Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-24/2025 02.05.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7, zərər çəkmiş şəxs X5 iştirakı ilə Zərərçəkmiş şəxs X5 Culfa Rayon Polis Şöbəsinin 24 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Culfa Rayon Polis Şöbəsinin 24 fevral 2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X7 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinmiş, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Zərərçəkmiş şəxs X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilməsinə dair Culfa Rayon Polis Şöbəsinin 24 fevral 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının dəyişdirilməsini, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X8 şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Culfa rayonunun Qızılca kənd sakini X2 barəsində Culfa Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Belə ki, X7 ona və ailə üzvlərinə qarşı nalayiq hərəkətlər etmiş, bundan başqa ona qarşı fiziki güc tətbiq etmiş, sinə nahiyyəsindən yumruqla zərbələr vurmuşdur. Culfa Rayon Polis Şöbəsinin 24 fevral 2025ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X2 daha öncə də ona və ailə üzvlərinə qarşı dəfələrlə zor tətbiq etməsi, nalayiq ifadələr işlətməsi barədə Culfa Rayon Polis Şöbəsinə müraciət etmişdir. Lakin, X7 qeyd edilən qanunsuz, zorakı hərəkətlərinə son qoyacağı barədə sözlər versə də, buna qərəzli olaraq əməl etməmişdir. Hesab edir ki, X7 barəsində inzibati tənbeh növündə tətbiq edilən cərimə onu bu qanunsuz hərəkətlərindən çəkindirməyə kifayət etmir. Məhkəmədən şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 izahatında göstərmişdir ki, 06 fevral 2025-ci il tarixdə anası Rəqiyyə Hüseynova qonşuları, həm də X10nın yaşadığı evə getmiş, xalaoğlusu Şamxalın pivə butulkalarını içərək onların yaşadıqları evin qarşısına atdığını və həmin butulkaları yığışdırmalarını istəmişdir. Daha sonra X10 oğlundan bu haqda soruşmuş, o da pivə butulkalarını onun atmadığını bildirmiş, bundan sonra anası evlərinə qayıtmışdır. Həmin gün saat 15:30 radələrində X10 onların evinə gəlmiş, anasından onun harada olduğunu soruşmuş, anası da otaqda olduğunu bildirmişdir. Həmin vaxt o, digər otaqda uşaqları ilə oturmuşdur. X10 əsəbi halda otağa daxil olmuş, “Şamxal pivə içir, yaxşı edir, öz qarnına içir, sənə nə var” deyərək stolun üzərində olan duz qabını və kapron materiallı kül qabını ona tərəf atmış, təpə nahiyyəsinə dəymiş, lakin xəsarət yetirməmişdir. Daha sonra xalası onu vurmaq istəmiş, lakin anası Rəqiyyə Hüseynova araya girmiş, onu vurmasına mane olmuşdur. O da həmin vaxt uşaqları qorxmasın deyə X10nın qolundan tutmuş, çölə çıxmasını bildirmişdir. Ziyafət Hüseynova çölə çıxarkən onun barəsində şikayət ərizəsi yazacağını bildirmişdir. Bu hadisə ilə bağlı barəsində Culfa Rayon Polis Şöbəsində araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və cərimə edilmişdir. Xalasından etdiyi hərəkətlərə görə üzr istəyir. Hesab edir ki, həmin qərar qanunidir və qüvvədə saxlanılmalıdır. Məhkəmədən şikayətin rədd edilməsini xahiş edir. Culfa Rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 132.2.4-cü maddəsinə əsasən işə Culfa Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, zərər çəkmiş şəxs X5 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Culfa Rayon Polis Şöbəsinin 20 fevral 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarından görünür ki, Culfa rayonunun Qızılca kəndində yaşayan X8 06 fevral 2025-ci il tarixdə Culfa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, bacısının oğlu, Culfa rayonunun Qızılca kənd sakini X2 ona qarşı nalayiq ifadələr işlədərək, onu döyərək xəsarət yetirməsini bildirmiş, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Toplanmış material üzrə X2 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Culfa Rayon Polis X3 Bölməsinə verilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, X8 06 fevral 2025-ci il tarixdə bacısı oğlu X1 onun evinə gedərək oğlu Şamxal Hüseynovu nalayiq ifadələrlə təhqir etməsinin səbəbini əsəbi halda soruşmuş, onlar arasında yaranmış mübahisə zəminində Qabil Əhmədov ayağa qalxmış, Ziyafət Hüseynovanın çiyin nahiyyəsinə yumruqla vurmuş, Ziyafət Hüseynova da həmin vaxt özünü müdafiə etmək üçün stolun üzərində olan şüşə materiallı duz qabını Qabil Əhmədova tərəf atmış, lakin duz qabı mətbəx pəncərəsinin sağ küncünə dəyərək qırılmış, daha sonra kapron materiallı kül qabını stolun üzərindən götürmüş, Qabil Əhmədova tərəf atmış və onun başına dəymişdir. Toplanmış materialdan göründüyü kimi 06 fevral 2025-ci il tarixdə Culfa rayonunun Qızılca kəndində X7 baş vermiş mübahisə zamanı X6 döyməklə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun inzibati məsuliyyətə cəlb edilməsi Culfa RPŞ-nin İTB-nə həvalə edilmişdir. İş materiallarında olan 07 fevral 2025-ci il tarixli, 21 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1962-ci il təvəllüdlü X5 məhkəmə-tibbi müayinəsinə, ilk məlumata və qərarda ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, Z.Hüseynovanın məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: döş qəfəsinin ön səthinin sol yarısının və sol bud nahiyyəsinin orta 1/3-nin bayır kənarının qançırları bərk küt əşya təsirindən, eləcə də yumruq və təpik zərbələri nəticəsində törənmələri mümkündür, müddəti qərarın təsviri hissəsində göstərilən, yəni 06 fevral 2025-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. İş materiallarında olan 10 fevral 2025-ci il tarixli, 23 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizasına, ilk məlumata və qərarda ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, 1982-ci il təvəllüdlü X2 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında 24 fevral 2025-ci il tarixli MN ******* nömrəli Qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə araşdıraraq hesab edir ki, hazırkı inzibati xəta haqqında işə baxmış və inzibati qərar qəbul etmiş Culfa Rayon Polis Şöbəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə 24 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin tələblərinə tam əməl olunmuş, X2 həmin xətanı törətməkdə təqsirli olması sübuta yetirilmiş və bununla da, həmin protokol əsasında Culfa Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli, MN ******* saylı qərar tam qanuni və əsaslı olmuşdur. İşə baxılarkən və qərar qəbul edilərkən İXM-nin 135.1-ci maddəsində sadalanan, inzibati xəta haqqında qərarın dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas olan halların heç birinə yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Culfa Rayon Polis Şöbəsinin 24 fevral 2025-ci il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Culfa Rayon Polis Şöbəsinin 24 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-24/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-24/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver