Məhkəmə qərarları › İş №3(089)-2/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-2/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-2/2023 09.01.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs:-xx xxxx 1971-ci il tarixdə Culfa rayonunun Dizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Culfa rayonunun Dizə kəndində qeydiyyatda olan-barəsində Suraxanı Rayon Polis İdarəsindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: İnzibati xəta törətmiş şəxs Şəxs 15 dekabr 2021-ci il tarixdə, saat 09:00-da Opel Corsa minik markalı, ** EO *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmiş, barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, 11 fevral 2022-ci il tarixli, TP4849356 nömrəli inzibati tənbeh vermə haqqında qərarla 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. O, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətmiş, tərtib olunmuş inzibati xəta haqqında İXP ******* nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İnzibati xəta haqqında haqqında protokolun məhkəməyə göndərilməsi haqqında məktubda Şəxs oğlunun İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 64 manat cərimə və dəbbə pulunu ödədiyi qeyd edilmişdir. Məhkəmə inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolla təsdiqini tapmışdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində düzgün olaraq Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakitə edərək belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə təqsirli bilinməli, inzibati cərimə və dəbbə pulu ödədiyindən inzibati məsuliyyətdən azad olunlamlıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsinin qeydinə görə həmin məcəllənin 529.3-ci maddəsində nəzərdə tututlmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 115-ci maddələrini rəhbər tutararaq məhkəmə qəraraaldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar