıb X4 verilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1683/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli icra sənədində 10 fevral 2022-ci il tarixdən hesablanmaqla 16 dekabr 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin ondan alınıb X5 verilməsi, Culfa Rayon Məhkəməsinin 2(089)- 52/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli icra sənədində ondan 1200 manat məbləğində pulun alınaraq X7 verilməsi göstərilmişdir. Hər üç icra sənədini tam icra etməmişdir. X4 1100 manat, X5 2756 manat, X7 500 manat borcu var. Borcların ödənilməsi barədə icra məmuru tərəfindən ona dəfələrlə xəbərdarlıq edilmiş, lakin borclarını tam ödəməmişdir. Borclarını ödəməyə maddi imkanı yoxdur. İcra məmurunun qanuni tələblərini yerinə yetirə bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında həmçinin onu da bildirmişdir ki, icra sənədləri üzrə borclarını vaxtında ödəmədiyindən axtarışı barədə qərar qəbul edilmişdir, 04 mart 2023-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinə təqdim edilmişdir. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən Şəxs aliment borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 10 gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 18 mart 2024-cü il, saat 17:35-dən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-16/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-16/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver