Məhkəmə qərarları › İş №3(089)-20/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-20/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-20/2024 16.04.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə- Şəxs:-xx xxxx 1996-cı il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, beş uşaq atası, müvəqqəti işsiz, Culfa rayonunun Bənəniyar kəndində qeydiyyatda olan- barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 16 aprel 2024-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Culfa Rayon Məhkəməsinin 2(089)-18/2023 nömrəli, 11 may 2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədi 09 fevral 2024-cü il tarixdə icraata qəbul edilmişdir. İcra sənədində 04 fevral 2019-cu il tarixdə doğulmuş X3 X2 yanında qalması, qətnamə qanuni qüvvəyə mindikdən sonra X3 Şəxs alınıb X4 verilməsi, 04 fevral 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Şəxs alınıb X4 verilməsi, Culfa Rayon Məhkəməsinin 2(089)-18/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərardadı ilə müvəqqəti olaraq müəyyən edilmiş, ödənilmiş və ödənilməmiş aliment məbləği nəzərə alınmaqla, alimentin tutulmasının 04 fevral 2019-cu il tarixdə doğulmuş X3 Şəxs alınıb X4 verildiyi vaxtdan hesablanması, Şəxs 50 manat məbləğində pulun alınıb dövlət büdcəsinə keçirilməsi qeyd edilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 09 fevral 2024-cü il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs tələbi təmin etməmiş, 04 fevral 2019-cu il tarixdə doğulmuş X5 X4 verməkdən imtina etmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbin təmin olunması və bölməyə gəlməsi barədə xəbərdarlıq olunmuş, lakin borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Həmçinin borclu Şəxs icra yerinə məcburi gətirilməsi barədə Culfa rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 8(089)- 06/2024 nömrəli qərarı qəbul edilmiş, Şəxs icra yerinə məcburi gətirilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Culfa Rayon Məhkəməsinin 2(089)-18/2023 nömrəli, 11 may 2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədində 04 fevral 2019-cu il tarixdə doğulmuş X3 X2 yanında qalması, qətnamə qanuni qüvvəyə mindikdən sonra X3 ondan alınıb X4 verilməsi, 04 fevral 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin ondan alınıb X4 verilməsi, həmçinin ondan 50 manat məbləğində pulun alınıb dövlət büdcəsinə keçirilməsi qeyd edilmişdir. İcra sənədinin icrasından yayınmır. F.Quliyeva ilə birgə nikahlarından 04 fevral 2019-cu il tarixdə doğulmuş Yusifli İlham sadəcə anasının yanına getmək, onunla yaşamaq istəmir. Uşağı məcburi qaydada anasına vermək, icra sənədini icra etməmək fikri yoxdur. İcra sənədinin icrasına mane olmur. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib edən X6 bildirmişdir ki, Culfa Rayon Məhkəməsinin 2(089)-18/2023 nömrəli, 11 may 2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədi 09 fevral 2024-cü il tarixdə icraata qəbul edilmişdir. İcra sənədində 04 fevral 2019-cu il tarixdə doğulmuş X3 X2 yanında qalması, qətnamə qanuni qüvvəyə mindikdən sonra X3 Şəxs alınıb X4 verilməsi, 04 fevral 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Şəxs alınıb X4 verilməsi, Culfa Rayon Məhkəməsinin 2(089)-18/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərardadı ilə müvəqqəti olaraq müəyyən edilmiş, ödənilmiş və ödənilməmiş aliment məbləği nəzərə alınmaqla, alimentin tutulmasının 04 fevral 2019-cu il tarixdə doğulmuş X3 Şəxs alınıb X4 verildiyi vaxtdan hesablanması, Şəxs 50 manat məbləğində pulun alınıb dövlət büdcəsinə keçirilməsi qeyd edilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 09 fevral 2024-cü il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs tələbi təmin etməmiş, 04 fevral 2019-cu il tarixdə doğulmuş X5 X4 verməkdən imtina etmiş, tələbi üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etməmiş, icra hərəkətlərinin həyata keçirilməsinə mane olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatını dinləyib, inzibati işin materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada cərimə edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən Şəxs barəsində həbs deyil, inzibatı cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar