Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-25/2022 28.09.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxxxx 1966-cı il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, müvəqqəti işsiz, inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında yaşayan. barəsində Culfa Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 28 sentyabr 2022ci il tarixdə, saat 11 radələrində Culfa GKM-də yük maşınları üçün nəzərdə tutulmuş parkın qarşısı ilə GKM-nə gedən zaman parkın yaxınlığında, asfalt yolun kənarından şəffaf sellofana bükülmüş vəziyyətdə aşkar edib götürdüyü şəxsi istehlak miqdarında olan 0,356 qram tiryək narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamış, Şəxs Culfa Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, üzərində saxladığı tiryək narkotik vasitəsi aşkar edilərək götürülmüş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, 2011-ci ildən özünə məxsus yük avtomobili ilə İİR-nin ərazisindən keçməklə Bakı şəhərinə və əks istiqamətdə yük daşıyır. Təxminən 20 gün əvvəl Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına yük gətirmişdir. Bir neçə gün sonra Bakı şəhərinə getməli idi. Culfa GKMən icazə sənədi alması üçün 28 sentyabr 2022-ci il tarixdə marşrutla Culfa şəhərinə gəlmiş, avtovağzalda marşrutdan yenmiş və piyada GKM-ə getmişdir. GKM-nə gedən zaman yük maşınları dayanan parkın yaxınlığında, asfalt yolun kənarında şəffaf sellofan bükülü görmüş, həmin bükülünü görmüş, açmış, baxmış, bükümün içərisində tiryək narkotik vasitə olduğunu bilmişdir. Əvvəllər də tiryək narkotik vasitəsi istifadə etmişdir. Narkotik vasitə olan bükümü cibinə qoymuş, üzərində narkotik vasitə olduğundan həyəcanlı olmuş, özünü narahat hiss etmiş, GKM istiqamətində hərəkət etmişdir. GKM-ə yaxınlaşan zaman bir mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşı olduğunu, özünü şübhəli apardığını bildirmiş, onu Culfa Rayon Polis Şöbəsinə dəvət etmişdir. Polis Şöbəsində iki nəfər şəxsin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, üzərində olan gödəkcənin sol iç cibində olan büküm aşkar edilib götürülmüş, elektron tərəzidə çəkilmiş, bükümün çəkisi 0.42 qram olmuşdur. Büküm qablaşdırılmış, möhürlənmiş, protokolu imzaları ilə təsdiq etmişlər. Şəxs izahatında həmçinin bildirmişdir ki, hərəkətindən çox peşimandır, əvvəllər inzibati xəta törətməmişdir. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 və Şahid1 Müsaməddin oğlu ifadələrində 28 sentyabr 2022-ci il tarixdə, saat təxminən12 radələrində Culfa Rayon Polis Şöbəsinə dəvət edildiklərini, onların iştirakı ilə Şəxs üzərində şəxsi axtarış aparıldığını, Şəxs üzərində olan gödəkcənin sol iç cibindən bir ədəd büküm aşkar edildiyini, bükümün açıldığını, bükümün içərisində qara rəngli bərk kütlə olduğunu, həmin bükümün elektron tərəzidə çəkildiyini, 0.42 qram olduğunu, qablaşdırıldığını və götürüldüyünü, protokolu imzaları ilə təsdiq etdiklərini bildirmişlər. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2022-ci il tarixli, 276 saylı arayışından müəyyən olunur ki, tədqiqata təqdim olunmuş "ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs tutulmuş təmiz çəkisi 0.356 qram olan kəskin iyli, tünd qəhvəyi rəngli, bərk halda kütlə fiziki və kimyəvi tərkibinə görə narkotik vasitə olan tiryəkdir. Tədqiqata 0.02 qram istifadə edildi, qalan 0.336 qram. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.1-ci maddəsinə görə narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. 28 iyun 2005-ci il tarixdə 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısının 102-ci bəndində tiryək narkotik vasitəsi qeyd edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İ siyahıya əsasən narkotik vasitə olan tiryəkin 0.5 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs əldə etdiyi şəxsi istehlak miqdarında tiryək narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamışdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını, əvvəllər inzibati xəta törətməməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Y.Budaqov adına Naxçıvan MR X1 28 sentyabr 2022-ci il tarixli, 658 nömrəli məktubunda Şəxs abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. Məhkəmə iş üzrə maddi sübutun taleyi ilə bağı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində saxlanılan 0.336 qram tiryək narkotik vasitəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. Həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, 28 sentyabr 2022-ci il, saat 11:50-dən hesablansın. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 0.336 qram tiryək narkotik vasitəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-25/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-25/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver