Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-17/2022 24.06.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxxxx 1968-ci il tarixdə Culfa rayonunun Gülüstan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, sürücü işləyən, Culfa rayonunun Gülüstan kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 20 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A 119037 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 11 iyun 2022-ci il tarixdə saat 16:30 radələrində X6 vasitəsilə ölkəyə giriş istiqamətində Naxçıvan Muxtar Respublikası ərazisinə gələrkən, idarə etdiyi 90CL383 dövlət qeydiyyat nişanlı, qoşqu nömrəsi: 67ZA041, “Bunge sp 240b” markalı, Kamaz 5410 markalı, 1993-cü il buraxılışlı, yaşıl rəngli, şassi nömrəsi XTC541000P2054833 olan yük nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəqliyyat vasitəsinin kabinində sonradan süni yolla hazırlanmış səsgücləndirici qurğuların araxa hissəsindəki gizli saxlanc yerindən 9 blok (1800 ədəd) qara rəngli “Kent” markalı siqaret aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Culfa rayonunun Gülüstan kəndində yaşayır, Bakı-Naxçıvan və əks istiqamətdə yük daşımaları ilə məşğul olur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Naxçıvana gəlmək üçün idarə etdiyi yük nəqliyat vastəsi ilə yola çıxmışdır. İİR-nin Culfa şəhərində mağazadan 9 blok (1800 ədəd) qara rəngli “Kent" markalı siqaret almış, aldığı siqaretləri idarə etdiyi nəqliyyat vastəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerində gizlətmişdir. xx.xx.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına gələrkən Culfa GKM-də idarə etdiyi nəqliyyat vastəsinə baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsində gizlətdiyi 9 blok (1800 ədəd) qara rəngli “Kent” markalı siqaretlər aşkar edilmiş, şahidlərin iştirakı ilə siqaretlər götürülmüş, sayılmış və qablaşdırılmışdır. Şəxs izahatında onu da bildirmişdir ki, malları gömrük nəzarətindən gizlədilməklə keçirməyin qadağan olduğunu bilmiş, 9 blok (1800 ədəd) qara rəngli “Kent” markalı siqareti gömrük nəzarətindən gizli keçirmək üçün nəqliyyat vastəsində gizlətmiş, əvvəllər İİR-dan Naxçıvana gələn zaman nəqliyyat vastəsində siqaretləri gizlətməmiş, gömrük nəzarətindən gizli keçirməmişdir. Hərəkətindən çox peşimandır, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, Culfa Gömrük idarəsinin X4 böyük müfəttiş vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olmuşdur. Saat 16:30 radələrində inspektor X3 Gömrük Postu vasitəsilə İİR-dan Naxçıvan MR-ə gələn ** CL *** dövlət nömrə nişanlı Kamaz 5410 markalı yük nəqliyyat vasitəsinə əsaslı şübhələr olduğu üçün gömrük yoxlaması keçirmək istədiyi bildirmiş, orada iştirak etməsini xahiş etmişdir. R.İbrahimov həmçinin gömrük ərazisində olan Anar və Rasim adlı şəxsləri də hal şahidi kimi dəvət etmiş, onlara hüquq və vəzifələrini izaha etmişdir. R.İbrahimov əvvəlcə Şəxs idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmamasını soruşmuş, sürücü nəqliyyat vasitəsində heçnə olmadığını bildirmişdir. R.İbrahimov nəqliyyat vasitəsinə baxış keçirmiş, baxış zamanı kabinin sonradan süni yolla hazırlanmış səsgücləndirici qurğularının ara hissəsindəki gizli saxlanc yerindən 9 blok (1800 ədəd) qara rəngli “Kent” markalı siqaretlər aşkar olunmuşdur. Aşkar olunmuş siqaretlər onun, sürücü və 2 hal şahidinin iştirakları ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair protokol tərtib etmiş, protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, hazırda işsizdir. X5 idarəsinin ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 11 iyun 2022-ci il tarixdə Culfa Gömrük idarəsinin ərazisində yük boşaldan zaman Ruslan adlı gömrük əməkdaşı onu çağırmış və İrandan gələn bir nəqliyyat vasitəsinə baxış keçirəcəyini, onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmişdir. Ruslan müəllimlə nəqliyyat vastəsinə yoxlma keçirəcəyi yerə getmiş, Rasim adlı şəxs də hal şahidi qismində oraya dəvət edilmişdir. Ruslan müəllim Azərbaycan Respublikasının vətəndaşı Şəxs onlara təqdim etmiş, nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirmişdir. Baxış başlamazdan əvvəl Ruslan müəllim onlara hüquq və vəzifələrini izah etmişdir. Daha sonra nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsində kabinin sonradan süni yolla hazırlanmış səsgücləndirici qurğularının araxa hissəsindəki gizli saxlanc yerindən 9 blok (1800 ədəd) qara rəngli “Kent” markalı siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 11 iyun 2022-cı il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:38-də X6 vasitəsilə İİR-dan Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.2020-ci il tarixdə verilmiş C03174851 nömrəli pasportun sahibi, xx.xx.1968-ci il təvəllüdlü Şəxs idarə etdiyi 90CL383 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 67ZA041, “Bunge sp 240b” markalı) Kamaz 5410 markalı, 1993-cü il buraxılışlı, yaşıl rəngli, şassi nömrəsi XTC541000P2054833 olan yük nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsinin kabinində səsgücləndirici qurğuların araxa hissəsində, sonradan süni yolla hazırlanmış gizli saxlanc yerindən 9 blok (1800 ədəd) qara rəngli “Kent” markalı siqaretlər aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş 17 iyun 2022-ci il tarixli, 155 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, üzərində heç bir aksiz markası olmayan istifadəyə yararlı vəziyyətdə 9 blok (1800 ədəd) qara rəngli “Kent” markalı siqaretin topdan orta bazar qiyməti təxminən 202,50 (9 blok x 22.5 manat) manat müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, 9 blok (180 qutu) “Kent” markalı siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onu şəxsiyyətini, təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Şəxs hərəkətindən peşman olmasını nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Gömrük İdarəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 9 blok (180 qutu) “Kent” markalı siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-17/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-17/2022
24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver