Məhkəmə qərarları › İş №3(089)-24/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-24/2023

04.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-24/2023 04.02.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X3, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs-xx xxxxxxxx 2000-ci il tarixdə Culfa rayonunun Dizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, müvəqqəti işsiz, Culfa rayonunun Dizə kəndində yaşayan- barəsində Culfa rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 29 yanvar 2023-cü il tarixdə, saat 17:00-da Culfa rayonunun Dizə kənd sakini Zərərçəkmiş şəxs məxsus həyətdən ümumi dəyəri 95 manat olan 01 ədəd uzunluğu 3 metr, diametri 10 sm olan dəmir borunu, 01 ədəd istifadə olunmuş təqribən 30 sm hündürlüyündə, 20 sm enində və 25 sm uzunluğunda olan çuğun zibil yeşiyini, 02 ədəd 15 sm hündürlüyündə, 10 sm enində və 30 sm uzunluğunda olan istifadə olunmuş zindanı oğurlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin, şahidin, özünün izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Dizə kəndində yaşayır, işləmir, maddi vəziyyəti yaxşı deyil. Pul qazanmaq üçün daim iş axtarır, lakin ailəsinə maddi köməklik etmək üçün iş tapa bilmir. 2023-cü ilin yanvar ayında Dizə kəndinə dəmir alanlar gəlmiş, yaşadığı evin həyətində olan, istifadə edilməyən köhnə dəmir və metalları satmış, əldə etdiyi pulla ailəsinə köməklik etmişdir. Həyətdə dəmir qalmadığından kənddə olan boş həyətlərə nəzər salmış, yaxınlıqda yerləşən, Zərərçəkmiş şəxs məxsus olan həyətdə istifadə olunmuş köhnə dəmirlərin olduğunu görmüşdür. 29 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs məxsus olan həyətə girmiş, həyətdən 1 ədəd təxminən 3 metr uzunluğunda dəmir borunu, 1 ədəd yararsız halda olan çuqun zibil yeşiyini, 2 ədəd dəmir döymək üçün zindanı, 1 ədəd kanalizasiya lükünün qapağını götürmüş və satmışdır. Şəxs izahatında onu da bildirmişdir ki, əməlindən peşmandır, əvvəllər inzibati xəta törətməmişdir. Başqasına məxsus olan həyətə daxil olmaqla 1 ədəd təxminən 3 metr uzunluğunda dəmir borunu, 1 ədəd yararsız halda olan çuqun zibil yeşiyini, 2 ədəd dəmir döymək üçün zindanı, 1 ədəd kanalizasiya lükünün qapağını götürən zaman oğurluq etdiyini dərk etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Culfa rayonunun Dizə kəndində doğulmuşdur. 2010-cu ildən Bakı şəhərində yaşayır. Culfa rayonunun Dizə kəndində olan evində kimsə yaşamır. 01 fevral 2023-cü ildə Dizə kəndinə gəlmiş, həyətində olan 1 ədəd təxminən 3 metr uzunluğunda 100 diametrli dəmir borunun, 1 ədəd çuqun zibil yeşiyinin, 2 ədəd dəmir döymək üçün zindanın, 1 ədəd kanalizasiya lükünün qapağının olmamsını görmüş, 02 fevral 2023-cü il tarixdə Culfa rayon Polis Şöbəsinə müraciət etmişdir. Elə həmin gün həyətindən oğurluq edən şəxsin həmkəndlisi Şəxs olması müəyyən edilmişdir. Şəxsun barəsində qanunauyğun tədbir görülməsini, on vurulmuş maddi zərərin ödənilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X4 izahatında bildirmişdir ki, Uğur oğludur. 02 fevral 2023-cü il tarixdə ad günüdə olmuş, oğlunun hərəkətindən məlumatı olmamışdır. Bu barədə Polis Şöbəsindən ona məlumat verilmiş, 03 fevral 2023-cü il tarixdə Polis Şöbəsinə gəlmişdir. Oğlu ilə Polis Şöbəsində görüşmüş, oğlu Zərərçəkmiş şəxs həyətindən oğurluq etdiyindən saxlanıldığını bildirmiş, ondan hərəkətlərinə görə üzr istəmiş, onu bağışlamasını xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatları və digər sənədlərlə sübuta yetirilir. İş materiallarına əlavə olunmuş- Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli, 130 nömrəli arayışında qeyd edilmişdir ki, 01 ədəd uzunluğu 3 metr, diametri 10 sm olan dəmir borunun orta bazar qiyməti 15 manat, 01 ədəd istifadə olunmuş təqribən 30 sm hündürlüyündə, 20 sm enində və 25 sm uzunluğunda olan çuğun zibil yeşiyinin orta bazar qiyməti 10 manat, 02 ədəd 15 sm hündürlüyündə, 10 sm enində və 30 sm uzunluğunda olan istifadə olunmuş zindanın orta bazar qiyməti 70 manatdır. Bir ədə yararsız halda olan kanalizasiya qapağı yararsız halda olduğundan qiymətləndirmə aparılmadı. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs 29 yanvar 2023-cü il tarixdə Culfa rayonunun Dizə kəndində Zərərçəkmiş şəxs məxsus olan həyətdən 01 ədəd uzunluğu 3 metr, diametri 10 sm olan dəmir borunu, 01 ədəd istifadə olunmuş təqribən 30 sm hündürlüyündə, 20 sm enində və 25 sm uzunluğunda olan çuğun zibil yeşiyini, 02 ədəd 15 sm hündürlüyündə, 10 sm enində və 30 sm uzunluğunda olan istifadə olunmuş zindanı, 01 ədəd yararsız halda olan kanalizasiya qapağını oğurlamışdır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, Cinayət Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, İXM-in 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tədbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məsuliyyətini ağırlaşdıran, icraatı rədd edən hallar müəyyən edilməmişdir. Məhkəmə maddi zərərlə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs verilmüş maddi zərərin dəyəri 95 manat Şəxs alınıb ona verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs 02 fevral 2023-cü il tarixdə, saat 20:00-da inzibati qaydada tutulduğundan, inzibati həbsinin əvvəli həmin tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilsin, o, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərara dərhal icra edilsin. Şəxs inzibati həbsinin əvvəli 02 fevral 2023-cü il tarixdə saat 20:00-dan hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Şəxs vurulmuş zərərin məbləği 95 manat alınıb Zərərçəkmiş şəxs verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar