Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-24/2022 23.09.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxxxx 1979cu il tarixdə Şərur rayon Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, sürücü işləyən, Sədərək rayonunun Sədərək kəndində yaşayan. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 15 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A 119061 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 09 sentyabr 2022-ci il tarixdə saat 11:37 radələrində X8 vasitəsilə ölkəyə giriş istiqamətində Naxçıvan Muxtar Respublikası ərazisinə gələrkən, idarə etdiyi 99BS915 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı, 2008-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi WDF9440321B969605 olan, qoşqu nömrəsi: 99ZH381, “FLİE SDS350” markalı, 2007-ci il buraxılışlı, şassi nömrəsi WFDFLT**********8 olan yük nəqliyyat vasitəsinin qoşqu hissəsinin ön tərəfində olan yanğın balonunun yerləşmə yerində 40 qutu (800 ədəd) ağ rəngli “Wisdom” markalı siqaret və dartıcının yataq yerinin üzərindəki qara sellofanın içərisində 20 qutu (400 ədəd) mavi-boz rəngdə "Marlboro” markalı, 30 qutu (600 ədəd) ağ rəngli “Wisdom” markalı, ümumilikdə 90 qutu (1800 ədəd) aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasınının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X5 izahatında bildirmişdir ki, Culfa Gömrük idarəsi X6 baş müfəttişi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olmüşdur. Saat 11 radələrində X8 vasitəsilə iran islam Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikasına məxsus 99BS915 dövlət nömrə nişanlı, “Mercedes Benz ” markalı, 2008-ci il buraxılışlı, ağ rəngli, (qoşqu nömrəsi 99ZH381) yük nəqliyyat vasitəsinə əsaslı şübhələr olduğundan gömrük yoxlaması keçirmək barədə qərara gəlmiş, həmkarı X6 böyük inspektoru Şahid1 və gömrük ərazisində olan X2 və Şahid3 hal şahidi kimi dəvət etmiş, hal şahidlərinə Şəxs nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirəcəyini, onların da hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar etiraz etməmişlər. Hal şahidlərinə hüquq və vəzifələrini izah etmişdir. Əvvəlcə hal şahidlərinə Şəxs təqdim etmiş, nəqliyyat vasitəsinin onun olduğunu bildirmişdir. Şəxs nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşyanın olubolmamasını soruşmuş, o, nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamış. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsinin ön tərəfində olan yanğın balonunun yerləşmə yerində 4 blok (800 ədəd) ağ rəngdə Wisdom” markalı və dartıcının yataq yerinin üzərindəki qara selofonun içərisində isə 2 blok (400 ədəd) mavi-boz rəngdə “Marlboro” və 3 blok (600 ədəd) ağ rəngdə “Wisdom” markalı aksiz markaları ilə markalanmayan siqaretlər aşkarlanmış, aşkar olunmuş siqaretlər onun, gömrük əməkdaşı Şahid1, sürücü Şəxs və 2 hal şahidinin iştirakı ilə götürülmüş, qablaşdırılmış, yoxlamanın nəticələrinə dair yoxlama protokolu tərtib etmiş, gömrük əməkdaşı Şahid1, sürücü Şəxs və 2 hal şahidi ilə birgə imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X2 izahatında bildirmişdir ki, hazırda işsizdir. X4 ərazisində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik edir. 09 sentyabr 2022-ci il tarixdə Culfa Gömrük idarəsində yük boşaltdığı zaman Fuad adlı gömrük əməkdaşı onu çağırmış və İrandan gələn bir nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini və onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, o da etiraz etməmişdir. Daha sonra onla birlikdə fəhləlik edən Rafiq adlı şəxsi də oraya hal şahidi qismində çağırmış, Fuad müəllimlə nəqliyyat vasitəsinə yoxlama keçiriləcək yerə gemişlər. Fuad müəllim Şəxs təqdim etmiş, nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirmişdir. Yoxlamadan əvvəl Fuad müəllim onlara hüquq və vəzifələrini izah etmiş və nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsinin ön tərəfində, yanğın-balonunun yerləşmə yerindən 4 blok (800 ədəd) ağ rəngdə “Wisdom” və dartıcının yataq yerinin üzəridəki qara sellofanın içərisindən, 2 blok (400 ədəd) mavi-boz rəngdə “Marlboro” və 3 blok (600 ədəd) ağ rəngdə “Wisdom” markalı siqaretlər aşkar edilmişdir. Aşkar olunmuş siqaretlər barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 şahid X2 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 09 sentyabr 2022-cı il tarixli əl yüklərinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:37 radələrində X8 vasitəsilə İİR-dan Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.2022-ci il tarixdə verilmiş C00645768 nömrəli pasportun sahibi, xx.xx.1979-cu il təvəllüdlü Şəxs idarə etdiyi 99BS915 dövlət nömrə nişanlı, “Mercedes Benz ” markalı, 2008-ci il buraxılışlı, ağ rəngli, şassı nömrəsi WDF9440321B969605 olan (qoşqu nömrəsi 99ZH381 olan, “FLİE SDS350” markalı, 2007-ci il buraxılışlı, WFDFLT**********8 şassi nömrəli) yük nəqliyyat vasitəsinin yanğın balonunun yerləşmə yerində 4 blok (800 ədəd) ağ rəngli “Wisdom” markalı siqaret və dartıcının yataq yerinin üzərindəki qara sellofanın içərisində 2 blok ( 400 ədəd) mavi-boz rəngdə "Marlboro” və 3 blok (600 ədəd) ağ rəngdə “Wisdom” markalı aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş 14 sentyabr 2022-ci il tarixli, 261 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilən heç bir aksiz markası ilə markalanmayan istifadəyə yararlı 20 qutu "Marlboro touch one” markalı siqaretlərin topdansatış qiyməti 94 manat (bir qutunun qiyməti 4.70 manat) manat müəyyən edilir. Təqdim edilmiş “Wisdom” markalı, İİR istehsalı olan, aksiz markası ilə markalanmayan siqaretlərin mülki dövrüyyədə satışı olmadığından qiymətləndirilmə aparılmadı. 1 qutu “Marlboro” markalı, 1 blok “Wisdom” markalı siqaretlər tədqiqata sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 19 qutu (380 ədəd) “Marlboro” markalı, 69 qutu (1380 ədəd) “Wisdom" markalı siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olmuş, Culfa Gömrük idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 19 qutu (380 ədəd) (1 qutunun qiyməti 4.70 manat) “Marlboro” markalı, 69 qutu (1380 ədəd) “Wisdom" markalı siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-24/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-24/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver