Məhkəmə qərarları › İş №3(089)-17/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-17/2020

18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-17/2020 18.12.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X9 və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, X5 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, 008076 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə 008076 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, xx xxxx 2019-cu il tarixdə ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, o, 1800 manat məbləğində cərimə edilmişdir. X5 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, 008076 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. X9 şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, 008076 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1800 manat məbləğində cərimə edilmişdir. Qərarla razı deyil. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə özünə məxsus xırdabuynuzlu heyvanları müvafiq ərazidən keçirərkən bir nəfər şəxs onu çağırmış, adını soruşmuş, ona xəbərdarlıq ediləcəyini və sənədə imza etməsini bildirmiş, sənədə imza etmişdir. Qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş X9 izahatında bildirmişdir ki, Culfa şəhərində yaşayır, təsərrüfatla məşğul olur. 56 baş xırdabuynuzlu heyvanı var. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 17 radələrində heyvanlarını “poliqon” adlanan ərazidən avtomobil yolu vasitəsilə Culfa şəhəri istiqamətinə keçirmiş, heyvanlar avtomobil yolunun kənarında olan yaşıllıq sahəsinə daxil olmuşlar. Həmin vaxt yol kənarında olan bir şəxs onu yanına çağırmış, kim olmasını soruşmuş, ona inzibati xəta törətməsi izah olunmuş, izahatı alınmış, akt tərtib edilmiş, akti imzalamışdır. X9 izahatında onu da bildirmişdir ki, tərtib edilmiş akt ona ucadan oxunmuş, akt oxunan zaman ona heyvanların altı ədəd tingi zədələməsi bildirilməmiş, aktı imzalamaq üçün ona təsir edilməmiş, protokol tərtib edən şəxs ona xəbərdarlıq ediləcəyini bildirmişdir. İnzibati tənbeh vermə haqqında qərarın cərimə məbləğini ödəməyə maddi imkanı olmadığından ləğv edilməsini xahiş edir. Əməlindən peşmandır, təkrar inzibati xəta törətməyəcəyinə söz verir. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X3 ərizənin əsassız olduğunu bildirmiş, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X8 izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə özü, nazirliyin əməkdaşları Tural Quliyev və Qulu Quliyev ərazidən keçərkən, bir şəxsin avtomobil yolunun mühafizə zolağında yerləşən yaşıllıq sahəsində xırdabuynuzlu heyvan otardığını görmüşlər. Yol kənarında dayanmış, lazımi qədər fotoşəkillər çəkmiş və həmin şəxsi yanlarına dəvət etmişlər. Ondan kim olmasını soruşmuş, X9 olduğunu, özünə məxsus 56 baş xırdabuynuzlu heyvanı olmasını bildirmişdir. Asəfə hərəkətlərinin qanuna zidd olması bildirilmiş, heyvanlar olan ərazidə zədələnmiş tinglərin fotoşəkilləri çəkilmiş, izahat yazmasını təklif etmişdir. Asəf izahat yazmış, bu barədə akt tərtib edilmiş, akt ucadan oxunmuş, Asəf təsir olmadan aktı imzalamışdır. Asəfə hərəkətlərinə görə xəbərdarlıq ediləcəyini deməmişdir. Məhkəmə şikayətçinin, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin, şahidin izahatını dinləyib, şikayəti, şikayətə əlavə edilmiş sənədləri, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məhkəməyə təqdim etdiyi sübutları araşdırdırıb, həmin sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 253.5.2-ci maddəsinə əsasən magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində ağac və ya kol əklilərinin zədələnməsi inzibati xəta hesab edilir ki, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə fiziki şəxslər üç yüz manat miqdarında cərimə edilir. Təqdim edilmiş sübutlarla, X7 izahatı ilə onun həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən təqdim edilmiş izahatın surətindən, xx xxxxxx 2020-ci il tarixli aktdan, 13 ədəd fotoşəkildən müəyyən edilmişdir ki, X9 xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Naxçıvan-Culfa avtomobil yönünün kənarında, Culfa şəhəri ərazisində avtomobil yolunun mühafizə zolağında yerləşən yaşıllıq sahəsində xırdabuynuzlu heyvanlarını otarmış, nəticədə altı ədəd ting zədələnmişdir. X2 isə izahatında həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini etiraf etmiş, cəriməni ödəməyə maddi imkanı olmadığından inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş, qərarın ləğv edilməsinə başqa hər hansı bir əsas göstərməmiş, məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddənin əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, onun barəsində inzibati tənbeh vermə barədə qərar qəbul edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə kifayət qədər sübutlar toplanmış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmışdır. Səlahiyyətli orqanın gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edirəm ki, verilmiş şikayət təmin edilməməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134- 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, 008076 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar