Məhkəmə qərarları › İş №3(089)-20/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-20/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-20/2025 10.04.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi X4 iştirakı ilə, Şəxs:- xx xxxxxx 1986-cı il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaq atası, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Culfa rayonunun Bənəniyar kəndində yaşayanbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs barəsində 10 aprel 2025-ci il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuş, protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2990/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-46/15 nömrəli, 27 fevral 2015-ci il tarixli icra sənədləri icra edilməsi üçün 24 yanvar 2024-cü il tarixində aidiyyəti üzrə Culfa Rayon İcra və Probasiya Bölməsinə göndərilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2990/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli icra sənədində Şəxs 25 iyul 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin tutularaq X3 ödənilməsi, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-46/15 nömrəli, 27 fevral 2015-ci il tarixli icra sənədində cavabdeh Şəxs 3701.66 manat məbləğində pul vəsaitinin tutularaq “X12” ASCyə ödənilməsi göstərilmişdir. İcra sənədləri icraata qəbul edilmiş, tələbin könüllü icrası barədə bildirişlər 24 yanvar 2024-cü il tarixdə borclu Şəxs göndərilmişdir. Həmin bildirişlərdə borclu Şəxs tələblərin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs 5601.66 manat məbləğində borcu ödəməmiş, borcun ödənilməsindən yayınmışdır. Borclu Şəxs tələbin təmin olunması və bölməyə gəlməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş, lakin borclu Şəxs tələbi təmin etməmiş, bölməyə gəlməkdən yayınmış, 10 aprel 2025-ci il tarixdə Culfa rayon İcra və Probasiya Bölməsinə məcburi gətirilmişdir. Borclu Şəxs 10 aprel 2025-ci il tarixdə xəbərdarlıq edilmiş, izahatı alınmış, lakin o, üzrsüz səbədən icra sənədlərindəki tələbləri icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2990/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən ondan 25 iyul 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində aliment tutularaq X3 ödənilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-46/15 nömrəli, 27 fevral 2015-ci il tarixli icra sənədində ondan 3701.66 manat məbləğində pul vəsaiti tutularaq “X12” ASC-yə ödənilməlidir. İcra sənədlərinin icraata qəbul edilməsinə dair qərarlar və tələblərin könüllü icrası barədə bildirişlər müvafiq qaydada ona təqdim edilmişdir. Həmin qərar və bildirişlərdə ondan tələblərin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. İcra sənədləri üzrə tələbləri təmin etməmişdir. 10 aprel 2025-ci il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə məcburi gətirilmişdir. X1 01 may 2025-ci il tarixə 1900 manat aliment borcu və “X13” ASC-yə 3701.66 manat kredit borcu vardır. Ondan dəfələrlə tələblərin təmin olunması xahiş olunmuş, lakin tələbləri təmin etməmişdir. Maddi imkanı olmadığından və işsiz olduğu üçün borcunu ödəyə bilməmişdir. Hazırda borcu ödəməyə maddi imkanı yoxdur, icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borcunu ödəyə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında həmçinin işləmədiyini, mülkiyyətində olan nəqliyyat vasitəsini satıb borcunu ödəyəcəyini, icra sənədlərini icra etməməsinə görə peşiman olduğunu bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi X6 izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2990/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-46/15 nömrəli, 27 fevral 2015-ci il tarixli icra sənədləri icra edilməsi üçün 24 yanvar 2024-cü il tarixində aidiyyəti üzrə Culfa Rayon İcra və Probasiya Bölməsinə göndərilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2990/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli icra sənədində Şəxs 25 iyul 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin tutularaq X3 ödənilməsi, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-46/15 nömrəli, 27 fevral 2015-ci il tarixli icra sənədində cavabdeh Şəxs 3701.66 manat məbləğində pul vəsaitinin tutularaq “X12” ASCyə ödənilməsi göstərilmişdir. İcra sənədləri icraata qəbul edilmiş, tələbin könüllü icrası barədə bildirişlər 24 yanvar 2024-cü il tarixdə borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişlərdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs X1 01 may 2025-ci il tarixə 1900 manat aliment borcu, “X13” ASC-yə 3701.66 manat kredit borcu vardır. Şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, bölməyə gəlmədiyindən 10 aprel 2025-ci il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə məcburi gətirilmişdir. Şəxs barəsində qanuna uyğun olaraq tədbir görülməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi X4 izahatını dinləyib, inzibati materialı araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən Şəxs borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 8 gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 10 aprel 2025-ci il, saat 15:45 dəqiqədən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar