Məhkəmə qərarları › İş №3(089)-22/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-22/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-22/2024 30.05.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X6 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə- Şəxs-xx xxxx 1983-cü il tarixdə Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq anası, müvəqqəti işsiz, Ordubad rayonunun Yuxarı Əylis kəndində yaşayan- barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə Culfa Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 15 may 2024-cü il tarixdə Culfa rayon prokurorunun köməkçisi Heydər İbrahimov tərəfindən Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunmuş, və inzibati xəta haqqında material baxılması üçün Culfa rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs 09 mart 2024-cü il tarixdə Culfa şəhərində satılması qadağan olunmuş 23769 ədəd pirotexniki vasitələri X7 və X1. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Culfa rayon prokurorunun köməkçisi Heydər İbrahimova inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Heydər İbrahimovun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs izahatında bildirmişdir ki, xx.xx.2010-cu il tarixdə Ordubad şəhər sakini X11 ilə ailə qurmuş, Ordubad şəhərində yaşamışlar. 2013-cü ildə Zaur onu tərk etmiş, Bakı şəhərinə, oradan Xarici ölkəyə işləməyə getmiş, özü isə Ordubad rayonunun Yuxarı Əylis kəndində anası X3 yanında yaşamağa başlamışdır. Təxminən 7 il əri Zaurla əlaqəsi olmamışdır. 2020-ci ildə Zaur onunla əlaqə saxlamış, sonra Ordabad rayonuna qayıtmışdır. Zaur geri qayıtsa da özü anası Fatmanın yanında yaşamağa davam etmişdir. Zaur təqribən bir ay Ordubad rayonunda qalmış və yenidən Bakı şəhərinə qayıtmışdır. 2023-cü ilin mart ayında Zaur yenidən Ordubad rayonuna qayıtmış, iyun ayında işləmək üçün Türkiyə Respublikasına getmişdir. 2024-cü ilin yanvar ayında Zaur ona zəng vurmuş, bayramlarda əyləncə məqsədilə partlatmaq üçün pirotexniki maddələr göndərəcəyəni, həmin maddələri satmasını demişdir. Zaura həmin maddələri satmağın təhlükəli olduğunu bildirmiş, Zaur isə “etibarlı adama versən, heç kimin xəbəri olmayacaq” demişdir. Mart ayının ilk günlərində Zaur ona zəng vurmuş, pirotexniki maddələrin 3-4 gün içərisində ona gətirib təhvil veriləcəyini demişdir. Zaurla danışdıqdan sonra əvvəlcədən münasibəti olan Culfa şəhər sakini, hərbiçi X4 zəng vurmuş, ona pirotexniki maddələr gələcəyini bildirmiş, alıb-almayacağını soruşmuş, Bahar isə bir neçə blok ala biləcəyini bildirmişdir. Sonra digər tanışı olan hərbiçi X12 ilə telefon vasitəsilə əlaqə saxlamış, ona da pirotexniki maddələr gələcəyini bildirmiş, Çinarə özü üçün ala biləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Zaur ona zəng vurmuş, pirotexniki maddələrin gətirildiyini, qapıya çıxmasını bildirmiş, yaşadığı Ordubad rayonunun Yuxarı Əylis kəndində yerləşən anasının evindən çölə çıxmış, sarı rəngdə üzərində taksi yazılan avtomobil evə yaxınlaşmış, həmin avtomobilin sürücüsü ona hər birində 20 blok olmaqla 2 ədəd bağlamada və 1 ədəd çantada içərisində pirotexniki maddələri təhvil vermiş və getmişdir. Həmin bağlamaları gizlətmişdir. xx.xx.2024-cü il tarixdə Bahar və Çinarəyə zəng vurmuş, həmin maddələrin gəldiyini bildirmiş, Bahar və Çinarənin də həmin pirotexniki maddələri onlara göndərməsini bildirmişlər. 5 blok kibritə bənzər pirotexniki maddələri marşuruta minərək Culfa şəhərinə gətirmiş, Baharın Culfa şəhərində yerləşən evinə getmiş, orada həmin maddələri sayaraq Bahara təhvil vermişdir. Bahara bir bloku 55 manata satmış, Bahar həmin maddələrin pulunu maaşda verəcəyini bildirmişdir. Həmin pirotexniki maddələrin hər birinin içərisində 10 qutu olan 5 blok kibritə bənzər pirotexniki maddələr olmuşdur. Çinarəyə 3 blok yəni 30 qutu kibritə bənzər protexniki maddə vermiş, Çinarəyə həmin pirotexniki maddələrin 01 ədəd blokunu 60 manata satmış, Çinarə də ayın sonunda ona pulu verəcəyini bildirmişdir. Bir neçə gün sonra Turxan adında bir nəfər ona zəng vurmuş, ona pirotexniki maddələr satdığını, onun da almaq istədiyini bildirmişdir. Əvvəlcə ehtiyat etmiş, sonra həmin şəxsin hərbi qulluqçu olduğunu öyrənmiş və Turxana 4 blok, yəni 40 qutu kibrit formasında olan pirotexniki maddə satmışdır. Bir neçə gün sonra polis əməkdaşları ona zəng vurmuş, polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində pirotexniki maddələr satmasını etiraf etmişdir. Hərəkətlərindən peşmandır, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə X2 və X9 məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. X2 iş materiallarında olan izahatında bildirmişdir ki, Culfa rayonunun Yaycı kəndində yaşayır, 2013-cü ildən Azərbaycan Respublikasının ordusunda qadın hərbi qulluqçu kimi xidmətə başlamış, N nömrəli hərbi hissədə X21 Bölüyünün aşbazı vəzifəsində işləyir. 2024-cü ilin mart ayının əvvəllərində əvvəlcədən tanıdığı Ordubad rayonunun Yuxarı Əylis kənd sakini Şəxs ona zəng vurmuş, bir neçə günə ona bayramlarda əyləncə məqsədilə partladılan pirotexniki maddələr gələcəyini, həmin pirotexniki maddələri satacağını bildirmiş, həmin pirotexniki maddələrdən alması üçün ona da xəbər verməsini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Ziyadə ona zəng vurmuş, pirotexniki maddələrin gəldiyini, onun üçün gətirəcəyini demiş, Ziyadəyə razılığını vermişdir. Həmin gün təqribən saat 11:00 radələrində Ziyadə əlində bir neçə bağlama ilə onlara gəlmiş, ona 5 blok, yəni hər birinin içərisində 60 ədəd olmaqla 50 qutu kibritə oxşar pirotexniki maddələr təhvil vermişdir. Pirotexniki maddələri almaqda məqsədi övladlarının həmin protexniki maddələri bayaramda əyləncə məqsədilə istifadə etməsi olmuşdur. Qızı Duyğu evə gələn zaman protexniki maddələri Ziyadənin gətirdiyini ona demiş, Duyğu pirotexniki vasitələrdən istifadə etmək istədiyini bildirmiş, Duyğuya icazə vermişdir. Lakin həmin pirotexniki vasitələrin bir bloku 55 manata Ziyadədən aldığı üçün Duyğuya baha olduğunu, pulunun hamısını verməyə imkanının çatmayacağını demiş, bir neçə blokunu geri qaytaracağını bildirmişdir. Bir neçə gündən sonra işdən evə qayıdan zaman Duyğunun həmin protexniki vasitələri polis əməkdaşlarına təhvil verdiyini öyrənmişdir. Pirotexniki vasitələrin satılmasının, istifadəsinin qadağan olmasını bilməmiş, başqa kiməsə satmamışdır. İş materiallarına əlavə edilmiş 09 aprel 2024-cü il tarixli, 316 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 23769 ədəd predmet müəyyən səs və işıq effekti yaradan, əyləncə və kinopirotexniki məqsədlər üçün istifadə olunan pirotexniki vasitələr, kustar üsul ilə hazırlanmışdır, döyüş sursatı və ya partlayıcı maddə hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdırlar. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 aprel 2024-cü il tarixli qərara əsasən HK-1-42/24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasının təmin edilməsi üçün qərarın sürəti və 23769 ədəd pirotexniki maddələrin olduğu bağlama Culfa Rayon Polis X5 Bölməsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında materiala baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 09 mart 2024-cü il tarixdə Culfa şəhərində dövriyyəsi məhdudlaşdırılmış pirotexniki vasitələri xüsusi icazəsi olmadan satmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, şahidin izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, ”Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna əsasən, pirotexniki məmulatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib. Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub. Şəxs isə həmin malların satmasına xüsusi icazəsi olmamışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və onun təqsirinin dərəcəsini nəzərə alaraq, inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olmuş, Culfa rayon Məhkəməsində saxlanılan, qutuların üzərində “KOPCAP1 K0201”, “EK0201E” yazıları olan 23060 ədəd, qutuların üzərində “50 PCS Enigma FOOTBBALL SALUTE” yazıları olan 187 ədəd satışı qadağan olunmuş pirotexniki məmulatlar müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Culfa rayon İcra və Probasiya bölməsinə və Ordubad Rayon İcra və Probasiya bölməsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar