Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 3(089)-22/2022 23.08.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi əvəzi X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində 10 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon DYPŞ tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Suraxanı Rayon Polis İdarəsi tərəfindən Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi inzibati xəta haqqında protokolun surəti verilir. Azərbaycan Respublikası İXM-in 127-ci maddəsinə əsasən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli Suraxanı rayon DYPŞ tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumatlandırılması ilə bağlı xx.xx.2022-ci il tarixli məktubda tərtib olunmuş inzibati protokolla bağlı Şəxs rəsmi qaydada məlumat verildiyi qeyd edilsə də ancaq məlumatlandırma ilə bağlı heç bir sübut əlavə edilməmışdir. Azərbaycan Respublikası İXM-in 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə səlahiyyətli orqana göndərilir. Təqdim olunmuş sənədlərdən görünür ki, şəxs Şəxs barəsində 10 iyun 2022-ci il tarixdə Suraxanı Rayon DYPŞ tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş ancaq həmin protokol baxılması üçün 04. 08.2022-ci il tarixdə tərtib olunaraq Culfa Rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi barəsində inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməklə məlumatlandırılır. Şəxs barəsində 10 iyun 2022-ci il tarixdə Bakı şəhər Suraxanı Rayon DYPŞ idarəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İXM-in 125.2-ci maddəsinə tələbinə görə inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məlumat verilmədiyindən və inzibati xəta haqqında protokol tərtib edildikdən üzün müddət sonra məhkəməyə göndərildiyindən inzibati xəta haqqında iş üzrə protokola mahiyyəti üzrə baxılması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola məlumatlandırma ilə bağlı heç bir sübut əlavə edilmədiyindən və inzibati xəta haqqında protokol tərtib edildikdən üzün müddət sonra məhkəməyə göndərildiyindən, toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol Suraxanı Rayon Polisi İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında iş üzrə protokol ilə bağlı məlumatlandırılmadığı, inzibati xəta haqqında protokol tərtib edildikdən sonra üzün müddət sonra məhkəməyə göndərildiyindən, materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə, Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 10 iyun 2022-ci il tarixdə Suraxanı Rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər Suraxanı Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(089)-22/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №3(089)-22/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver