Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-21/2022 23.08.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx.xx.1997-ci il tarixdə Şərur rayonunun Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Şərur rayonunun Çomaxtur kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 08 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A 119053 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 22 iyul 2022-ci il tarixdə saat 18:57 radələrində X8 vasitəsilə ölkəyə giriş istiqamətində Naxçıvan Muxtar Respublikası ərazisinə gələrkən, əl sumkalarına baxış keçirilmiş, əl sumkasında 3 blok (600 ədəd) “Kent markalı’ və 2 blok (400 ədəd) Marlbro” markalı siqaretləri aşkarladı. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2022- ci ıl tarixdə Bakı-Naxçıvan avtobusu ilə gələrkən İran islam Respublikasının Culfa şəhərindən 3 blok(600 ədəd) “Kent markalı’ və 2 blok(400 ədəd) “Marlboro" markalı siqaret almış, həmin siqaretləri açıb əl yüklərinin içərisinə dağıtmış kı, Culfa gömrüyündən keçən zaman siqaretləri aşkar edə bilməsinlər. Əlavə olaraq əvvəlcədən burdan apardığı İran gömrüyünün anbarında saxlanılan 5 blok(1000 ədəd) Want” markalı yerli siqaretlərini də həmin gün ölkəyə qaytarırdı. Elə həmin tarixdə X8 vasitəsi ilə ölkəyə gələrkən əl yükündə olan 5 blok(1000 ədəd) “Want” markalı siqaretlər olduğunu gömrük əməkdaşına bildirmiş, qalan 3 blok (600 ədəd) “Kent markalı” və 2 blok(400 ədəd) “Marlboro” markalı siqaretlər haqda heç nə deməmişdir. Gömrük nəzarəti zamanı monitorda oturan gömrük əməkdaşı əl çantanda şübhəli təsvirlər gördüyünü bildirdi və əl yüklərinə baxış zamanı əl yüklərində olan əşyaların arasında gizlətdiyı 3 blok (600 ədəd) “Kent markalı’ və 2 blok(400 ədəd) “Marlboro” markalı siqaretləri aşkarladı, şahidlərin iştirakı ilə siqaretlər götürülmüş, sayılmış və qablaşdırılmışdır. X3 izahatında onu da bildirmişdir ki, hərəkətindən çox peşimandır, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 Məmmədəli oğlu izahatında bildirmişdir ki, Culfa Gömrük idarəsinin X5 inspektor vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən saat 18:00 radələrində X8 vasitəsilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı, xx.xx.2022ci il tarixdə verilmiş C03132500 nömrəli pasportun sahibi, xx.xx.1997-ci il təvəllüdlü, Şərur rayon Çomaxtur kənd sakini Şəxs əl yükləri Hİ-Scan rentgen qurğusundan keçən zaman şübhəli təsvirlər olduğu üçün həmkarı X6 inspektoru gömrük xidməti baş leytenantı Şahid3 Məmmədəli oğlu və hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması keçirməyi qərara almış, buna görə də həmin vaxt gömrük əməkdaşı Vüqarı və gömrük ərazisində yük boşaltmağa gəlmiş, Elmar və Şahid1 adlı fəhlələri çağırmış, fəhlələrə Şəxs əl yüklərinə gömrük yoxlaması keçirəcəyini, onların da hal şahidi qismində iştirak etmələrini xahiş edib, onlara hüquq və vəzifələrini izah etmişdir. Onlar da etiraz etmədilər. Əvvəlcə hal şahidlərinə Şəxs yüklərinin onun olduğunu bildirmişdir. Daha sonra Şəxs oğlunu təqdim edərək əl yüklərinin onun olduğunu bildirmişdir.Şəxs əl yüklərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmamasını soruşmuş, o da heçnə olmadığını demiş və o da əl yüklərinə yoxlama keçirməyə başlamışdır. Yoxlama zamanı əl yüklərinin içərisində oları əşyaların arşına gizlətmiş olduğu aksiz markası ilə markalanmayan 30 qutu (600 ədəd) qara rəngli “Kent" markalı və 20 qutu(400 ədəd) göy rəngli “Marlboro” markalı siqaretlər aşkarlamışdır. Aşkar olunmuş siqaretlər onun, gömrük əməkdaşı Şahid3, Şəxs və 2 hal şahidinin iştirakları ilə götürülərək qablaşdırılmışdır. Daha sonra yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, gömrük əməkdaşı Şahid3, Şəxs və hal şahidləri ilə birgə imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, hazırda işsizdir. 22 iyul 2022-ci il tarixdə Culfa Gömrük İdarəsində yük boşaltmağa işçi lazım olduğundan oraya getmiş, yük boşaltdı zaman Vüqar adlı gömrük əməkdaşı onu çağırmış və İrandan gələn bir vətəndaşın əl yüklərinə yoxlama keçirəcəyini, onunda orada hal şahidi qismində iştirak etməyini xahiş etmiş, o da etiraz etməmişdir. Onunla birlikdə fəhləlik edən Elmar adlı şəxsi də oraya hal şahidi qismində çağrılmış, Vüqar müəllimlə əl yüklərinə yoxlama keçirəcəyi yerə getdik və orada əlavə olaraq bir nəfərdə gömrük əməkdaşı olduğunu, Vüqar müəllim Azərbaycan Respublikası vətəndaşı Şəxs adlı şəxsi təqdim edərək bildirmiş ki, əl yükləri bu şəxsə məxsusdur və yoxlama zamanı iştirak edəcək. Yoxlama başlamazdan əvvəl Vüqar müəllim onlara hüquq və vəzifələri barədə məlumat vermiş, əl yüklərini yoxlamağa başlamışdır. Yoxlama zamanı əl yüklərinin içərisində olan əşyaların arasından 30 qutu(600 ədəd) qara rəngli “Kent” markalı və 20 qutu(400 ədəd) göy rəngli “Marlboro” markalı siqaretlər aşkarladı. Aşkar olunmuş siqaretlər barədə müvafiq sənədlər tərtib edilmiş, onlar da imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. X3 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 22 iyul 2022-cı il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:57-də X8 vasitəsilə İİR-dan Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.2022-ci il tarixdə verilmiş C03132500 nömrəli pasportun sahibi, xx.xx.1997-ci il təvəllüdlü, Şərur rayon Çomaxtur kənd sakini Şəxs əl yükləri Hİ-Scan rentgen quğusundan keçən zaman 30 qutu(600 ədəd) qara rəngli “Kent” markalı və 20 qutu(400 ədəd) göy rəngli “Marlboro” markalı siqaretlər aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş 01 avqust 2022-ci il tarixli, 193 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, üzərində heç bir aksiz markası olmayan istifadəyə yararlı vəziyyətdə bir qutu (20 ədəd) qara rəngli “Kent” markalı nazik siqaretin topdansatış qiyməti 2,25 manat, 30 qutu - 2,25x30 = 67 (altmış yeddi) manat, 50 qəpik; bir qutu (20 ədəd) göy rəngli “Marlboro Gold” markalı nazik siqaretin topdansatış qiyməti - 4,70 manat, 20 qutu - 4,70x20 = 94 (doxsan dörd) manat müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, 30 qutu(600 ədəd) qara rəngli “Kent” markalı və 20 qutu(400 ədəd) göy rəngli “Marlboro” markalı siqaretlər müsadirə edilməlidir. Məhkəmə X2 inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onu şəxsiyyətini, təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Şəxs hərəkətindən peşman olmasını nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Culfa Gömrük İdarəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 30 qutu(600 ədəd) qara rəngli “Kent” markalı və 20 qutu(400 ədəd) göy rəngli “Marlboro” siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(089)-21/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-21/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver