Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-21/2024 15.05.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə- Şəxs:-xx xxxx 1992-ci il tarixdə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki uşaq atası, müvəqqəti işsiz, ünvan 1 ünvanında qeydiyyatda olanbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 15 may 2024-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Tovuz rayon Məhkəməsinin 2(062)-1760/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli icra sənədi icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmişdir. İcra sənədində Şəxs 21 iyun 2022-ci il tarixdən hesablanmaqla 19 iyul 2016-cı il tarixdə doğulmuş X5 və 14 may 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və bütöv gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq X3 verilməsi göstərilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 08 sentyabr 2022-ci il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs alimentin ödənilməsindən yayınmış, 20 aylıq aliment borcu var. Həmçinin Tovuz rayon Məhkəməsinin 2(062)-1760/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli icra sənədi icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmişdir. İcra sənədində 21 iyun 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 14 may 2021-ci il tarixdə doğulmuş Hüseyn adlı uşağın üç yaşına çatanadək saxlanılması üçün Şəxs ana üçün hər ay 50 manatın alınaraq X3 verilməsi göstərilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 17 oktyabr 2022-ci il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs X3 hər ay 50 manat məbləğində ödəməli olduğu pulun ödənilməsindən yayınmış, 1100 manat borcu var Həmçinin Culfa rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2(089)-186/2024 nömrəli icra sənədi icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmişdir. İcra sənədində Şəxs cəmi 2882.88 manat məbləğində pulun alınaraq Kapital Bank ASC-nin hesabına ödənilməsi göstərilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 28 avqust 2023-cü il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs cəmi 2882.88 manat məbləğində pulun Kapital Bank ASC-nin hesabına ödənilməsindən yayınmışdır. Həmçinin Culfa rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(089)-53/2023 nömrəli icra sənədi icra edilməsi üçün Tovuz rayon İcra və Probasiya şöbəsindən aidiyyəti üzrə Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmişdir. İcra sənədində Şəxs cəmi 16755 manat məbləğində pulun alınaraq AccessBank ASC-nin hesabına ödənilməsi göstərilmişdir. İcra sənədi icraata qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs göndərilmişdir. Bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs cəmi 16755 manat məbləğində pulun AccessBank ASC-nin hesabına ödənilməsindən yayınmışdır. Borclu Şəxs icra sənədləri üzrə tələblərin təmin olunması və bölməyə gəlməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş, lakin borclu Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Həmçinin borclu Şəxs 01 mart 2023-cü il tarixdə axtarışı haqqında qərar qəbul edilmiş, o, axtarış nəticəsində saxlanılmış və Culfa Rayon İcra və Probasiya bölməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Tovuz rayon Məhkəməsinin 2(062)- 1760/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli icra sənədində 21 iyun 2022-ci il tarixdən hesablanmaqla 19 iyul 2016-cı il tarixdə doğulmuş X5 və 14 may 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay qazancının və bütöv gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq X3 verilməsi, Tovuz rayon Məhkəməsinin 2(062)-1760/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli icra sənədində 21 iyun 2022-ci il tarixdən başlayaraq 14 may 2021-ci il tarixdə doğulmuş Hüseyn adlı uşağının üç yaşına çatanadək saxlanılması üçün ondan hər ay 50 manatın alınaraq X3 verilməsi, Culfa rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2(089)-186/2024 nömrəli icra sənədində ondan cəmi 2882.88 manat məbləğində pulun alınaraq Kapital Bank ASCnin hesabına ödənilməsi, Culfa rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(089)- 53/2023 nömrəli icra sənədində ondan cəmi 16755 manat məbləğində pulun alınaraq AccessBank ASC-nin hesabına ödənilməsi göstərilmişdir. İcra sənədlərini tam icra etməmişdir. X3 20 aylıq aliment borcu, 1100 manat əlavə borcu, Kapital Bank ASC-yə 2882.88 manat məbləğində, AccessBank ASC-yə 16755 manat məbləğində kredit borcu vardır. Borcların ödənilməsi barədə icra məmuru tərəfindən ona dəfələrlə xəbərdarlıq edilmiş, lakin borclarını tam ödəməmişdir. Borclarını ödəməyə maddi imkanı yoxdur. İcra məmurunun qanuni tələblərini yerinə yetirə bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında həmçinin onu da bildirmişdir ki, icra sənədləri üzrə borclarını vaxtında ödəmədiyindən axtarışı barədə qərar qəbul edilmişdir, 15 may 2024-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinə təqdim edilmişdir. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X4 izahatında Şəxs Tovuz rayon Məhkəməsinin 2(062)-1760/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli icra sənədi üzrə 20 aylıq aliment borcunun, 1100 manat əlavə borcunun, Culfa rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2(089)-186/2024 nömrəli icra sənədi üzrə cəmi 2882.88 manat məbləğində, Culfa rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(089)-53/2023 nömrəli icra sənədi üzrə cəmi 16755 manat məbləğində kredit borcunun olduğunu, Şəxs üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra sənədlərindəki tələbləri icra etmədiyini bildirmiş, Şəxs barəsində qanuna uyğun olaraq tədbir görülməsini xahş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən Şəxs aliment borcunun, kredit borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 10 gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 15 may 2024-cü il, saat 17:20-dən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-21/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-21/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver