Məhkəmə qərarları › İş №3(089)-24/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-24/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-24/2024 07.06.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Səttar oğlunun iştirakı ilə, Şəxs:xx xxxxxx 1976-cı il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İİ qrup əlil, müvəqqəti işsiz, Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olan və yaşayan - barəsində Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 30 may 2024-cü il tarixdə Culfa Rayon Polis Şöbəsinin polis sahə rəisi A.Əkbərov tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Culfa rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 Səttar oğlunun mülkiyyətində olan Lifan 620 markalı, ** BF *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə daşla vurmuş, Zərərçəkmiş şəxs1 180 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 mülkiyyətində olan Nissan Sunny markalı, ** BC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə daşla vurmuş, Zərərçəkmiş şəxs2 100 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, ailəsi ilə Culfa rayonunun Yaycı kəndində yaşayır, daimi iş yeri yoxdur. Ailəsinin ehtiyaclarını qarşılamaq üçün kənd sakinlərinin əkin sahələrini suvarır. Evinin yerləşdiyi yer əkin sahələrindən uzaq məsafədə yerləşdiyindən əkin sahələrinə getmək üçün özünə məxsus olan atdan istifadə edir. xx.xx.2024-cü il tarixdə əkin sahəsindən evə gəlmiş, atı evin qarşısında olan hasarın kənarına bağlamışdır. Qonşusu Zərərçəkmiş şəxs2 onu küçəyə çağırmış, atı bağladığı yerdən açmasını istəmiş, ona atı bağladığı yerin küçə olduğunu və atı açmayacağını demişdir. Həmin vaxt arvadı Natəvan atı açmış, küçədə öz qapılarının qarşısına bağlamış, özü atı yenə aparıb əvvəl bağladığı yerə təkrar bağlamış, atı bağladığı yerin el yolu olduğunu və Zərərçəkmiş şəxs2 mülkiyyətində olan sahə olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2lə aralarında mübahisə olmuş, bir-birlərinə nalayiq sözlər demişlər. Akif onun üzərinə gəlmiş, onu sillə ilə vurmuş, qollarından tutub dartmış, Akifin dırnaqları onun qol nahiyəsini cızmışdır. Həmin vaxt qonşusu Zərərçəkmiş şəxs1 Abbas oğlu da orada olmuşdur. Yerdən balaca daşları əlinə götürmüş, Zərərçəkmiş şəxs2 atmış, daşlar onun arxasında olan şəxsi avtomobilinə dəymişdir. Bundan sonra evinə getmiş, Akif isə küçədə qalmışdır. Təxminən 30 dəqiqə sonra qonşusu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtomobil ilə yoldan keçən zaman onun qapıda olduğunu görmüş, Zərərçəkmiş şəxs1 idarə etdiyi lifan markalı avtomobilini qapıda saxlamış, Zərərçəkmiş şəxs2 yerə enmiş, arvadı Natavanın yanında ona və ailə üzvlərinin ünvanına nalayiq sözlər demiş, bu zaman əsəbləşmiş, yerdə olan daşı götürmüş, avtomobilin yanında dayanan Zərərçəkmiş şəxs2 atmış, daş avtomobilin arxa şüşəsinə dəymiş, şüşə qırılmış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oradan uzaqlaşmışlar. Hadisə baş verən gün Polis Şöbəsindən ona zəng gəlmiş, Culfa rayon Polis Şöbəsinə dəvət edilmişdir. Hərəkətlərindən peşmandır, İİ qrup əlildir, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Səttar oğlu izahatında bildirmişdir ki, Culfa rayonunun Yaycı kəndində yaşayır, santexnik kimi fəaliyyət göstərir. Həmkəndlisi Şəxs hər zaman təsərrüfat işlərində istifadə etdiyi atı məhəllədə torpaq yolun kənarına, hasarların qarşısından keçən qaz boru xəttinə bağlayır, atın yolun kənarına bağlanması məhəllədə yaşayan digər sakinlərin yoldan istifadə etməsinə çətinlik yaradır, həmçinin uşaqlar məktəbə gedib-gələn zaman yoldan atdan qorxduqları üçün keçə bilmirlər. Şəxs atını həyətinə və ya kənar sahəyə bağlamasını bildirmişlər. Həmçinin Şəxs mütəmadi olaraq öz həyətində və küçədə nalayiq ifadələr işlədir, bu səbəbdən Şəxs dəfələrlə irad tutmalarına baxmayaraq heç bir nəticə çıxarmamış, hərəkətlərini davam etdirmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 16-17 radələrində evinin yerləşdiyi həyətdə olmuş, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2lə Şəxs küçədə mübahisə etmələrini eşitmiş, həyətdən küçəyə çıxmış, onlara yaxınlaşmış, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs2 ünvanına nalayiq sözlər demiş, Zərərçəkmiş şəxs2 Şəxs üz nahiyəsindən bir sillə vurmuş, onları aralaşdırmış, Akifi kənara çəkmişdir. Şəxs yerdən daş götürmüş, Zərərçəkmiş şəxs2 məxsus olan Nissan sunny markalı, ağ rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısına vurmuş, avtomobilə ziyan dəymişdir. Bundan sonra Şəxs öz həyətinə getmiş, onunla Şəxs arasında mübahisə olmamışdır. Hadisədən təxminən 15-20 dəqiqə sonra qonşusu Zərərçəkmiş şəxs2lə birlikdə Şəxs hərəkətlərindən Culfa rayon Polis Şöbəsinə şikayət etmək üçün ona məxsus olan lifan 620 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedən zaman Şəxs küçədə avtomobilin arxasınca nalayiq sözlər deməyə başlamış, bu zaman Zərərçəkmiş şəxs2 avtomobildən yerə enmək istəmiş, həmin vaxt Şəxs yerdən daş götürmüş, avtomobilə tərəf atmış, daş avtomobilin arxa şüşəsinə dəymiş, şüşə qırmışdır. Avtomobildən yerə enmədən hərəkətinə davam etmiş, Culfa rayon Polis Şöbəsinə gəlmiş və Şəxs şikayət etmişlər. Zərərçəkmiş şəxs1 izahatında onu da bildirmişdir ki, əvvəllər Şəxslə aralarında mübahisə olmamışdır. Şəxs onun mülkiyyətində olan Lifan 620 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə daşla vurması nəticəsində ona 180 manat məbləğində ziyan dəymişdir, həmin məbləğin Şəxs alınıb ona verilməsini, Şəxs barəsində qanuna uyğun tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, Culfa rayonunun Yaycı kəndində yaşayır. Şəxsi mülkiyyətində olan qapı-pəncərə sexində dülgər kimi fəaliyyət göstərir. Qonşusu Şəxs təsərrüfat işlərində istifadə etdiyi atını məhəllədə torpaq yolun kənarına, hasarların qarşısından keçən qaz boru xəttinə orada olan otları yeməsi üçün bağlayır, atın yolun kənarına bağlanması məhəllədə yaşayan digər sakinlərin yoldan istifadə etməsinə çətinlik yaradır, həmçinin uşaqlar məktəbə gedib-gələn zaman yoldan atdan qorxduqları üçün keçə bilmirlər. Şəxs atını həyətinə və ya kənar sahəyə bağlamasını bildirmişlər. Həmçinin Şəxs mütəmadi olaraq öz həyətində və küçədə nalayiq ifadələr işlədir, bu səbəbdən Şəxs dəfələrlə irad tutmalarına baxmayaraq heç bir nəticə çıxarmamış, hərəkətlərini davam etdirmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 16-17 radələrində Şəxs onun evinin həyətinin giriş qapısının önündə, yolun qarşı tərəfinə hasarın kənarına atını bağladığını görmüş, onu səsləmiş, arvadı Natəvan evdən çıxmışdır. Ona atı aparıb kənara bağlamalarını bildirmiş, Natəvan Bəxtiyarın içib yatdığını və özünün gəlib atı kənara aparacağını bildirmişdir. Natəvan Mustafayev atı açıb kənara aparan zaman Bəxtiyar evdən çıxmış, atı Natəvanın əlindən almış, yenidən əvvəlki yerinə bağlamış və onun ünvanına nalayiq sözlər demişdir. Əsəbləşdiyindən Bəxtiyarın üzünə bir sillə vurmuşdur. Bəxtiyar yerdən daş götürmüş və ona məxsus olan Nissan sunny markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısına çırpmış, nəticədə avtomobilin sağ ön qapısı 25-30 sm diyametr içəri doğru batmış, daş dəyən yer isə 2 sm diyametrində deşilmişdir. Hadisə barədə kəndin polis sahə rəisinə müraciət etmiş, sahə rəisi qonşularla danışmasını, Şəxs hərəkətlərdən Culfa rayon Polis Şöbəsinə şikayət etmələrini bildirmişdir. Atomobilini Bəxtiyar yenə vurub əzməsin deyə məhəllədən kənara aparıb qoymuş, piyada evinə qayıtmış, qonşusu Zərərçəkmiş şəxs1la danışmış, Şəxs etdiyi hərəkətlərə görə Culfa RPŞ-ə gedib şikayət etmələrini bildirmiş, Zərərçəkmiş şəxs1 onunla razılaşmış, onun lifan 620 markalı avtomobili ilə Culfa şəhərinə getmişlər. Şəxs həyətinin önündən keçən zaman o, həyətdən yola çıxmış, arxadan Zərərçəkmiş şəxs1 avtomobilinə daş atmış, avtomobilin arxa şüşəsi qırılmışdır. Avtomobildən yerə enmiş, Bəxtiyarın yerdən yenə daş götürdüyünü görmüş, təkrar avtomobilə oturmuş, oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs2 izahatında onu da bildirmişdir ki, Şəxslə əvvəllər mübahisəsi olmamış, Şəxs onun mülkiyyətində olan Nissan sunny markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə daşla vurması nəticəsində ona 100 manat məbləğində ziyan dəymişdir. Həmin məbləğin Şəxs alınıb ona verilməsini, Şəxs barəsində qanuna uyğun tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid izahatında bildirmişdir ki, Şəxs əridir. Şəxs İİ qrup əlildir, həmçinin ailənin maddi vəziyyətini yaxşılaşdırmaq üçün kənd sakinlərinin əkin sahəsini müəyyən məbləğlə pul vəsaiti qarşılığında suvarır. Evlərinin yerləşdiyi yerlə əkin sahələri arasında məsafə çoxdur. Bəxtiyar əkin sahələrinə getmək üçün atdan istifadə edir. Bəxtiyar xx.xx.2024-cü il tarixdə əkin sahəsindən gəlmiş, atı evin qarşısında olan hasarın kənarına bağlamışdır. Həmin vaxt qonşuları Zərərçəkmiş şəxs2 əri Bəxtiyarı küçədən səsləmiş, atı bağladığı yerdən açmasını demiş, küçəyə çıxmış, Zərərçəkmiş şəxs2 yoldan avtomobili ilə keçə bilmədiyini, atı oradan açıb başqa yerə bağlamalarını bildirmişdir. Atı açmış, öz həyətlərində giriş qapısının önünə bağlamışdır. Həmin vaxt Bəxtiyar evdən çıxmış, atı yenə aparıb əvvəl bağladığı yerə təkrar bağlamış, atı bağladığı yerin el yolu olduğunu və Zərərçəkmiş şəxs2 mülkiyyətində olan sahə olmadığını bildirmişdir. Özü həyətə qayıtmış, həmin vaxt Bəxtiyarla Zərərçəkmiş şəxs2 səs-küyünün ətrafa yayıldığını eşitmiş, təkrar küçəyə çıxmış, Akif Mühbalıyevlə əri Bəxtiyarın mübahisə etdiyini görmüş, Zərərçəkmiş şəxs2 Bəxtiyarın üz nahiyəsindən sillə ilə vurmuşdur. Digər qonşuları Zərərçəkmiş şəxs1 da oraya gəlmiş onları aralaşdırmışdır. Bəxtiyar yerdən daşı götürmüş Zərərçəkmiş şəxs2 atmış, daş onun arxasında olan şəxsi avtomobilinə dəymişdir. Akif avtomobilinə oturmuş, oradan uzaqlaşmış, Bəxtiyar isə evə gəlmişdir. Təxminən 30 dəqiqə sonra qonşusu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 məxsus avtomobil ilə yoldan keçən zaman Zərərçəkmiş şəxs1 idarə etdiyi lifan markalı avtomobilini qapıda saxlamış, Zərərçəkmiş şəxs2 Bəxtiyara və ailə üzvlərinə qarşı nalayiq sözlər demiş, Bəxtiyar əsəbləşmiş, yerdə olan daşı götürmüş, avtomobilin yanında dayanan Zərərçəkmiş şəxs2 atmış, daş avtomobilin arxa şüşəsinə dəymiş, şüşə qırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 Səttar oğlunun mülkiyyətində olan Lifan 620 markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobilə daş ilə vurmaqla Zərərçəkmiş şəxs1 180 manat məbləğində ziyan, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 mülkiyyətində olan Nissan Sunny markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobilə daş ilə vurmaqla Zərərçəkmiş şəxs2 100 manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 16 may 2024-cü il tarixli, 444 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “X4” MMC-nin Culfa servisində usta (mütəxəssis) işləyən X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli nöqsan aktından göründüyü kimi 2013-cü il buraxılışlı “Nissan Sunny” markalı, ağ rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərclərinin 2024-cü ilin aprel ayına olan dəyəri nəzəri hesablama yolu ilə təxminən 100,00 (bir yüz) manat müəyyən edilir. “X4” MMC-nin Culfa servisində usta (mütəxəssis) işləyən X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli nöqsan aktından göründüyü kimi 2011-ci il buraxılışlı “Naz Lifan 620” markalı, metallik rəngli, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmirbərpa xərclərinin 2024-cü ilin aprel ayına olan dəyəri nəzəri hesablama yolu ilə təxminən 180,00 (bir yüz səksən) manat müəyyən edilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs İİ qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Məhkəmə inzibati xəta nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Şəxs vurulmuş zərərin əvəzi, 100 manat alınıb Zərərçəkmiş şəxs2, 180 manat alınıb X3 verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, 280 manat cərimə edilsin. Şəxs vurulmuş zərərin əvəzi, 100 manat alınıb Zərərçəkmiş şəxs2, 180 manat alınıb X3 verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar