Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-19/2023 13.02.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, tərcüməçi X2 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-04 iyul 1963-cü il tarixdə Türkiyə Respublikasının Ankara şəhəri, Mamak rayonunda doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, sürücü işləyən, Türkiyə Respublikasının Ankara şəhəri, Kıbrıs məhəlləsi, ev-13 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 26 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A 119179 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 23 yanvar 2023-cü il tarixdə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına yük apararkən idarə etdiyi 76DR634/76DR635 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində sağ qapının divarının boşluq hissəsindən gömrük nəzarətindən gizlədilmiş aksiz markası ilə markalanmış 90 qutu (1800 ədəd) üzərində ‘Palİ Mall” yazısı olan, o cümlədən soyuducunun aşağı hissəsindəki boşluqdan 100 qutu (2000 ədəd) üzərində “Palİ Mall” yazısı olan, ümumilikdə 190 qutu (3800 ədəd) siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasınının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, 01 fevral 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 izahatında bildirmişdir ki, X6 baş müfəttişi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olmuşdur. Saat 12:40 radələrində X7 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi 76DR634/76DR635 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinə sürücünün hərəkətləri şübhə doğurduğundan gömrük yoxlaması keçirmək barədə qərara gəlmiş, həmin vaxt gömrük ərazisində olan Şahid2 Alman oğlu və Şahid1 hal şahidi kimi dəvət etmiş, hal şahidlərinə Şəxs nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirəcəyini, onların da hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar etiraz etməmişlər. Hal şahidlərinə hüquq və vəzifələrini izah etmişdir. Əvvəlcə hal şahidlərinə Şəxsı təqdim etmiş, nəqliyyat vasitəsinin onun olduğunu bildirmişdir. Şəxs nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuş, o, da nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamış. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində sağ qapının divarının boşluq hissəsindən gömrük nəzarətindən gizlədilmiş aksiz markası ilə markalanmış 90 qutu (1800 ədəd) üzərində ‘Palİ Mall” yazısı olan, o cümlədən soyuducunun aşağı hissəsindəki boşluqdan 100 qutu (2000 ədəd) üzərində “Palİ Mall” yazısı olan ümumilikdə 190 qutu (3800 ədəd) siqaretlər aşkarlanmış, aşkar olunmuş siqaretlər özü, sürücü Şəxs və 2 hal şahidinin iştirakı ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, özü, sürücü Şəxs və 2 hal şahidi ilə birgə imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, hazırda işsizdir. X4 ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 23 yanvar 2023-cü il tarixdə X6 ərazisində olmuşdur. Yaşar adlı gömrük əməkdaşı onu çağırmış və İrandan gələn Şəxs adlı şəxsin nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini və onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmişdir. Daha sonra onunla birlikdə fəhləlik edən Şahid1 adlı şəxsi də hal şahidi qismində çağırmış, nəqliyyat vasitəsinə yoxlama keçiriləcək yerə getmişlər. Yaşar müəllim Şəxsı təqdim etmiş, nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirmişdir. Yoxlamadan əvvəl Yaşar müəllim onlara hüquq və vəzifələrini izah etmiş və nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində sağ qapının divarının boşluq hissəsindən 90 qutu üzərində ‘Palİ Mall” yazısı olan, o cümlədən soyuducunun aşağı hissəsindəki boşluqdan 100 qutu üzərində “Palİ Mall” yazısı olan aksiz markası ilə markalanmış siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə X7 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına yük aparan, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.2022-ci il tarixdə verilmiş U28086274 nömrəli pasportun sahibi, xx.xx.1963-cü il təvəllüdlü Şəxs idarə etdiyi 76DR634/76DR635 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi postun ərazisində keçən zaman nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində sağ qapının divarının boşluq hissəsindən gömrük nəzarətindən gizlədilmiş aksiz markası ilə markalanmış 90 qutu (1800 ədəd) üzərində ‘Palİ Mall” yazısı olan, o cümlədən soyuducunun aşağı hissəsindəki boşluqdan 100 qutu (2000 ədəd) üzərində “Palİ Mall” yazısı olan ümumilikdə 190 qutu (3800 ədəd) siqaretlər aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş 26 yanvar 2023-cü il tarixli, 83 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində İran İslam Respublikasına aid aksiz markası olan, “Pall Mall” markalı siqaretlərin 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 285,00 (iki yüz səksən beş) manat müəyyən edilir. O cümlədən: bir qutu (20 ədəd) “Pall Mall” markalı siqaretin qiyməti- 1,50 manat, 190 qutu - 1,50 manat x 190 qutu = 285,00 (iki yüz səksən beş ) manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 190 qutu (3800 ədəd) üzərində “Palİ Mall” yazısı olan siqaretlər siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan üzərində “Palİ Mall” yazısı olan 190 qutu (3800 ədəd) siqaret (1 qutunun qiyməti 1.50 manat) müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-19/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-19/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver