Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-23/2023 03.02.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs:-xx xxxxxx 1977-ci il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, müvəqqəti işsiz, ünvan 1 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İnzibati xəta haqqında işin materiallarından müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 01 fevral 2023-cü il tarixdə, saat 16:30 radələrində Culfa şəhəri, M.Müşfiq küçəsində sərxoş vəziyyətdə, ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 03 fevral 2023-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında 009521 nömrəli protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Culfa şəhərində yaşayır, işləmir. 01 fevral 2023-cü il tarixdə, saat 12 radələrində evdən çıxmış, “Kənan” ticarət mərkəzinin ikinci mərtəbəsində yarləşən yeməkxanaya getmiş, yemək yemiş, yarım litr içki içmiş, yaşadığı evə qayıdan zaman yolda halı pisləşmiş, tanımadığı həyətə girmiş, içkinin təsirindən özündən getmiş, həyətdə yıxılıb qalmış, sonra nə baş verməsini bilməmişdir. Şəxs izahatında onu da bildirmişdir ki, həyətə girməkdə məqsədi orada yaşayan şəxsdən qardaşına gəlib onu aparması üçün zəng vurmasını xahiş etmək olmuş, ictimai qaydanı pozmasını, polis əməkdaşının qanuni tələblərinə tabe olmamasını xatırlamır. 01 fevral 203-cü il tarixdən 03 fevral 2023-cü il tarixədək polis şöbəsində saxlanılmamışdır. Hərəkətlərindən çox peşmanır, ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 izahatında bildirmişdir ki, Culfa şəhərində yaşayır, usta işləyir. 01 fevral 2023-cü il tarixdə işdə olmuşdur. Saat 16:30 radələrində arvadı ona zəng etmiş, evə gəlməsini, həyətdə kefli bir kişinin olmasını demişdir. Evə gəlmiş tanımadığı bir kişinin evin girişində olan divanın üstündə uzandığını görmüş, polis əməkdaşlarına zəng etmiş, poli əməkdaşı gəlmiş, həmin şəxsi polis şöbəsinə aparmışlar. Şahid1 izahatında onu da bildirmişdir ki, Şəxs sərxoş vəziyyətdə olmuş, ucadan nalayiq ifadələr işlətməmiş, ictimai qaydanı pozmamış, polis əməkdaşının tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid3 izahatında bildirmişdir ki, Culfa rayon Polis Şöbəsinin PPX-də polis nəfəri kimi xidmət edir. 01 fevral 2023-cü il tarixdə, saat təxminən 17 radələrində Şahid1 ona zəng etmiş, bir nəfət tanımadığı şəxsin evinə girdiyini demiş, onun evinə gəlməsini xahiş etmişdir. Dərhal hadisə yerinə getmiş, Mirhəsən və dostu Rövşənin həyətdə olduğunu görmüş, evə daxil olmuş, Nərimanın evin girişində olan divanda sərxoş vəziyyətdə uzandığını görmüş, Polis Şöbəsinə zəng etmiş, rəis müavini Elməddin müəllimə məruzə etmiş, Elməddin müəllim ona “qardaşına zəng et, gəlib onu evinə aparsın” demişdir. Nərimanın qardaşı ilə polis əməkdaşı Ceyhunun vasitəsilə əlaqə saxlamış, baş verənləri bildirmiş, gəlib Nərimanı aparmasını demişdir. Mirhəsən və dostu Nərimanı həyətə çıxarmış, Nərimandan həyətə hansı səbəbdən girdiyini soruşmuş, Nəriman ona “sən kimsən, bura allahın evidir” demiş, ona intizamlı olmağa dəvət etmiş, Nəriman ona məhəl qoymamış, hərəkətlərini davam etdirmiş, ona “sə nə əqidəsiz adamsan” demiş, onun qanuni tələblərinə tabe olmamış, lakin ictimai qaydanı pozan hərəkətlər etməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında icraata həmin hissədə xitam verilməlidir. Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, araşdırma zamanı inzibati xəta törətmiş şəxsin, şahidlərin izahatlarından müəyyən edilmişdir ki, Şəxs ictimai qayda pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən ictimai qaydanın pozulması fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Xuliqanlıq əməli subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkar şəxs ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs ümumiyyətlə ictimai qaydanı pozmamış, cəmiyyətə açıq hörmətsizlik etməmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin tərkibi olmadığından Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən həmin hissədə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında 009521 nömrəli protokolla, özünün səmimi etirafı ilə, şahidlərin izahatı ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən hansının tətbiqi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Şəxs şəxsiyyəti, törədilmiş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmalı inzibati qaydada həbs edilməlidir. Məhkəmə Şəxs peşman olmasıni məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran, icraatı rədd edən hallar müəyyən edilmədi. Şəxs sərxoş halda inzibati xəta törətməsi şahid ifadələri ilə təsdiq edilsə də, o, sərxoşluq halının təyini məqsədilə tibbi müayinədən keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs inzibati həbsinin əvvəli 03 fevral 2023-cü il tarixdə saat 20:35-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 03 fevral 2023-cü il, saat 20:35 dəqiqədən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-23/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-23/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver