Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-17/2023 30.01.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxx 2006-cı il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Culfa şəhərində yaşayan-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.2 və 511.1.3-cü maddələri ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində tərtib olunmuş 29 yanvar 2023-cü il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 30 yanvar 2023-cü il tarixdə baxılması üçün Culfa rayon X3 Rayon Məhkəməsinə göndərilmişdir. İnzibat xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Şəxs, 29 yanvar 2023-cü il tarixdə, saat 01:30-da Vaz 21060 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Culfa şəhəri, Heydər Əliyev prospektində idarə etmiş, nəqliyyat vasitəsinin əl əyləcindən istifadə etməklə nəqliyyat vasitəsinin arxasını fırlatmış, nəqliyyat vasitəsinin sürətini artırmış, təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmış, bununla da ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, avtoxuliqanlıq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.2 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, atasının mülkiyyətində olan Vaz 21060 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini atasının məlumatı olmadan, həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 29 yanvar 2023-cü il tarixdə saat 01:30 radələrində Culfa şəhərinə az qar yağdığından H.Əliyev prospektində idarə etmiş, idarə etdiyi nəqliyyat vasitəsinin əl əyləcindən istifadə etmiş, nəqliyyat vasitəsinin arxasını fırlatmış, nəqliyyat vasitəsini sürətləndirmiş, nəqliyyat vasitəsinin təkərləri yolun səthi ilə sürtünərək səslər çıxarmışdır. Şəxs izahatında onu da bildirmişdir ki, Dadaş Tahirovla, Elnur Əhmədovla əvvəlcədən nəqliyyat vasitələri ilə Culfa şəhərinə çıxmaq barədə razılaşmamışlar. Hərəkətlərindən çox peşmaldır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Culfa Rayon Polis şöbəsinin PPXin əməkdaşları Şahid1 və Şahid2 izahatında Şəxs 29 yanvar 2023-cü il tarixdə, saat 01:30 radələrində Culfa şəhəri, H.Əliyev prospektində idarə etdiyi nəqliyyat vasitəsinin əl əyləcindən istifadə etməklə, nəqliyyat vasitəsinin arxasını fırlatmasını, nəqliyyat vasitəsini sürətləndirməsini, təkərlərin yolun səthi ilə sürtünərək səslər çıxarmasını təsdiq etmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək, məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyindən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tətbiq edilən inzibati tənbeh növlərindən görünür ki, avtoxuliqanlıq avtonəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxslər tərəfindən törədildiyi halda şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tövsif edilir. Ona görə ki, avtoxuliqanlıq əməli törədən şəxslər barəsində inzibati cərimə və ya inzibati həbs tənbeh növlərinin tətbiqi ilə bərabər əlavə inzibati tənbeh olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiqi imperativ xarakter daşıyır ki, M.Əsgəlinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Belə olan halda Şəxsi hərəkətləri avtoxuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, M.Əsgəlinin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 332.2-ci maddəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Qeyd edildiyi kimi, İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyil. Ona görə də M.Əsgəlinin barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz. Odur ki, məhkəmə hesab edir ki, M.Əsgəlinin barəsində İXM-nin 332.2-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həll edilməsi üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115-ci maddələrini rəhbər tutaraq, Qərara aldım Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həll edilməsi üçün həmin hissədə materiallar Culfa rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №3(089)-17/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-17/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver