Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-20/2023 01.02.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxx 1984-cü il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, İİİ qrup əlil, orta təhsilli, müvəqqəti işsiz, Culfa rayonunun Yaycı kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs barəsində Culfa rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən 01 fevral 2023-cü il tarixdə tərtib edilmiş 009519 nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər 01 fevral 2023-cü il tarixdə baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. 01 fevral 2023-cü il tarixdə tərtib edilmiş 009519 nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs 01 fevral 2023-cü il tarixdə saat 10:00-da Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən avtovus ilə İİR-dan keçməklə Azərbaycan Respublikasına gələrkən gömrük əməkdaşlarının qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmış, səs-küy salaraq işin ahəngini pozmağa çalışmış, əməkdaşlara qarşı fiziki təzyiq göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilməmiş, izahatında bildirmişdir ki, üç azyaşlı uşağ var, İİİ qrup əlildir. İşləmir, hərdən Naxçıvandan Bakıya aparılmasına icarə olan yük aparır, satır, ailəsinin ehtiyaclarını qarşılmaq üçün pul qazanır. 30 yanvar 2023-cü il tarixdə Culfa GKMdən keçməklə Bakı şəhərinə getmiş, 01 fevral 2023-cü il tarixdə Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən avtobusla İİR-dan keçməklə Naxçıvan Muxtar Respublikasına gəlmiş, üzərində iki qutu (40 ədəd) siqaret, mobil telefon olmuşdur. Gömrük əməkdaşı iki qutu siqareti adına vuracağını bildirmiş, siqareti istifadə etmək üçün aldığını, iki qutu siqareti adına vurmamasını bildirmiş, gömrük əməkdaşı ona məhəl qoymamış, ona qarşı köbud davranmış, gömrük əməkdaşına “nə üstümə cumursunuz” demiş, siqareti adına vurmuş və ona qaytarmışdır. Gömrük əməkdaşlarının qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamış, səs-küy salaraq işin ahəngini pozmamış, sadəcə gömrük əməkdaşına fikrini uca səslə demiş, əməkdaşlara qarşı fiziki təzyiq göstərməmiş, nalayiq ifadələr işlətməmiş, ictimai qaydanı pozmaq məqsədi olmamış, ictimai qaydanı pozmamışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid3 izahatında bildirmişdir ki, X3 baş inspektor vəzifəsində işləyir. 01 fevral 2023-cü il tarixdə xidmətdə olmuşdur. Culfa rayonunun Yaycı kənd sakini Şəxs 01 fevral 2023-cü il tarixdə saat 10 radələrində Bakı- Naxçıvan marşrutu ilə hərəkət edən avtobusla İİR-dan keçməklə Azərbycan Respublikasına gələrkən gömrük nəzarətindən keçmiş, gömrük nəzarəti zamanı ona məxsus olan əl yükləri yoxlanılmış, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxslər tərəfindən istehsal və ya kammersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhəddindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının 2.1-ci bəndinin tələbləri izah edilmiş, qaydaların tələblərinə riayət olmaması səbəbindən akt tərtib edilərək malları saxlanca götürülmüş, Şəxs gömrük əməkdaşının qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmış, səs-küy salaraq işin ahəngini pozmağa çalışmış, bununla da gömrük nəzarət zonasında iş ahənginin müəyyən müddət ləngiməsinə səbəb olmuşdur. Şahid3 verilmiş suala cavab olaraq bildirmişdir ki, Şəxs əl yükü olan iki qutu siqaretin bəyan olunmasına mane olmuş, gömrük əməkdaşına “niyə üzərimə cumursunuz” demiş, gömrük əməkdaşına qarşı fiziki təzyiq göstərməmiş, ünvansız nalayiq ifadələr işlətməmişdir Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 İbrahim oğlu izahatında bildirmişdir ki, X3 inspektor vəzifəsində işləyir. 01 fevral 2023-cü il tarixdə xidmətdə olmuşdur. Culfa rayonunun Yaycı kənd sakini Şəxs 01 fevral 2023-cü il tarixdə saat 10 radələrində Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən avtobusla İİR-dan keçməklə Azərbycan Respublikasına gələrkən gömrük nəzarətindən keçmiş, gömrük nəzarəti zamanı ona məxsus olan əl yükləri yoxlanılmış, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxslər tərəfindən istehsal və ya kammersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən kçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının 2.1-ci bəndinə riayət olunmaması səbəbindən qanunsuz keçirmək istədiyi iki qutu siqaret və başqa əşyalar özünə qaytarılmış, bitkiçilik dərmanları və marqansofkanı qanunsuz keçirməsi ona bildirilmiuş, Şəxs gömrük əməkdaşlarına qarşı kobud davranmış, “nə cumursunuz üstümə” demişdir. Şahid1 İbrahim oğlu verilmiş suala cavab olaraq bildirmişdir ki, Şəxs əl yüklərinin saxlanca götürülməsinə mane olmuş, gömrük əməkdaşlarına “niyə üzərimə cumursunuz” demiş, gömrük əməkdaşına qarşı fiziki təzyiq göstərməmiş, ünvansız nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 şahidlər Şahid3 və Şahid1 İbrahim oğlu ilə eyni məzmunlu izahat vermişir. İş materiallarına əlavə edilmiş- 01 fevral 2023-cü tarixli aktda qeyd edilmişdir ki, Culfa rayonunun Yaycı kənd sakini Şəxs 01 fevral 2023-cü il tarixdə saat 10:00-da Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən avtobusla İİR-dan Azərbycan Respublikasına gələrkən gömrük nəzarəti zamanı Culfa gömrük postunun sərnişin giriş zalında ona məxsus olan əl yükləri yoxlanılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kammersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən kçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə riayət olmadığı səbəbindən akt tərtib edilərək mallar saxlanca götürülmüşdür. Bu zaman Şəxs gömrük əməkdaşlarının qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmış, səs-küy salaraq işin ahəngini pozmağa çalışmış və əməkdaşlara qarşı fiziki təzyiq göstərmişdir. Bununla da gömrük nəzarət zonasında işin ahənginin müəyyən müddət ləngiməsinə səbəb olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş vermədiyindən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, araşdırma zamanı inzibati xəta törətmiş şəxsin, şahidlərin izahatlarından, 01 fevral 2023-cü il tarixli aktdan müəyyən edilmişdir ki, 01 fevral 2023-cü il tarixdə saat 10:00-da Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən avtobusla İİR-dan Azərbycan Respublikasına gələrkən gömrük nəzarəti zamanı Culfa gömrük postunun sərnişin giriş zalında Şəxs məxsus olan əl yükləri yoxlanılmış, əl yükləri yoxlanılarkən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kammersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə riayət etməməsi izah edilmiş, mallar saxlanca götürülmüş, Şəxs gömrük əməkdaşlarına əl yükündə olan malların saxlanca götürülməsinə etiraz etmiş, narazılığını bildirmiş, gömrük əməkdaşlarına “niyə üstümə cumursunuz” demişdir. Həmçinin şahidlərin izahatlarından, tərtib edilmiş aktda qeyd edilənlərdən müəyyən edilmişdir ki, Şəxs hərəkətləri ilə gömrük nəzarət zonasında işin ahəngini pozmamış, gömrük əməkdaşlarına qarşı fiziki təzyiq göstərməmiş, ictimai qaydanı pozmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən ictimai qaydanın pozulması fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Xuliqanlıq əməli subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkar şəxs ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxslə gömrük əməkdaşları arasında baş verənlər ictimai qayda əleyhinə yönələn hərəkətlər olmamışdır. Odur ki, Şəxs inzibati xəta hadisəsi törətmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatında Həmin Məcəllənin 53.1.-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.2, 115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İnzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-20/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-20/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver