Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-23/2024 24.05.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X6 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 iştirakı ilə, X7:-xx xxxx 1986-cı ildə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki uşaq atası, müvəqqəti işsiz, ünvan 1 ünvanında qeydiyyatda olanbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: X7 barəsində 24 may 2024-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Culfa rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Culfa Rayon Məhkəməsinin 2(089)-160/2018 nömrəli, 27 avqust 2018ci il tarixli icra sənədi icra edilməsi üçün 12 oktyabr 2018-ci il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədində Culfa rayon Məhkəməsinin 1(089)- 37/2014 nömrəli, 07 mart 2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi 28 sentyabr 2018-ci il tarixdən başlamaqla X4 03 fevral 2013-cü il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit bul məbləğində alimentin tutularaq X5 verilməsi göstərilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 12 oktyabr 2018-ci il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş 12 oktyabr 2018-ci il tarixdə X1 göndərilmişdir. Həmin qərar və bildirişdə X2ndan tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. X2 8160 manat məbləğində alimenti ödəməmiş, aliment borcunun ödənilməsindən yayınmışdır. Bundan başqa Bakı şəhəri, 54 saylı Notariat Kontorunun 8i-28976 nömrəli, 13 aprel 2024-cü il tarixli icra sənədi icra edilməsi üçün 17 aprel 2024-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədində X4 135 manat məbləğində pulun alınıb Bank Olmayan Kredit təşkilatı Azpul MMC-yə ödənilməsi göstərilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 17 aprel 2024-cü il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş 17 aprel 2024-cü il tarixdə X1 göndərilmişdir. Həmin qərar və bildirişdə X2ndan tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. X2 135 manat məbləğində pulu ödəməmiş, pulunun ödənilməsindən yayınmışdır. X1 tələblərin təmin olunması və bölməyə gəlməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş, lakin X2 tələbləri təmin etməmiş, bölməyə gəlməkdən yayınmış, barəsində Culfa rayon Məhkəməsi tərəfindən 25 aprel 2024-cü il tarixli, 8(089)-08/2024 nömrəli məcburi gətirmə barədə qərardad qəbul edilmiş, R.Qəhrəmanov 24 may 2024-cü il tarixdə Culfa rayon İcra və Probasiya bölməsinə gətirlmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 izahatında bildirmişdir ki, X3 ona qarşı aliment tələbinə dair 2(089)- 160/2018 nömrəli mülki iş üzrə icra sənədi ilə bağlı Culfa Rayon İcra və Probasiya bölməsində 12 oktyabr 2018-ci il tarixdə icraat başlanılmış, icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti, tələbin könüllü icrası barədə bildiriş ona göndərilmiş, tələbin icrasının könüllü təmin edilməsi təklif edilmiş, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. T.Qəhrəmanovaya 54 ay aliment pulunu ödəməmiş, 8160 manat aliment borcu var. Həmçinin Bakı şəhəri, 54 saylı Notariat Kontorunun 8i-28976 nömrəli, 13 aprel 2024-cü il tarixli icra sənədi ilə bağlı 17 aprel 2024-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsində icraat başlanılmış, icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti, tələbin könüllü icrası barədə bildiriş ona göndərilmiş, tələbin icrasının könüllü təmin edilməsi təklif edilmiş, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmiş, lakin 135 manat borcunu ödəməmişdir. Sağlamdır, hər hansı bir xəstəliyi yoxdur. İşləmir, aliment borcunu ödəyə bilmir. Halhazırda aliment ödəməyə maddi imkanı yoxdur, icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə aliment borcunu, pul borcunu ödəməmiş, hazırda da aliment və pul borcunu ödəyə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 izahatında həmçinin işləmədiyini, işləyib borcunu ödəyəcəyini, icra sənədini icra etməməsinə görə peşiman olduğunu bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X12 izahatında R.Qəhrəmanovun Culfa Rayon Məhkəməsinin 2(089)-160/2018 nömrəli, 27 avqust 2018-ci il tarixli icra sənədi üzrə 8160 manat aliment borcunun, 54 saylı Notariat Kontorunun 8i-28976 nömrəli, 13 aprel 2024-cü il tarixli icra sənədi üzrə cəmi 135 manat borcunun olduğunu, R.Qəhrəmanovun üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra sənədlərindəki tələbləri icra etmədiyini bildirmiş, R.Qəhrəmanovun barəsində qanuna uyğun olaraq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X10 izahatını dinləyib, inzibati materialı araşdırıb, belə nəticəyə gəlir ki, R.Qəhrəmanov Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. R.Qəhrəmanov Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən R.Qəhrəmanovun pul borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə R.Qəhrəmanova inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 15 gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. X9 təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 24 may 2024-cü il, saat 19:45-dən hesablansın. X11 həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-23/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-23/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver