Məhkəmə qərarları › İş №3(089)-19/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-19/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-19/2024 19.04.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx.xx.1957-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 06 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 28 mart 2024-cü il tarixdə saat 21:00 radələrində “Culfa” gömrük postu vasitəsilə Naxçıvandan Bakıya ölkə daxili daşıma istiqamətində hərəkət edərkən idarə etdiyi 75BX263/75ZA065 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz”markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində video çəkiliş aparılmaqla yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin yanacaq daşınması üçün nəzərdə tutulan qoşqusunun içərisindən 73 ədəd üzərində “Ağsu Premium 1 L”, 10 ədəd üzərində “Uvorovskaya Kolleksiya 1 L”, 63 ədəd üzərində “Bıoqarden Vodka 1 L”, 44 ədəd üzərində “Ecostill 1 L” və 9 ədəd üzərində “Zarniça 1 L” yazıları olan hər biri 1 litr həcmində olmaqla ümumilikdə 199 ədəd Azərbaycan Respublikasına məxsus aksiz markası olan spirtli içkilər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş Şəxs özünü Azərbaycan Respublikası İXM-in 480ci maddəsi ilə təqsirli bilmiş, izahatında bildirmişdir ki, 47-48 ildən çoxdur ki, sürücü işləyir, əsasən Naxçıvan-Bakı istiqamətində daxili yüklərin daşınması ilə məşğul olur. Təxminən mart ayının 24-də Naxçıvan şəhərində topdan satış mağazasından aldığı 199 ədəd müxtəlif adlı 1 litr həcmində spirtli içkiləri idarə etdiyi yük nəqliyyat vasitəsinin yanacaq çəninin içində gizlətmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhərinə getmək üçün Culfa gömrük postuna daxil olmuş, giriş istiqamətində nəqliyyat vasitələrinin müayinə olunduğu yerə gəlmişdir. Gömrük əməkdaşı nəqliyyat vasitəsini yoxlamamışdan qabaq X-ray qurğusuna getməli olduğunu ona demiş, X-rayda şübhəli təsvirlər olduğu üçün gömrük əməkdaşı video çəkiliş aparılmaqla onun idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı idarə etdiyi 75BX263/75ZA065 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı nəqliyyat vasitəsinin yanacaq daşınması üçün nəzərdə tutulan çən tipli qoşqusunun içərisində gizlətdiyi, aksiz markası olan 73 ədəd üzərində “Ağsu Premium 1 L”, 10 ədəd üzərində “Uvorovskaya Kolleksiya 1 L”, 63 ədəd üzərində “Bıogarden Vodka 1 L”, 44 ədəd üzərində “Ecostill 1 L” və 9 ədəd üzərində “Zarniça 1 L” yazıları olan, ümumilikdə 199 ədəd spirtli içkilər aşkar edilmiş və götürülmüşdür. Hərəkətlərindən çox peşmandır, ilk dəfə inzibati xəta törətmişdir. Ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, “Culfa” gömrük postunda müfəttiş vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixində iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olmuş, Naxçıvan-Bakı istiqamətində daxili daşınma üzrə hərəkət edən bir yük nəqliyyat vasitəsi müayinə postuna yaxınlaşmış, nəqliyyat vasitələrinin müayinə olunduğu yerə gəlmişdir. Əvvəlcə həmin yük nəqliyyat vasitəsinin sürücüsü ilə şifahi söhbət aparmış, söhbət zamanı sürücünün hərəkətləri onda şübhə doğurmuş, 75BX263/75ZA065 dövlət qeydiyyat nişanlı, “Mecedes Benz” markalı yük nəqliyyat vasitəsini əsaslı baxış üçün X-ray rentgen qurğusuna göndərmişdir. X-ray rentgen qurğusunda şübhəli təsvirlər göründüyündən nəqliyyat vasitəsini yoxlamaq qərarına gəlmişdir. Əvvəlcə sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan olunmalı hər hansı predmet olub-olmadığını soruşmuş, o, nəqliyyat vasitəsində qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi hər hansı bir predmetin olmadığını bildirmişdir. O, yoxlamada iştirak etməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlamanı video çəkiliş vasitəsi ilə qeydə alması üçün həmin gün növbədə olan gömrük əməkdaşı Şahid2 video çəkiliş aparmaq üçün dəvət etmiş və onun iştirakı ilə video çəkiliş vasitəsilə nəqliyyat vasitəsinə baxış keçirməyə başlamışdır. Yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin yanacaq daşınması üçün nəzərdə tutulan çən tipli qoşqusunun içərisində gizlədilmiş aksiz markası ilə markalanmış 73 ədəd üzərində “Ağsu Premium 1 L”, 10 ədəd üzərində “Uvorovskaya Kolleksiya 1 L”, 63 ədəd üzərində “Bıogarden Vodka 1 L”, 44 ədəd üzərində “Ecostill 1 L” və 9 ədəd üzərində “Zarniça 1 L” yazıları olan hər biri 1 litr həcmində olmaqla ümumilikdə 199 ədəd Azərbaycan Respublikasına məxsus aksiz markası olan spirtli içkilər aşkar edilmiş, aşkar olunmuş spirtli içkilər Şahid2 və sürücünün iştirakı ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, özü, sürücü və Şahid2 protokolu imzalamışlar. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materiallarına əlavə edilmiş 28 mart 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 28 mart 2024-cü il tarixdə Naxçıvan-Bakı istiqamətində daxili daşınma üzrə hərəkət edən Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.2023-cü il tarixdə verilmiş C04041428 nömrəli pasportun sahibi, xx.xx.1957-ci il təvəllüdlü Şəxs idarə etdiyi 75BX263/75ZA065 dövlət qeydiyyat nişanlı, “Mecedes Benz” markalı yük nəqliyyat vasitəsinə ətraflı baxış keçirilməsi üçün X-Ray rentgen qurğusuna yoxlamadan keçməyə göndərilmiş, yoxlama zamanı şübhəli təsvirlər aşkar edildiyindən, video çəkiliş aparılmaqla yoxlanılmış, yoxlama zamanı gömrük nəzarətindən gizlədilmiş, yanacaq daşınması üçün nəzərdə tutulan çən tipli qoşqusunun içərisindən 73 ədəd üzərində “Ağsu Premium 1 L”, 10 ədəd üzərində “Uvorovskaya Kolleksiya 1 L ”, 63 ədəd üzərində “Bıogarden Vodka 1 L” , 44 ədəd üzərində “Ecostill 1 L” və 9 ədəd üzərində “Zarniça 1 L” yazıları olan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmış ümumilikdə 199 ədəd 1 l spirtli içki aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 1,5 litr alkoqollu içki, (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş 05 aprel 2024-cü il tarixli, 346 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunələr əsasında qərarın təsvir hissəsində qeyd olunan üzərində markalanma yazıları olan, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmış araq içkilərinin hadisə baş verən tarixə, yəni 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1492,50 (bir min dörd yüz doxsan iki manat əlli qəpik) manat, o cümlədən: 44 ədəd 1 litr tutumlu, üzərində Azərbaycan Respulikasının aksiz markası, «Ecostill» markalanma yazısı olan, "xxxx" MMC tərəfindən istehsal olunan 38 faizli araq içkisi - 330,00 manat (44 ədəd x 7,50 manat); 73 ədəd 1 litr tutumlu, üzərində Azərbaycan Respulikasının aksiz markası, «Ağsu Premium» markalanma yazısı olan, "xxxx" MMC tərəfindən istehsal olunan 38 faizli araq içkisi - 547,50 manat (73 ədəd x 7,50 manat); 63 ədəd 1 litr tutumlu, üzərində Azərbaycan Respulikasının aksiz markası, «BİOGARDEN» markalanma yazısı olan, "xxxx" MMC tərəfindən istehsal olunan 38 faizli araq içkisi - 472,50 manat (63 x 7,50 manat); 09 ədəd 1 litr tutumlu, üzərində Azərbaycan Respulikasının aksiz markası, «Зернича» markalanma yazısı olan, Gold Alko» MMC tərəfindən istehsal olunan 38 faizli araq içkisi - 67,50 manat (09 ədəd x 7,50 manat); 10 ədəd 1 litr tutumlu, üzərində Azərbaycan Respulikasının aksiz markası, «Уворовская коллекция» markalanma yazısı olan, "xxxx" MMC tərəfindən istehsal olunan 40 faizli araq içkisi - 75,00 manat (10 ədəd x 7,50 manat) manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 05 aprel 2024-cü il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran, icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin-3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci maddəsinə görə dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlət mülkiyyətinə verilməlidir. Məhkəmə iş üzrə maddi sübutların taleyi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Naxçıvan Baş Gömrük İdarəsində saxlanılan maddi sübut, 73 ədəd üzərində “Ağsu Premium 1 L”, 10 ədəd üzərində “Uvorovskaya Kolleksiya 1 L”, 63 ədəd üzərində “Bıogarden Vodka 1 L”, 44 ədəd üzərində “Ecostill 1 L” və 9 ədəd üzərində “Zarniça 1 L” yazıları olan hər biri 1 litr həcmində olmaqla ümumilikdə 199 ədəd Azərbaycan Respublikasına məxsus aksiz markası olan spirtli içkilər Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs 1492.50 manat məbləğində malın dəyərinin 40 faizi məbləğində, yəni 597 (beş yüz doxsan yeddi) manat cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsində saxlanılan 73 ədəd üzərində “Ağsu Premium 1 L”, 10 ədəd üzərində “Uvorovskaya Kolleksiya 1 L”, 63 ədəd üzərində “Bıogarden Vodka 1 L”, 44 ədəd üzərində “Ecostill 1 L” və 9 ədəd üzərində “Zarniça 1 L” yazıları olan hər biri 1 litr həcmində olmaqla ümumilikdə 199 ədəd Azərbaycan Respublikasına məxsus aksiz marka ilə markalanmış spirtli içkilər qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar